“Bir ton göbələyi ona yedirdəcəyəm”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanı məhkəməyə vermək niyyətindədir.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkə hesablarında canlı yayım zamanı Karapetyanın bəyanatını şərh edərkən bildirib.
“Əlbəttə, mən bu kaluqalı oliqarxı məhkəməyə verəcəyəm və sözün birbaşa hüquqi mənasında ona hallüsinasiyaya səbəb olan 1 ton göbələk yedirdəcəyəm. Kobud ifadələrə görə üzr istəyirəm, amma hər şeyin bir həddi var”, - Baş nazir bəyan edib.
Qeyd edək ki, daha əvvəl mətbuat konfransı keçirən Samvel Karapetyan Paşinyanın ötən il Çinə səfəri zamanı hallüsinasiya yaradan göbələkləri bəyəndiyini və onlardan təxminən 1 ton alaraq ölkəyə gətirdiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 07 May 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















