Icma.az
close
up
RU
Bir tur paket alınırsa, insanlar bundan bir çox istiqamətdə istifadə etməlidirlər Ekspert

Bir tur paket alınırsa, insanlar bundan bir çox istiqamətdə istifadə etməlidirlər Ekspert

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bu il Azərbaycanda turizm sektorunun (ictimai iaşə daxil deyil) gəlirlərinin 1,03 milyard ABŞ dollarına çatacağı gözlənilir. Bu barədə "Statista" portalının proqnozunda bildirilib.
Hesablamalara görə, 2025-2029-cu illərdə sektorda illik artım sürəti 4,05% təşkil edəcək. Nəticədə 2029-cu ildə sektorun həcmi 1,2 milyard ABŞ dollarına çatacaq.
Cari ildə ölkənin turizm sektorunun ən mühüm seqmenti 546,1 milyon ABŞ dolları bazar həcmi ilə hotelçilik sənayesi olacaq. 2029-cu ilə qədər Azərbaycanın turizm bazarında ümumi gəlirlərin 74%-nin onlayn satışlardan əldə ediləcəyi proqnozlaşdırılır.

Buna görə, Azərbaycan turizmi nə etməlidir?
Turizm sahəsi üzrə ekspert Əziz Şiriyev bu barədə Demokrat.az-a açıqlama verib. Onun sözlərinə görə, hər bir dövlət çalışır ki, turizmin ayrıca strateji planını yazsın:
“Bizdə də var və bununla bağlı işlər görülür. Bu işlərin çərçivəsində ölkəmizdə müxtəlif festivallar və dünya miqyaslı tədbirlər davamlı olaraq keçirilir. 2024-cü ildə COP-dan sonra dünyada iqlim dəyişikliyi və ekoloji tarazlıq mühüm rol oynayır. Hazırda da bunun şahidiyik ki, 2025-ci ilin fevral ayıdır hələ də Bakıda qar yağmayıb. Bu, iqlim dəyişikliyinin göstəricisidir. Ona görə də sağlamlıq turizmini, xüsusilə insanların sağlam qalması üçün inkişaf etdirmək lazımdır. Daha sonra ekoturizm, aqroturizm, kənd turizmi və digər turizm növləri olduqca vacibdir. Bunların üzərində planlı şəkildə işlər görüləcək. Xüsusən sağlamlıq turizmi əlaqədar olaraq unikal məhsullarımız var. Onları nümayiş etdirmək üçün turizm bloqer və nümayəndələri dəvət olunmalıdır”. 
Ekspert əlavə edib ki, bu da ölkəmizi yeni çapda da geniş tanınmasına şərait yaradacaq:
“Bununla yanaşı regionların sosial-iqtisadi inkişafı olaraq aqroturizm və kənd turizminin həm də bütün turizm növləri ekoloji yanaşma ilə irəli sürülməlidir. Yəni, birinci hər zaman məhsulun keyfiyyətli olması düşünülürdüsə, indi artıq məhsulun etibarlı olmağı ilə yanaşı həm də  istifadədən sonrakı prosesdə məhsulun zərərli olmamasıdır. Bir sözlə bütün bunlar nəzərə alınmalıdır. Yəni, bir tur paket alınırsa, insanlar bundan bir çox istiqamətdə istifadə etməlidirlər. Bununla da kifayət qədər turist cəlb edə biləcəyik”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Fevral 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri