Icma.az
close
up
RU
Sosioloq günərzi mərkəzlərinin əhəmiyyətindən DANIŞDI

Sosioloq günərzi mərkəzlərinin əhəmiyyətindən DANIŞDI

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Sənədə əsasən, çətin həyat şəraitində olan bütün şəxslər günərzi sosial xidmətlərlə əhatə olunacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirdi ki, xalqın rifahı, sosial dəstəklənməsi, sosial yönümlü istənilən layihə və addım, əlbəttə, təqdirəlayiqdir:

"Bu addım da o addımlardan biridir. Günərzi qruplarının yaradılması məsələsi əslində pandemiyadan öncə müzakirə edilmişdi. Hətta bəzi bölgələrdə pilot layihə kimi də həyata keçirilmişdi ki, o günərzi qruplarında həm anaların məşğuliyyəti təmin olunsun, həm də uşaqların təlim-tərbiyəsi ilə məşğul olunsun. Bir növ ana və uşaq bağçası kimi layihə nəzərdə tutulmuşdu. Amma pandemiya oldu və layihə yarımçıq qaldı. Bundan sonra da artıq gündəmə gəlmədi. Hazırda imzalanan sənəddə həmin günərzi qruplarının fərqli istiqamətidir".

Sosioloq qeyd etdi ki, bu bütün hallarda dəstəklənəcək addımdır.

"Ümumiyyətlə, sosial diqqətə, qayğıya ehtiyacı olan insanların cəmiyyətə qazandırılması, onların cəmiyyətə uyğunlaşdırılması istiqamətində ciddi işlər görülməlidir. Mətbuat, insanlar, cəmiyyət kimin əllərindən nə gəlirsə, dəstək göstərməlidir. Bu gün fiziki məhdudiyyəti olan insanların iş tapmasında, cəmiyyətə adaptasiyasında, ünsiyyət məsələsində ciddi problemləri olur. İnsanları yenidən cəmiyyətə qazandırmaq olduqca müsbət addımdır. Günərzi mərkəzləri bu amala xidmət edəcəksə, çox yaxşı addımdır", - deyə Lalə Mehralı bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri