Icma.az
close
up
RU
Sevgi simvolu İlham və Fərizə həqiqəti TƏHLİL

Sevgi simvolu İlham və Fərizə həqiqəti TƏHLİL

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

14 fevral, yoxsa 30 iyun
14 fevral dünya ölkələrində qeyd olunan Sevgililər Günüdür. Sevgililərin, aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir gündür. Sevgililər Günü, 1800-cü illərdən sonra Amerikada Ester Hovlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana indiki vaxtda daha çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi. Sevgilər Gününün başlanğıc tarixi qədim Roma İmperiyasının dövrünə təsadüf edir. Miladdan sonra ilk əsrlərdən bəri hər il fevral ayının 14-də qeyd olunan Sevgililər Gününün başlanğıcı ilə əlaqədar olaraq o gündən günümüzə qədər gəlmiş müxtəlif əfsanə və hekayələr var. Amma bu hekayələri üstələyən xalqın həqiqəti sevgililər gününün tarixində dəyişiklik yaratdı. Təkcə tarixində yox, məzmununda, ideyasındakı fərqlilik başqa məcra aldı. 30 İyun tarixi də – Sevgililər günü də təqvimizdə yer alıb. Sevgi hissi vətənə, anaya olan ülvi duyğulardan boy atır. Bu müqəddəs məfhum insanın daxili dünyasından güc alaraq bəşəriləşir, milyonlarla insanın öz ifadəsinin təsdiqinə çevrilir. Sevgidən yaranan dünya insanların üzünə sevgi qapılarını açır. Vətənə sevgi olmadan kimisə sevmək, ona məhəbbətlə yanaşmaq qeyri-mümkündür. Çünki torpaqlarımızın nəfəsini, ətrini duyduqca insan sanki ülviləşir, dünayda güclü olduğunu anlayır və ilahi bir güc onun vücuduna hakim olur. Vətəni sevmək, onun üçün ölmək və yaşamaq hissindən böyük bir dəyər insana hakim ola bilməz. Necə ki, vətənpərvərlik ruhu ilə boy atmış gənclərimiz vətənin müdafiəsində duraraq, haqq savaşına qalxaraq, işğal altında olan torpaqlarımızı azad etdilər. Şəhidlik zirvəsinə yüksələn vətən övladları Vətən qarşısında ən müqəddəs borclarını vermiş oldular. Şəhidlik zivəsinə ucalmış 20 Yanvar şəhidi İlham Əjdər oğlu Allahverdiyev kimi. İlham və Fərizə Allahverdiyevlərin 20 Yanvarda şəhid olmuş bu azərbaycanlı ailə cütlüyünün toy gününü xalqımız Sevgililər günü kimi qeyd edir. Azərbaycan həyatında baş verən bu hadisə xalqın adət və ənənələrini, milli dəyərlərini, milli qürurunu yaşadan bir gün olaraq tarixiləşdi.
2003-cü ildən etibarən, bu gün 30 İyun Sevgililər Günü kimi ölkəmizdə qeyd olunur. Bu günün tarixi 1990-cı il yanvarın 20-də şəhid olan İlham və onun yoxluğuna dözə bilməyib intihar edən Fərizənin toy günü ilə bağlı olan amildir. İlhamın yoxluğuna dözə bilməyərək, özünə qəsd edən həyat yoldaşı Fərizənin toy gününün tarixçəsidir. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü-30 iyun tarixi Azərbaycanda Sevgililər Günü kimi keçirilir.
SEVGİLİLƏR GÜNÜ İDEYASI BİRMƏNALI QARŞILANDI
Sevgililər Günü milli dəyərləri inkişaf etdirmək, qəhrəmanlıq tariximiz, sevgi kimi müqəddəs bir hissi özündə ehtiva edir. 20 yanvar faciəsinin qurbanı olmuş İlham və Fərizənin toy gününü 30 iyun tarixi Azərbaycanda Sevgilər Günü kimi qeyd olunması ideyası birmənalı qarşılandı. Bunun əhəmiyyəti onunla bağlıdır ki, yetişən nəsil öz tarixi ilə bağlı həqiqətləri hər zaman xatırlaya biləcək, bu günün tarixini araşdıran kəslərə Azərbaycanda baş vərən hadisələr, İlham və Fərizənin fədakarlığı, Azərbaycan qadınının dəyanəti tam şəkildə aydın olacaq. İki gəncin ölümünə səbəb olan amil - rus imperiyasının Azərbaycan xalqına qarşı yürütdüyü qanlı siyasət neçə-neçə insan taleyini alt-üst etdiyi kimi, azadlıq eşqi ilə yaşayan ilhamların, fərizələrin də həyatına son nöqtəni həkk etdi.
Xatırladaq ki, İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.
1989-cu ilin 30 iyununda da "Vağzalı" sədaları altında Fərizə İlhamgilə gəlin köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əynini geyinib evdən çıxır. Bu tarix Azərbaycan xalqına, xüsusilə, gənclərə, tələbələrə daha da sirayət edir. 30 iyun təkcə iki gəncin bir-birini sevdiyi, həmçinin iki gəncin şəhid taleyi də deyil. 30 İyun bir millətin yaşadığı tarixdir. Yəni 20 yanvar hadisələri baş verməsəydi, 30 iyun bayram gününə çevrilməzdi. Bu, böyük sevgilərin, mübariz insanların düşüncəsini, məqsədini gerçəkləşdirən tarixdir. Bu tarixi gün özündə çox məqamları birləşdirir.
İLHAM VƏ FƏRİZƏ NÜMUNƏSİ
İlhamla Fərizə nümunəsi bir məktəb yaratdı. Ən böyük əxlaqi, milli dəyərlər bu günün altında özünü göstərir. Bu tarixi gün çox şeylər üzərində qalibiyyətdir. Neçə-neçə Valentinlər Azərbaycanın İlham və Fərizəsi ilə müqayisə oluna bilməz. Azərbaycana xarici təcavüz olanda gecə yatmayaraq düşmənin qarşısına əliyalın çıxan igid bir oğulun vətəpərvərliyidir bu. İlhamın sevgisi uğrunda heç nəyi göz önünə almayan "Mən sənsiz yaşaya bilməyəcəm. İlham, mən sənin arxanca mütləq gələcəm", - deyən Fərizənin ismətidir, mərdliyidir, dəyanətidir, vəfasıdır, 20 yaşlı qızın cəsarətidir. İlhamla Fərizə Azərbaycan xalqının tarixində elə hadisədir ki, o, dünya xalqlarının heç birinin tarixində yoxdur.
1989-cu il iyun ayının 11-də Fərizənin, iyunun 30-da isə İlhamın toyu olub. Beləcə, bir-birinə qovuşan gənclər 6 ay birgə xoşbəxt tale yaşayıblar. Necə deyərlər, düşmənin atəşi Bakıda açılana qədər. 1990-cı il 19-dan 20 yanvara keçən gecə baş verən hadisədə düşmənin hücumu qarşısına çıxan ər oğullar içərisində İlham da var idi və şəhid olanların içərisində onun da adı oldu. Narahat yaşayan Fərizə son saatlarını yaşayır. Fərizə elə bil başqa dünyada idi. Heç kimi gözü görmürdü. İlhamın "Şəhidlər Xiyabanı"nda basdıracağını eşidən kimi, qərarını qətiləşdirir. İlham Xırdalandakı məzardan çıxarılan gün, səhət saat 5-6 radələrində qatı sirkə turşusu içib özünü öldürür. İlhamla bir məzarda dəfn olunmaq, onu yalnız qoymamaq istəyi idi bu.
Budur, sevgi Şəhidlər Xiyabanınında tariximizin ən möhtəşəm abidəsini yaratdı. Artıq tariximizin ən şanlı və möhtəşəm məkanıdır, bura. Əbədi yuva salıblar bu məkanda. Zirvədə, ucalıqda yaşayırlar. Hər kəsin ziyarət məkanına çevrilən yerdə hər zaman İlham və Fərizə hekayəti danışılır. Tanrı ömrünü əsrlərə həkk edən bir ömrə sahib oldular.
Belə insanların timsalında cəmiyyətə vətəndaşlar yetişdirilir. Düşmən gülləsinə sinəsini gərən, sevgisi üçün fədakarlıq göstərən və düşmənin kin və hiyləsinə açıq etirazını bildirən bu gənclər örnək olaraq məhəbbətlə xatırlanır.
Belə bir tarixi Sevgililər günümüz olduğu halda, görəsən, 14 fevral Sevgililər gününün qeyd olunmasına ehtiyac duyulurmu?!
Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see411

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

02 Avqust 2026 15:32see352

Kəpəz in yeni fanklubu olacaq FOTO

02 Avqust 2026 15:23see287

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see263

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see231

Hörmüzlə bağlı razılaşma yoxdur

02 Avqust 2026 16:37see216

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see197

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see196

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see192

Bu Avropa ölkəsinin vətəndaşlarının 40% dən çoxu milyonçudur... İBRƏTAMİZ

02 Avqust 2026 08:49see190

Beşiktaş və İtalyano serbiyalı ulduzun yolunu gözləyir

02 Avqust 2026 15:28see185

AZAL təyyarədə boş yerlər olduğu halda, cənazə aparan vətəndaşa bilet satmadı FOTOLAR

02 Avqust 2026 11:14see181

Bu səhvlər dəridə ləkə və erkən qocalmaya səbəb ola bilər

02 Avqust 2026 09:07see180

Dünyanın ən böyük qəhvə istehsalçıları açıqlandı Siyahı

02 Avqust 2026 18:07see178

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see174

İstanbulda inflyasiya iyul ayında sürətlənib

02 Avqust 2026 12:57see165

Ukrayna dronları Rusiyada “Wildberries”in iri logistika mərkəzini vurub

03 Avqust 2026 11:17see164

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see155

Donald Tramp özünə məxsus qolf klubunda bir gündə iki çempionluq qazandı VİDEO

03 Avqust 2026 01:25see153

Bu ölkə bizə Qara dənizdə kömək edə bilər Zelenski

02 Avqust 2026 08:00see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri