Icma.az
close
up
RU
Beyləqanda əhalinin su təminatı yaxşılaşdırılır FOTO

Beyləqanda əhalinin su təminatı yaxşılaşdırılır FOTO

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Beyləqan rayonunda əhalinin içməli suya olan təlabatını ödəmək və rayon ərazisində yerləşən əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə tədbirlərini tərtib edilmiş plan əsasında davam etdirir.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Məlumata görə, idarə Beyləqan şəhər ərazisində 5418 abonentə xidmət edir. Ötən il ərzində 236 qəza baş veribvə qəzalar dərhal aradan qaldırılıb. Bundan başqa il ərzində 34 abonentlə müqavilə bağlanaraq yeni su ilə təmin edilib, 246 ədəd su sayğacları yenisi ilə əvəz olunub və 668 su sayğacı isə təmir olunub. Bununla yanaşı rayonda mərkəzləşmiş kanalizasiya sistemi mövcuddur ki, kanalizasiya xəttinin uzunluğu 89,6 km-dir. 3,9 km kollektor vasitəsi ilə məhsuldarlığı sutkada 10000 m3 olaraq çirkab təmizlənərək drenaj kanalına ötürülür. Beyləqan rayon ərazisində 4 kənddə modul tipli qurğu fəaliyyət göstərir, 59 bulağa xidmət edir. 2 kənddə isə dəyəri ödənilməyən 31 bulaq fəaliyyət göstərir. Ümumilikdə Beyləqan Su Meliorasiya sistemlərinin istismarı idarəsi 6 kənddə əhalini bulaqlar vasitəsilə su ilə təmin edir. İdarənin balansında olan laboratoriya da isə 13 rayon və 4 köçkün qəsəbə ərazisindən götürülən içməli su analiz edilir. Hazırda laboratoriya tam gücü ilə işləyir.

Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Qarabağ Suvarama kanalı vasitəsilə 8068 ha, Xan qızı kanal vasitəsilə 40388 ha, subartezian quyuları vasitəsilə 2900 ha olmaqla ümumilikdə 51536 ha əkin sahəsinə xidmət edir. Bunun üçün İdarənin balansında olan 1298 km uzunluğunda suvarma kanalları, 1333 km uzunluğunda kollektor-drenaj şəbəkəsi,135ədəd subartezian quyusu, 8 ədəd isə nasos stansiyası mövcuddur. Ötən il suvarma kanallarında və kollektor-drenaj şəbəkələrində lildən təmizlənmə işləri müvəffəqiyyətlə aparılıb, 87 ədəd hidrotexniki qurğu, 119 ədəd isə subartezian quyusu təmir edilərək istismara verilib. Hazırda idarə tərəfindən Türklər nasos stansiyasından qaldırılan suyu nəql edən Türklər kanalının başlanğıcında uzunluğu 50 metr olan hissəsində təmir bərpa işləri davam etdirilir. 2024-cü il ərzində su təminatının yaxşılaşdırılması məqsədilə rayon ərazisində yerləşən 200 ha əkin sahəsinə xidmət edən suvarma kanalının 1.3 km olan hissəsində üzərindəki qurğularla birlikdə əsaslı təmir edilərək beton üzlüyə alınması işləri aparılıb ki, bu da su istifadəçilərinə suvarma suyunun vaxtında və itkisiz çatdırılmasına xidmət edir.

Qeyd edək ki, 2024-cü il ərzində idarənin istismar tədbirləri planında nəzərdə tutulmuş 3- ədəd subartezian quyusunun əsaslı təmir bərpa işlərinə başlanılıb və hazırda bu işlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri