Icma.az
close
up
RU
Bir süfrə arxasında toplaşmaq ailəni bir birinə daha da yaxınlaşdırır SOSİOLOQ DANIŞDI

Bir süfrə arxasında toplaşmaq ailəni bir birinə daha da yaxınlaşdırır SOSİOLOQ DANIŞDI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Əvvəllər ailələr üçün birlikdə süfrə arxasında əyləşmək, söhbət etmək, qonaq getmək, birgə istirahət etmək və gündəlik hadisələri paylaşmaq həyatın ayrılmaz hissəsi idi. Müasir dövrdə isə sürətli həyat tərzi, iş yükünün artması, rəqəmsal texnologiyaların geniş yayılması və fərdiyyətçiliyin güclənməsi ailə üzvlərinin birlikdə keçirdiyi vaxtın azalmasına səbəb olur".

Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, bu dəyişiklik ilk baxışdan adi görünsə də, uzunmüddətli perspektivdə ailə institutuna və cəmiyyətə ciddi təsirlər göstərir:

"Texnologiyalar insanların həyatını asanlaşdırsa da, ailədaxili ünsiyyətə müəyyən mənfi təsirlər də yaradır. Çox vaxt eyni evdə yaşayan insanlar belə hərəsi öz telefonu, planşeti və ya kompüteri ilə məşğul olur. Fiziki olaraq bir yerdə olsalar da, emosional baxımdan bir-birindən uzaqlaşırlar. Sosial şəbəkələr və rəqəmsal platformalar ailə daxilində canlı söhbətlərin, ortaq fəaliyyətlərin və qarşılıqlı diqqətin yerini qismən tutur.

Digər mühüm amillərdən biri iş rejimidir. Uzun iş saatları, növbəli iş qrafikləri, əlavə məşğulluq və gündəlik yol vaxtı valideynlərin uşaqları ilə keyfiyyətli vaxt keçirməsini çətinləşdirir. Bu vəziyyət xüsusilə böyük şəhərlərdə daha qabarıq hiss olunur. Nəticədə ailə üzvləri eyni evdə yaşasalar da, bir-birini dinləməyə, problemlərini bölüşməyə və emosional dəstək göstərməyə kifayət qədər vaxt ayıra bilmirlər.

Ailə daxilində birlikdə keçirilən vaxt uşaqların sağlam inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Valideynlərlə səmimi ünsiyyət uşaqlarda özünəinamı artırır, təhlükəsizlik hissini gücləndirir və sosial bacarıqların formalaşmasına kömək edir. Əksinə, ünsiyyətin zəifləməsi uşaqlarda tənhalıq hissi, davranış problemləri, aqressivlik, emosional gərginlik və rəqəmsal asılılıq riskini artıra bilər. Uşaq ilk sosial davranış nümunələrini ailədə öyrəndiyi üçün ailədaxili münasibətlərin keyfiyyəti onun gələcək həyatına birbaşa təsir edir.

Birlikdə vaxt keçirməyin azalması ər-arvad münasibətlərinə də təsirsiz qalmır. Ünsiyyətin zəifləməsi qarşılıqlı anlaşılmazlıqların artmasına, emosional uzaqlaşmaya və ailədaxili münaqişələrin çoxalmasına səbəb olur. Problemlərin vaxtında müzakirə edilməməsi isə münasibətlərin daha da gərginləşməsi ilə nəticələnə bilər.

Bu tendensiyanın cəmiyyət üçün də uzunmüddətli nəticələri var. Güclü ailələr güclü cəmiyyətin əsasını təşkil edir. Ailə bağlarının zəifləməsi sosial həmrəyliyin azalmasına, insanların bir-birinə etimadının zəifləməsinə və fərdiyyətçiliyin daha da güclənməsinə gətirib çıxarır. Sosial dəstək mexanizmlərinin zəiflədiyi cəmiyyətlərdə psixoloji problemlərin, sosial təcridin və müxtəlif riskli davranışların yayılma ehtimalı artır.

Lakin bu vəziyyəti dəyişmək mümkündür. Əsas məsələ birlikdə keçirilən vaxtın çoxluğu deyil, onun keyfiyyətidir. Gün ərzində heç olmasa bir dəfə ailə üzvlərinin birlikdə yemək yeməsi, telefonlardan uzaq şəkildə söhbət etməsi, həftəsonları birgə fəaliyyətlər planlaşdırması, uşaqlarla oyun oynaması və ailə ənənələrinin yaşadılması münasibətləri möhkəmləndirə bilər. Valideynlərin uşaqları dinləməsi, onların hiss və düşüncələrinə maraq göstərməsi emosional bağlılığı gücləndirən ən vacib amillərdəndir.

Texnologiya və müasir həyat tərzi ailələrin gündəlik yaşamına yeni imkanlar qazandırsa da, ailədaxili ünsiyyəti əvəz edə bilməz. Ailə üzvlərinin birlikdə keçirdiyi keyfiyyətli vaxt yalnız münasibətləri möhkəmləndirmir, həm də uşaqların sağlam inkişafına, psixoloji rifahına və gələcəkdə daha məsuliyyətli, empatik, sosial cəhətdən fəal vətəndaş kimi formalaşmasına töhfə verir. Güclü ailə münasibətləri isə sağlam və dayanıqlı cəmiyyətin ən mühüm təməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Avqust 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see367

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see331

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see298

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see282

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see277

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see277

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see268

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see259

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see252

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see249

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see248

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see242

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see238

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see228

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see221

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see214

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see203

Osasuna azlıqda qaldığı matçda rəqibi məğlub ETDİ

23 Noyabr 2026 00:19see185

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see184

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri