Icma.az
close
up
RU
Dəyişikliklər bir çox faktora bağlıdır EKSPERT FİKRİ

Dəyişikliklər bir çox faktora bağlıdır EKSPERT FİKRİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan kimi cəmiyyətlərdə ailə və kollektiv dəyərlər, tarixən, sosial strukturların və gündəlik həyatın mərkəzində dayanan mühüm amillər olmuşdur. Ənənəvi olaraq, ailə bir çox funksiyanı yerinə yetirən əsas sosial vahid kimi qəbul edilir və kollektiv dəyərlər, bir cəmiyyətin bağlarını gücləndirən, qarşılıqlı hörmət, dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanır. Lakin son dövrlərdə, xüsusən gənc nəsil arasında bu ənənələrə bağlılıqda azalma müşahidə edilir”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ramal Əliyev sözlərinə belə davam edib: “Bu dəyişikliklər bir çox faktora bağlıdır. Azərbaycan qlobal dəyişikliklərə və beynəlxalq trendlərə açıqlığını artıran bir ölkədir. Bu, xüsusilə gənc nəsildə özünü göstərir. Qloballaşma, müxtəlif mədəniyyətlərin, həyat tərzlərinin və düşüncə tərzlərinin bir-birinə qarışmasına səbəb olur. İnternet, sosial media və müasir texnologiyalar, gəncləri daha geniş bir dünyaya açır və müxtəlif dəyərlərlə tanış olmağa vadar edir. Bu da nəticədə bizim kimi cəmiyyətlərdə milli-mental(dini) dəyərlər söykənən ailə modelinin tədricən deqradasiyaya uğramasına gətirib çıxardır.

Təhsil sistemi, gənc nəsilin dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynayır. Azərbaycan təhsilində həm ölkə daxilində, həm də xaricdə təhsil alan gənclər, müasir cəmiyyətlərdə qarşılaşdıqları yeni düşüncə tərzləri ilə tanış olurlar. Bu, gənclərin öz ətraflarındakı ənənəvi düşüncə və mədəniyyətdən daha fərqli bir dünyagörüşünə sahib olmalarına səbəb olur. Gənc nəsil artıq ailə ənənələrinə və kollektiv dəyərlərə uyğun olmayan, daha müstəqil və fərdi düşüncələrə sahib olmağa başlayır.Bunun da ciddi mənfi təsirləri vardır.Klassik ənənələrə söykənən ailə modelini sıradan çıxması avropadan gələn yeni liberal dəyərlərlə əvəz olunması deməkdir. Və beləcə ailə strukturunun tədricən dəyişməsiylə nəticələnən bir proses davam etməkdədir.

Ənənəvi olaraq, Azərbaycan cəmiyyətində böyük ailə modelləri, çoxsaylı nəsillərin bir arada yaşadığı strukturlar dominant idi. Lakin müasir dövrdə, daha kiçik nüvə ailələri, xüsusilə şəhərlərdə daha çox yayılmağa başlayıb. Bu da sosial əlaqələrin və kollektiv dəyərlərin zəifləməsinə səbəb olur. Gənc nəsil, ailə daxilində daha müstəqil qərarlar qəbul etməyə başlayır və kollektiv qərarlara sadiq qalma ehtiyacı daha az hiss olunur. Bu dəyişiklik həm də ailədaxili rol və məsuliyyətlərin yenidən müəyyənləşdirilməsinə səbəb olur. Bu səbəblərdən dolayı ailə dəyərlərimizi qorumaq naminə gənc nəsillə kompleks ciddi marrifçilik işləri həyata keçirilməlidir. Gənclərimizə Avropadan gələn texnoloji yenilikləri, elmi, təhsili mənimsəmək lazımdır çökməkdə olan, dağılmış Avropa ailə dəyərlərini deyil. Bir millətin var olması onun dili, dini, milli kimliyinin qorunmasıyla olur. Ailə, bu dəyərləri qoruyan özək sosial kollektivdir. Gəlin əsrlər boyu formalaşmış klassik ailə dəyərlərini qorumağa ciddi səy göstərək”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Mart 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri