Icma.az
close
up
RU
Bir sevgi əfsanəsi: İlham və Fərizə hekayəsi

Bir sevgi əfsanəsi: İlham və Fərizə hekayəsi

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2003-cü ildən etibarən, bu gün - 30 İyun Sevgililər Günü kimi ölkəmizdə qeyd olunur. Bu günün tarixi 1990-cı il yanvarın 20-də şəhid olan İlham və onun yoxluğuna dözə bilməyib intihar edən Fərizənin toy günü ilə bağlı olan amildir. İlhamın yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy gününün tarixçəsidir. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü - 30 iyun tarixi Azərbaycanda Sevgililər Günü kimi keçirilir.

Sevgililər Günü milli dəyərləri inkişaf etdirmək, qəhrəmanlıq tariximiz, sevgi kimi müqəddəs bir hissi özündə ehtiva edir. Məlumdur ki, uzun illər 14 fevral tarixi "Sevgililər Günü" kimi qeyd olunurdu. Sevgililər Gününün başlanğıc tarixi qədim Roma İmperiyasının dövrünə təsadüf edir. Miladdan sonra ilk əsrlərdən bəri hər il fevral ayının 14-də qeyd olunan Sevgililər Gününün başlanğıcı ilə əlaqədar olaraq o gündən günümüzə qədər gəlmiş müxtəlif əfsanə və hekayələr var. Amma bu hekayələri üstələyən xalqın həqiqəti bayramı sevgililər gününün tarixində dəyişiklik yaratdı. Təkcə tarixində yox, məzmununda, ideyasındakı fərqlilik başqa məcra aldı.

İLHAM VƏ FƏRİZƏ FƏDAKARLIĞI

Sevgi hissi vətənə, anaya olan ülvi duyğulardan boy atır. Bu müqəddəs məfhum insanın daxili dünyasından güc alaraq bəşəriləşir, milyonlarla insanın öz ifadəsinin təsdiqinə çevrilir. Sevgidən yaranan dünya insanların üzünə sevgi qapılarını açır. Vətənə sevgi olmadan kimisə sevmək, ona məhəbbətlə yanaşmaq qeyri-mümkündür. Çünki torpaqlarımızın nəfəsini, ətrini duyduqca insan sanki ülviləşir, dünayda güclü olduğunu anlayır və ilahi bir güc onun vücuduna hakim olur. Vətəni sevmək, onun üçün ölmək və yaşamaq hissindən böyük bir dəyər insana hakim ola bilməz. Necə ki, vətənpərvərlik ruhu ilə boy atmış gənclərimiz vətənin müdafiəsində duraraq, haqq savaşına qalxaraq, işğal altında olan torpaqlarımızı azad etdilər. Şəhidlik zirvəsinə yüksələn vətən övladları Vətən qarşısında ən müqəddəs borclarını vermiş oldular. Şəhidlik zivəsinə ucalmış 20 Yanvar şəhidi İlham Əjdər oğlu Allahverdiyev kimi. Bu gün xalqımız İlham və Fərizə Allahverdiyevlərin 20 Yanvarda şəhid olmuş azərbaycanlı ailə cütlüyünün toy gününü Sevgililər günü kimi qeyd edir. Azərbaycan həyatında baş verən bu hadisə xalqın adət və ənənələrini, milli dəyərlərini, milli qürurunu yaşadan bir gün olaraq tarixiləşdi.

20 yanvar faciəsinin qurbanı olmuş İlham və Fərizənin toy gününü 30 iyun tarixi Azərbaycanda Sevgilər Günü kimi qeyd olunması ideyası birmənalı qarşılandı. Bunun əhəmiyyəti onunla bağlıdır ki, yetişən nəsil öz tarixi ilə bağlı həqiqətləri hər zaman xatırlaya biləcək, bu günün tarixini araşdıran kəslərə Azərbaycanda baş vərən hadisələr, İlham və Fərizənin fədakarlığı, Azərbaycan qadınının dəyanəti tam şəkildə aydın olacaq. İki gəncin ölümünə səbəb olan amil - rus imperiyasının Azərbaycan xalqına qarşı yürütdüyü qanlı siyasət neçə-neçə insan taleyini alt-üst etdiyi kimi, azadlıq eşqi ilə yaşayan ilhamların, fərizələrin də həyatına son nöqtəni həkk etdi.

İlham Allahverdiyevin həyat yolu haradan başlayır? O 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.

1989-cu ilin 30 iyununda da "Vağzalı" sədaları altında Fərizə İlhamgilə gəlin köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əynini geyinib evdən çıxır. Bu tarix Azərbaycan xalqına, xüsusilə, gənclərə, tələbələrə daha da sirayət edir. 30 iyun təkcə iki gəncin bir-birini sevdiyi, həmçinin iki gəncin şəhid taleyi də deyil. 30 İyun bir millətin yaşadığı tarixdir. Yəni 20 yanvar hadisələri baş verməsəydi, 30 iyun bayram gününə çevrilməzdi. Bu, böyük sevgilərin, mübariz insanların düşüncəsini, məqsədini gerçəkləşdirən tarixdir. Bu tarixi gün özündə çox məqamları birləşdirir.

TANRI ÖMRÜNÜ ƏSRLƏRƏ HƏKK EDƏNLƏR

İlhamla Fərizə nümunəsi bir məktəb yaratdı. Ən böyük əxlaqi, milli dəyərlər bu günün altında özünü göstərir. Bu tarixi gün çox şeylər üzərində qalibiyyətdir. Neçə-neçə Valentinlər Azərbaycanın İlham və Fərizəsi ilə müqayisə oluna bilməz. Azərbaycana xarici təcavüz olanda gecə yatmayaraq düşmənin qarşısına əliyalın çıxan igid bir oğulun vətəpərvərliyidir bu. İlhamın sevgisi uğrunda heç nəyi göz önünə almayan "Mən sənsiz yaşaya bilməyəcəm. İlham, mən sənin arxanca mütləq gələcəm", - deyən Fərizənin ismətidir, mərdliyidir, dəyanətidir, vəfasıdır, 20 yaşlı qızın cəsarətidir. İlhamla Fərizə Azərbaycan xalqının tarixində elə hadisədir ki, o, dünya xalqlarının heç birinin tarixində yoxdur. 1989-cu il iyun ayının 11-də Fərizənin, iyunun 30-da isə İlhamın toyu olub. Beləcə, bir-birinə qovuşan gənclər 6 ay birgə xoşbəxt tale yaşayıblar. Necə deyərlər, düşmənin atəşi Bakıda açılana qədər.

1990-cı il 19-dan 20 yanvara keçən gecə baş verən hadisədə düşmənin hücumu qarşısına çıxan ər oğullar içərisində İlham da var idi və şəhid olanların içərisində onun da adı oldu. Narahat yaşayan Fərizə son saatlarını yaşayır. Fərizə elə bil başqa dünyada idi. Heç kimi gözü görmürdü. İlhamın "Şəhidlər Xiyabanı"nda basdıracağını eşidən kimi, qərarını qətiləşdirir. İlham Xırdalandakı məzardan çıxarılan gün, səhət saat 5-6 radələrində qatı sirkə turşusu içib özünü öldürür. İlhamla bir məzarda dəfn olunmaq, onu yalnız qoymamaq istəyi idi bu.

İndi sevgilələr Şəhidlər Xiyabanınında uyuyurlar. Artıq tariximizin ən şanlı və möhtəşəm məkanıdır, bura. Əbədi yuva salıblar bu məkanda. Zirvədə, ucalıqda yaşayırlar. Hər kəsin ziyarət məkanına çevrilən yerdə hər zaman İlham və Fərizə hekayəti danışılır. Tanrı ömrünü əsrlərə həkk edən bir ömrə sahib oldular. Belə insanların timsalında cəmiyyətə vətəndaşlar yetişdirilir. Düşmən gülləsinə sinəsini gərən, sevgisi üçün fədakarlıq göstərən və düşmənin kin və hiyləsinə açıq etirazını bildirən bu gənclər örnək olaraq məhəbbətlə xatırlanır. Elə Sevgililər Gününü də onların ruhuna ehtiram olaraq qeyd edirlər.

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see412

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see301

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see283

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see269

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see267

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see260

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see259

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see242

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see220

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see218

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see216

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see212

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see210

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see207

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see200

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see199

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see193

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see192

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see189

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri