Icma.az
close
up
RU
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər Avtomobil üçün gizli təhlükə

Bir USB ilə bütün sistemi sıradan çıxa bilər Avtomobil üçün gizli təhlükə

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Adi fleşkart təsiri bağışlayan, lakin əslində elektronikanı sıradan çıxarmaq üçün hazırlanmış "USB Killer" adlı qurğu ciddi təhlükə yarada bilər. Müasir avtomobillərin əksəriyyətində telefonların enerji ilə təmin olunması və Android Auto kimi sistemlərə qoşulmaq üçün USB çıxışları mövcuddur və sürücülər bu portları adətən təhlükəsiz hesab edirlər.

Avtosfer.az xəbər verir ki, avtomobilin USB-portuna qətiyyən qoşulmaması tövsiyə edilən xüsusi bir USB cihazı var. Söhbət zahirən adi fleşkartdan seçilməyən, lakin daxilində fərqli mexanizmə malik olan "USB Killer"dən gedir.

Bu cihaz USB-portuna taxıldıqda əvvəlcə elektrik enerjisini yığır, daha sonra isə yüksək gərginliyi bir neçə dəfə birbaşa portun daxilinə ötürür. Nəticədə USB çıxışının idarəetmə çipi və onunla əlaqəli elektron komponentlər ani şəkildə sıradan çıxa bilər. Avtomobillərdə bu risk daha böyükdür, çünki USB portlar çox vaxt multimedia sistemi, bort kompüteri və digər vacib modullarla birbaşa əlaqəlidir.

Məlumata görə, məşhur texnobloqer EverythingApplePro belə bir cihazı avtomobilinin USB-portuna qoşaraq sınaqdan keçirib. Nəticədə avtomobilin multimedia sistemi yenidən başladılıb və USB-port tamamilə işləməz vəziyyətə düşüb. Qurğu çıxarıldıqdan sonra belə port artıq smartfonu şarj etməyib.

Bundan əlavə, bəzi USB-ionizator və hava təmizləyicilərinin "USB Killer" kimi gizlədilə biləcəyi bildirilir. Bu cür təhlükəli qurğuları adi USB aksesuarlarından ayırd etmək demək olar ki, mümkün deyil, çünki fərq çox vaxt yalnız daxili naqillərdə olur. İstifadəçi hansı cihazla üzləşdiyini əksər hallarda yalnız avtomobilin elektronikası zədələndikdən sonra anlayır.

Mütəxəssislər sürücülərə avtomobildə yalnız etibarlı mənbədən alınmış kabellərdən və yaddaş qurğularından istifadə etməyi, mənşəyi bilinməyən və şübhə doğuran USB cihazlarını isə zahirən adi fleşkart olsa belə, heç vaxt avtomobilin USB-portuna qoşmamağı tövsiyə edirlər.(milli.az)

Oxunub 24

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Yanvar 2026 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri