Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi Bir şəklin tarixçəsi

Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi Bir şəklin tarixçəsi

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş günü olaraq qeyd edilir. Bu tarix 1993-cü ildə ölkəni xaosdan, anarxiyadan və vətəndaş müharibəsi təhlükəsindən xilas edən Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və Ali Sovetin sədri seçilməsi ilə xatırlanır...

Modern.az saytı tarixə qısa ekskurs edərək, Heydər Əliyevin 33 il əvvəl Bakıya həmin gəlişini "Bir şəklin tarixçəsi" rubrikasında yada salır.

9 iyun 1993-cü il... Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya uçur. Onu gətirən təyyarə iyunun 9-da günorta saatlarında Binə Hava Limanına enir... Bu, İK-65703 nömrəli TU-13413-3 markalı təyyarə idi... Və Binə hava limanında Heydər Əliyevi geniş xalq kütləsi qarşılayır...

9 iyun 1993-cü il tarixində Naxçıvandan Bakıya uçan Heydər Əliyevi TU-13413-3 markalı təyyarədə müşayiət edən bir neçə şəxs olmuşdu ki, onlardan da biri Ümumilli liderin ilk şəxsi mühafizəçisi Əmir Hüseynov idi (fotoda Heydər Əliyevin arxasında dayanan şəxs. Əmir Hüseynov 1991-ci ildə Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdığı gündən onun mühafizəsinə qoşulmuş və bu missiyasını 1994-cü ilə qədər davam etdirmişdi-red.)

Naxçıvan Ali Məclisinin o vaxtkı sədri Heydər Əliyevi Bakıya gətirən TU-13413-3 təyyarəsini idarə edən kapitan İlham Əmirov olmuşdu. Onun xatirələrindən: “Həmin dövrdə vəziyyət çox gərgin idi. Bir tərəfdən, Ermənistanın Azərbaycana ərazi iddiaları və Qarabağda davam edən müharibə, digər tərəfdən isə daxildəki gərginlik xaos vəziyyəti yaratmışdı. Həm ermənilər, həm də AXC-də bilirdilər ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyətin sabitləşməsinə səbəb olacaq, bu da onların məqsədlərinə nail olmalarına əngəl yaradacaq. Ömrünü Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev kimi nəhəng siyasi xadim dövlətin bütün düşmənlərini, xalqın mənafeyinə zidd siyasət aparan siyasi qüvvələri kənarlaşdıracaq. Bu baxımdan sərnişini Heydər Əliyev olan təyyarəni nə Ermənistan, nə də Gəncə şəhəri üzərindən Bakıya gətirmək olmazdı. Ona görə də alternativ marşrutdan istifadə etmək lazım idi. Əvvəlcədən hazırlanan plan üzrə təyyarəni İran üzərindən idarə edib Bakıya gəlməyə qərara aldım. Beynəlxalq uçuş qanunlarına əsasən, digər dövlətin hava məkanına daxil olmaq üçün mütləq icazə almaq lazımdır. Buna görə də qabaqcadan hazırlanmış plana görə İran tərəfdən icazə almışdıq və həmin icazəyə əsasən, təyyarə qonşu ölkənin hava məkanına daxil olaraq Bakıya istiqamət götürdü...

Təyyarənin istiqamətinin dəyişilməsi dispetçer tərəfindən narazılıqla qarşılandı və mənə əsəbi tərzdə geri qayıtmaq əmri verildi. Lakin mən bu əmrə məhəl qoymadım və ulu öndəri Bakıya çatdırdım”.

Heydər Əliyevin həmin günlə bağlı öz xatirələrindən: “1993-cü ilin iyun ayında Azərbaycanda dövlət böhranı və vətəndaş müharibəsi olduğu halda, Bakıdan və Azərbaycanın bir çox digər yerlərindən müraciət etdilər ki, mən Bakıya gəlim. Şübhəsiz ki, mən Bakıya gəlmək istəmirdim və gələ də bilməzdim. Ancaq bununla bərabər, Azərbaycanın o vaxtkı rəhbərliyi, başda Əbülfəz Elçibəy olmaqla, dörd gün – iyunun 5-dən 9-dək mənimlə danışıqlar apardılar və mənim Bakıya gəlməyimi xahiş etdilər.

Yenə də getmək fikrim yox idi. Çünki Naxçıvanın ağır dövrünü yaşamışdım, hesab edirdim ki, ömrümün sonuna qədər də orada qalacağam”.

Bununla belə, ölkədəki vəziyyəti və çoxsaylı müraciətləri nəzərə alan Ümummilli lider Bakıya gəldi...
Sonralar "Ostankino" dövlətlərarası televiziya şirkətinə müsahibəsində qayıdışının səbəbini izah edən Heydər Əliyev deyirdi: "...Mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişdilər. Məni təkidlə dilə tutmuşdular. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu ağsaqqallar mənə müraciət etmişdilər. Azərbaycan prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdi. O, üç dəfə ayın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq iyunun 9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyun 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri