Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi: Heydər Əliyevi Bakıya gətirən TƏYYARƏ

Bir şəklin tarixçəsi: Heydər Əliyevi Bakıya gətirən TƏYYARƏ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

9 iyun 1993-cü il... Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya uçur. Onu gətirən təyyarə iyunun 9-da günorta saatlarında Binə Hava Limanına enir... Bu, İK-65703 nömrəli TU-13413-3 markalı təyyarə idi... Və Binə hava limanında Heydər Əliyevi geniş xalq kütləsi qarşılayır...
Modern.az saytı tarixə qısa ekskurs edərək, 32 il il əvvəl – 9 iyun tarixinə dair xatirələri "Bir şəklin tarixçəsi" rubrikasında yada salır.
Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya gətirən TU-13413-3 təyyarəsini idarə edən kapitan İlham Əmirov olmuşdu. Onun xatirələrindən:
“Həmin dövrdə vəziyyət çox gərgin idi. Bir tərəfdən, Ermənistanın Azərbaycana ərazi iddiaları və Qarabağda davam edən müharibə, digər tərəfdən isə daxildəki gərginlik xaos vəziyyəti yaratmışdı. Həm ermənilər, həm də AXC bilirdilər ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyətin sabitləşməsinə səbəb olacaq, bu da onların məqsədlərinə nail olmalarına əngəl yaradacaq. Ömrünü Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev kimi nəhəng siyasi xadim dövlətin bütün düşmənlərini, xalqın mənafeyinə zidd siyasət aparan siyasi qüvvələri kənarlaşdıracaq. Bu baxımdan sərnişini Heydər Əliyev olan təyyarəni nə Ermənistan, nə də Gəncə şəhəri üzərindən Bakıya gətirmək olmazdı. Ona görə də alternativ marşrutdan istifadə etmək lazım idi. Buna görə də əvvəlcədən hazırlanan plan üzrə təyyarəni İran üzərindən idarə edib Bakıya gəlməyə qərara aldım. Beynəlxalq uçuş qanunlarına əsasən, digər dövlətin hava məkanına daxil olmaq üçün mütləq icazə almaq lazımdır. Buna görə də qabaqcadan hazırlanmış plana görə İran tərəfdən icazə almışdıq və bu icazəyə əsasən, təyyarəni bu ölkənin hava məkanına daxil olaraq Bakıya istiqamət götürdü...
Təyyarənin istiqamətinin dəyişilməsi dispetçer tərəfindən narazılıqla qarşılandı və mənə əsəbi tərzdə geri qayıtmaq əmri verildi. Lakin mən bu əmrə məhəl qoymadım və ulu öndəri Bakıya çatdırdım”.


Heydər Əliyevin həmin günlə bağlı öz xatirələrindən: “1993-cü  ilin iyun ayında Azərbaycanda dövlət böhranı və vətəndaş müharibəsi olduğu halda, Bakıdan və Azərbaycanın bir çox digər yerlərindən müraciət etdilər ki, mən  Bakıya  gəlim. Şübhəsiz ki, mən Bakıya gəlmək istəmirdim və gələ də bilməzdim. Ancaq bununla bərabər, Azərbaycanın o vaxtkı rəhbərliyi, başda Əbülfəz  Elçibəy olmaqla, dörd gün–iyunun 5-dən 9-dək  mənimlə danışıqlar apardılar və mənim Bakıya gəlməyimi xahiş etdilər.
Yenə  də  getmək  fikrim yox idi. Çünki  Naxçıvanın  ağır dövrünü yaşamışdım, hesab edirdim ki, ömrümün sonuna qədər də burada yaşayacağam”.
Bununla belə, ölkədəki vəziyyəti və çoxsaylı müraciətləri nəzərə alan Heydər Əliyev Bakıya gəldi...
A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2025 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri