Icma.az
close
up
RU
Bir tərəfi erməni olan şəhid ailəsi evimi əlimdən alıb ŞİKAYƏT / FOTO

Bir tərəfi erməni olan şəhid ailəsi evimi əlimdən alıb ŞİKAYƏT / FOTO

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"5 şəhid verən bir nəslin nümayəndəsi evsiz qalıb, amma bir tərəfi erməni olan şəxs 2 evin sahəsini birdən alıb" 

Laçın şəhər sakini, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Q massivi, ev 2, mənzil 16 ünvanında yaşayan Abışova Solmaz Yusifəli qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Allah sizlərdən razı olsun, hər bir problemimizə, dərdimizə can yandırmısınız...

Bildirim ki, Laçın şəhərində, Bayraq Meydanının yaxınlığında 2 mərtəbəli, pilləkənləri evin içərisindən olan gözəl bir bağ evimiz olub. Məlum səbəblərdən biz də öz doğma yurdumuzdan qaçqın düşmüşdük. Torpaqlarımız alınanda hər bir azərbaycanlı kimi, bizim evdə də bayram oldu. İllər sonra elimizə-obamıza qayıtmağın həyacanı bizlərə qürür hissini yaşatdı.

Bir müddət sonra qohumlarımız bizdən qabaq elimizi-obamızı ziyarətə getdilər. Oradan zəng vurub bildirdilər ki, sizin eviniz sökülüb, eyni materiallarla başqa bir yerdən ev tikilib.

Bizim evimizin ətrafı qaynanamən və digər qohumların evi ilə əhatə olunmuşdu. Biz ordan çıxmamışdan qabaq evi demək olar ki, yeni tikmişdik. Qohum-qonşularla da sıx əlaqəmiz olub.

Ermənilər həmin evi sökərək, biraz qabaqdan, eyni materialla sökdükləri kimi ev tikiblər. Qaynanamın və qonşularımın evləri isə tamamilə dağıdılıb, yerində futbol meydançası inşa edilib.

Təsəvvür edin, evimdə olan əşyalar belə hələ durur.

Nəslimizin  5 şəhidi var. Mən heç vaxt bundan istifadə edib nələrsə etməmişəm, etmərəm də. Amma təəssüflə qeyd edirəm ki, bir tərəfi erməni olan şəhid ailəsi mənim evimə köçərək evimi əlimdən alıb. Görün, bizə təkrar hadisələri necə yaşadırlar. Ermənilərdən az çəkmiş kimi, bir də öz xalqımın nümayəndəsi onun olmayana sahib çıxır.

Allah bütün şəhidlərimizə rəhmət etsin. Sənin, mənim şəhidim yoxdur. Şəhid bütov Azərbaycanındır. Həmin evdə mənim baldızımın şəhid oğlunun dəfn mərasimi keçirilib. Tam izah etmək istəyirəm ki, hər kəs bilsin, mənim evim əlimdən alınıb. 

2023-cü ilin may ayında  AzTV kanalından Laçınlı ailə kimi bizə təklif gəldi ki, sizi Laçına aparırıq, orda çəkiliş olacaq. Yoldaşımın ağrıyan vaxtları idi. Bu, mənim üçün əsl fürsət oldu. Yoldaşımı doğma yurduna aparacaqdım, rəhmətə getməmiş oraları bir daha dünya gözü ilə görəcəkdi.

Getdik, çəkiliş oldu. Evimizi, torpağımızı gördük, göz yaşlarımızı saxlaya bilmədik. Bu, biz laçınlılar üçün qürür idi. Yenidən o müqəddəs torpaqlara ayaq basırdıq. Oradakı şəhid məzarlarını da ziyarət etdik.

Hazırda bizim evi şəhid ailəsi olan Mehdiyev Nicat Yasin oğlu mənimsəyib. Özləri ilə danışıb həll etməyə çalışmışıq, lakin onları müdafiə edən yüksək vəzifəli məmurlar olduğundan, əlimizdən heç nə gəlmədi. Bu günə kimi döymədiyimiz qapı qalmayıb.

Mehdiyev Nicat Yasin oğlunun ulu babasının Laçında kinoteatrın yaxınlığında evi olub. İndi isə öz evlərinə yox, bizim evə köçüblər. Hətta onu da qeyd edim ki, dövlət tərəfindən onlara Qobu qəsəbəsində də ev verilib.

Evi mənimsəmələri bir yana, köç başlayandan sonra evin hasarlarını Çin səddi kimi çəkərək, digər sakinlərin həyətlərinə girişinə mane yaradırlar. Evin arxa tərəfi, yəni bizim köhnə evin yeri və qaynanamgilin həyətinə giriş yolu bağlanmışdır. Bu səd yalnız bizim həyətlərə girişi yox, bizdən başqa 5 qonşunun evinə girişi də məhdudlaşdırmışdır.

Şikayətimlə bağlı Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Əhməd oğlu Məmmədovun qəbulunda oldum. Bildirdim ki, Məsim müəllim, ermənilər evimin yerini dəyişərək, mənim materiallarımla biraz yuxarıda həmin evi inşa ediblər. Hazırda isə sənədləri mənim adıma olan evimdə başqaları yaşayır. Bunu da qoydum bir qırağa, indi də böyük bir səd çəkərək, mənim və 5 qonşumun həyətinə girişimizi məhdudlaşdırıblar.

Məsim müəllim dərhal həmin yerə baxış keçirərək, çəkilmiş səddi sökdürdü. Hətta bildirdi ki, ev də sökülməlidir. 

Mehdiyev Nicatın özü hazırda Yaşıllaşdırma İdarəsində işləyir. Mehdiyev Nicatın ulu babası Laçında yaşayıb, özü və yaxud da atası yox. O, “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımovun sayəsində "at oynadır", heç bir qanuna baş əymir.

Hasarın sökülməsini eşitdiyimizdə həm, öz adımızdan, həm də qonşular adından təşəkkür edib, Bakıya qayıtdıq. Çünki torpaqda ev yoxdur, bizə aid ev mənimsənildiyindən, yaşamağa yerimiz yoxdur. Bu səbəbdən də dövlət tərəfindən həmin yerdə ev tikilənə kimi Bakıya qayıtdıq. 

Tam əminliklə onu da deyim ki, Mehdiyev Nicatın babasının ermənilərlə qohumluğu olub. Bunu hələ biz orda yaşayan vaxtdan bilirdik. Çünki onlar erməni dilində danışırdılar. Görusdan olan erməni qohumları var idi. Bir tərəfləri erməni olan insanları hazırda Binnət müəllim müdafiə edir. Müdafiə etməsi bir yana, 5 nəfərin evini əlindən alırlar. Həmin ərazidə ev tikilməsinə icazə vermirlər. Çünki Nicat bəy oraları mənimsəyib. Ən gözəl, ən bahalı yerdir.

Bir müddət keçəndən sonra isə yenidən qonşular dedilər ki, "Çin səddi" yenidən tikilir, video çəkildi, göndərildi bizə. Yenidən Mənsim müəllimə müraciət etdik, bildirdi ki, ola bilməz, icazəsiz belə bir addımı atmazlar, orada tək sizin yox, başqa insanların da evləri olacaq.

Getdik və öz gözümüzlə gördük ki, bəli, bu dəfə daha qalın bir hasar çəkilir. Bizə isə başqasının həyətindən yol vermək istəyirlər. Məhlə sahibi də haqlı olaraq narazıdır. Qanunla sökülən hasar sonradan qanunsuz olaraq tikilib və Binnət müəllim də sökülməməsi üçün əllərindən gələni edir. Həmin evin əhatəsinə qala kimi hasarlarla tikiblər. Ora işlədilən daşlarla bir ev tikib başa gətirmək olardı. Bunu video görüntülərdən də görəcəksiniz. Həmin şəxsin özü də dəfələrlə deyir ki, əlinizdən gələni edin, heç nəyə nail ola bilməyəcəksiniz.

"Qaçqınkom"dan da öyrənmişəm, ev erməni tərəfindən tikilən ev kimi təsdiq edilməyib. Erməni tikən evi Binnət müəllimin əli ilə sənədləşdiriblər. Binnət müəllim isə deyir ki, evi sökə bilmərik. Deyirəm bəs necə olur, onun hasarı 5 ailəni evsiz qoyur?! Binnət müəllim isə bu olanlara göz yumur.

Biz son 30 ildə çəkdiyimizi çəkmişik, rəsmi qurumlardan xahiş edirik ki, bundan sonra bizə vətən həsrəti, ev həsrəti çəkdirməsinlər. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 May 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri