Avtomobiliniz üçün gizli təhlükə: Bir USB ilə bütün sistemi sıradan çıxara bilərsiniz
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Adi fleşkart təsiri bağışlayan, lakin əslində elektronikanı sıradan çıxarmaq üçün hazırlanmış "USB Killer" adlı qurğu ciddi təhlükə yarada bilər. Müasir avtomobillərin əksəriyyətində telefonların enerji ilə təmin olunması və Android Auto kimi sistemlərə qoşulmaq üçün USB çıxışları mövcuddur və sürücülər bu portları adətən təhlükəsiz hesab edirlər.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, avtomobilin USB-portuna qətiyyən qoşulmaması tövsiyə edilən xüsusi bir USB cihazı var. Söhbət zahirən adi fleşkartdan seçilməyən, lakin daxilində fərqli mexanizmə malik olan "USB Killer"dən gedir.
Bu cihaz USB-portuna taxıldıqda əvvəlcə elektrik enerjisini yığır, daha sonra isə yüksək gərginliyi bir neçə dəfə birbaşa portun daxilinə ötürür. Nəticədə USB çıxışının idarəetmə çipi və onunla əlaqəli elektron komponentlər ani şəkildə sıradan çıxa bilər. Avtomobillərdə bu risk daha böyükdür, çünki USB portlar çox vaxt multimedia sistemi, bort kompüteri və digər vacib modullarla birbaşa əlaqəlidir.
Məlumata görə, məşhur texnobloqer EverythingApplePro belə bir cihazı avtomobilinin USB-portuna qoşaraq sınaqdan keçirib. Nəticədə avtomobilin multimedia sistemi yenidən başladılıb və USB-port tamamilə işləməz vəziyyətə düşüb. Qurğu çıxarıldıqdan sonra belə port artıq smartfonu şarj etməyib.
Bundan əlavə, bəzi USB-ionizator və hava təmizləyicilərinin "USB Killer" kimi gizlədilə biləcəyi bildirilir. Bu cür təhlükəli qurğuları adi USB aksesuarlarından ayırd etmək demək olar ki, mümkün deyil, çünki fərq çox vaxt yalnız daxili naqillərdə olur. İstifadəçi hansı cihazla üzləşdiyini əksər hallarda yalnız avtomobilin elektronikası zədələndikdən sonra anlayır.
Mütəxəssislər sürücülərə avtomobildə yalnız etibarlı mənbədən alınmış kabellərdən və yaddaş qurğularından istifadə etməyi, mənşəyi bilinməyən və şübhə doğuran USB cihazlarını isə zahirən adi fleşkart olsa belə, heç vaxt avtomobilin USB-portuna qoşmamağı tövsiyə edirlər.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 Yanvar 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















