Bir sıra bağçalarda hazır yemək təminatı yaxşılaşdırılır 77 milyon ayrıldı
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatı yaxşılaşdırılacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı keyfiyyətə nəzarət xidmətləri göstəriləcək.
Belə ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi artıq bu işlər çərçivəsində müəyyən işləri yekunlaşdırıb.
Qurum məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkili keyfiyyətə nəzarət xidmətlərinin göstərilməsi xidmətini "Depot" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqavilə əsasən, şirkətə 77 milyon manat ödənilib.
Qeyd edək ki, sözügedən işlərin icrasının həvalə olunduğu "Depot" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Elvin Malik oğludur.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 15 Yanvar 2025 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















