Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Bir yaşlı da bir gün: Bizim üçün iş saatı yoxdur

Bir yaşlı da bir gün: Bizim üçün iş saatı yoxdur

Icma.az bildirir, Sherg.az portalına istinadən.

...Telefonla danışa- danışa ofisə daxil oluram. “Yüksəliş” müsabiqəsinin növbəti qaliblərindən biri ilə danışıram. Razılaşırıq ki, sabah ofisimizə gəlsin, ondan geniş müsahibə alaq. 

 “Yüksəliş”dən söz düşmüşkən, redaktoru olduğum Crossmedia.az analitik – informasiya portalı fəaliyyətə başladığı ilk vaxtlardan etibarən “Yüksəliş” müsabiqəsi ilə sıx əməkdaşlıq yaratmışıq. Çoxlarına məlum olduğu kimi, 

"Yüksəliş" müsabiqəsi son illərdə Azərbaycanda şəxsi və peşəkar inkişaf üçün ən nüfuzlu platformalardan birinə çevrilib. Bu müsabiqə liderlik potensialını üzə çıxarmaq və gənclərə yeni imkanlar yaratmaq məqsədi daşıyır. İştirakçılar müxtəlif mərhələlərdə öz bilik və bacarıqlarını sınayaraq, həm təcrübə, həm də dəyərli mükafatlar əldə edə bilirlər. Hər bir mərhələ uğur və inkişaf üçün yeni bir pillə açır. "Yüksəliş" Müsabiqəsi Azərbaycanda istedadlı gənclərin və peşəkarların inkişafına dəstək verən bir təşəbbüsdür. Onun əsas məqsədi liderlik keyfiyyətlərinin aşkara çıxarılması və yeni nəsil rəhbərlərin formalaşdırılmasıdır. Müsabiqə ölkənin müxtəlif bölgələrindən olan iştirakçıları bir araya gətirir. Müsabiqənin əsas məqsədi gəncləri və peşəkarları liderlik və idarəetmə bacarıqları ilə təmin etməkdir. Bu təşəbbüs cəmiyyətin inkişafına töhfə verən yeni liderlərin yetişdirilməsini hədəfləyir. Həmçinin, şəxsi və peşəkar inkişaf üçün motivasiyaedici bir mühit yaradır.


Müsabiqə qalibləri ilə müntəzəm müsahibələr etməklə həm onları ictimaiyyətə tanıdır, həm də məlumatı olmayanlara “Yüksəliş” barədə əlavə məlumat vermiş oluruq. Hər halda Azərbaycanda idarəçilik məsələsində “Yüksəliş”in müstəsna rolunun olduğu danılmazdır. Müsabiqənin İşçi qrupunun rəhbəri Fərhad Hacıyevin dediyi kimi, “Yüksəliş” kadr bazasıdır...

Ofisə girən kimi əməkdaşlarımızın- Elmir Heydərli ilə Səbiyyə Zayirovanın səslərini eşidirəm. Xəbəri manşetə verib – verməmək barədə danışırlar, müzakirə edirlər. Otağa daxil olur, fikrimi deyirəm. Baş redaktorumuz Mübariz Göyüşlü də buradadır. Onu bir ildir tanıyıram. Elə Crossmedia.az vasitəsilə tanış olmuşuq. Amma bir - birimizi yaxşı anlayır, futbol dili ilə desək, paslaşırıq. Fikir ayrılıqlarımız demək olar, olmur. Olanda da həll edirik. İkimiz də uzun müddət "Şərq" qəzetində işləmişik.

 Vaxt itirmədən kompüterimi yandırır və işə başlayıram. Dünəndən qalan bir neçə yazı var. Onları oxuyub dərc etmək lazımdır. 

Noutbukumu açır, işə başlayıram. Uzun müddətdir buna vərdiş etmişəm- işə başlamazdan əvvəl özümə isti çay süzürəm. Yenə də elə edirəm. 

Dünəndən bəri qalan bir neçə yazı oxuyuram. Əməkdaşlarımız Ayhan Ağarzayev,  Mehriban Yariyeva isə onlara verdiyim mövzular üzrə işləyirlər. Eləcə də Elmir. 

Səbiyyə isə saytları isə izləyir. Admin- paneldədir. 

Uşaqlarımız, maşallah, arı kimi işləyirlər. Ayhan deyir:

- Müəllim, politoloq İlqar Vəlizadə telefonu götürmür...

Dərhal Mübariz müəllimlə məsləhətləşib başqa siyasi analitiklə əvəz edirik.

Yazılan yazılardan birini baş redaktor oxuyur, birini mən. Bəzən iradlarımızı da deyirik. Tövsiyə edirik ki, düzəltsinlər.

Yeri gəlmişkən, uşaqlarımız süni intellektin imkanlarından yaxşı istifadə edirlər. Xarakter etibari ilə bir az mühafizəkar olsam da, süni intellektə qarşı çıxmaq fikrim yoxdur. Əksinə, əməkdaşlarımızı təqdir edirəm.

...Qəfil xəbər çıxır ki, Prezident İlham Əliyev sərəncam imzalayıb. Dərhal hərəkətə keçir, Milli Məclisin deputatlarından birinə zəng edirik. Ümumiyyətlə işimizdə Prezidentin fəaliyyəti, o cümlədən səfər və çıxışlarını işıqlandırmaq ən əsas istiqamətlərdəndir. Bu xüsusda saytımızdakı "Prezident gündəliyi" rubrikası xüsusi diqqət çəkir. Dövlət və dövlətçilik bizim üçün qırmızı xəttdir. Bu mövzularla bağlı adətən Milli Məclisin deputatlarının fikirlərini öyrənirik. Gün ərzində 10- 12 fərqli deputat, o cümlədən komitə sədrləri saytımıza açıqlama verər. Bu baxımdan demək olar ki, Crossmedia.az artıq inam və etibar qazanıb.

İş telefonumuza müntəzəm mesajlar, zənglər gəlir. Deputatlar, ayrı- ayrı ictimai- siyasi xadimlər bizi bir yaşımız münasibətilə təbrik edirlər. Bəli, bu gün Crossmedia.az-ın bir yaşı tamam olur. Crossmedia.az yarandığı gündən etibarən obyektiv və qərəzsiz olmağa çalışıb. Dövlət və dövlətçiliklə bağlı məsələləri, o cümlədən Prezident İlham Əliyevin səfər, görüş və çıxışlarını işıqlandırmağı prioritet olaraq müəyyənləşdirib. Bu baxımdan portaldakı "Prezident gündəliyi" bölməsi xüsusi qeyd edilməlidir.

Analitik-İnformasiya Portalı öz fəaliyyətində təhlili materialların dərcinə xüsusi yer verir. Crossmedia təhlil mərkəzinin üzvləri müntəzəm olaraq cəmiyyəti maraqlandıran mövzularla bağlı araşdırma və təhlillərlə çıxış edirlər.

Crossmedia.az sosial mediada da fəaldır. Portal ayrı-ayrı sosial media platformalarında fərqli kontentlərlə çıxış edir.

Crossmedia.az həm analitik yazıların dərinliyi, həm də gündəlik xəbərlərin operativliyi ilə fərqlənir. Saytın əsas məqsədi cəmiyyət üçün düzgün, dəqiq və düşünülmüş informasiya axını yaratmaq, oxuculara təhlil və fikir mübadiləsi üçün platforma təqdim etməkdir.

Bir yaşlı portal bu gün artıq etibarlı informasiya mənbəyi, analitik düşüncə mərkəzi və ictimai rəyin formalaşmasında önəmli iştirakçı kimi tanınır.

 Biz isə digər günlərdə olduğu kimi, öz işimizi görür- informasiya cəbhəsində dövlət siyasətini təbliğ edir, oxucularımızı maraqlandıran suallara cavab axtarır, gündəm mövzularda təhlil və araşdırmalarla çıxış edirik. 

Könüllülərimiz gəlirlər. Onlara da mövzular, istiqamətlər veririk. Yeri gəlmişkən, Crossmedia.az-ın üçüncü könüllülük proqramı davam edir artıq. İkisi bitib. Həmin proqramı bitirənlərdən bir çoxu bu gün ya saytımızda, ya da digər media subyektlərində çalışırlar. Yəni Crossmedia.az həm də yeni jurnalist nəslinin yetişməsinə töhfə verir.

Sayta yeni yazılar verdikcə dəftərçəmdə qeyd edirəm. Bu, vərdişə çevrilib.  Gündəlik hesabatdır. Həm özümüzə, həm də oxucularımıza.

Bəzən elə vəziyyət yaranır ki, heç başımızı qaldırmağa da imkan tapmırıq. Elə hey işləyirik. Və bundan zövq alırıq.

...On ikinci özəl yazını verib ofisdən çıxır, digər iş yerimə gedirəm. Amma bu, o demək deyil ki, iş saatım bitib. Digərləri kimi mənim üçün də iş saatı yoxdur. Biz qrafiklə işləyənlərdən çox fərqliyik. Elə buna görə də seçilirik. Zəhmətimizin nəticəsini görürük.

...Saat axşam doqquzdur. "Watsapp" qrupumuz "qaynayır". Ard- arda xəbərlər, tərcümələr göndəririk. Gecəyə yaxın əməkdaşlarımıza sabah üçün mövzular verirəm.

Gecə birdə- evə çatanda qəfil yadıma düşür: Ayhana verdiyim araşdırma nə oldu? Özünə yazıram. Deyir ki, hazır olacaq. Sabah da soruşa bilərdim. Amma rahat olmayacaq, bəlkə də, yata bilməyəcəkdim. Əməkdaşlarımız isə buna- saatından asılı olmayaraq qəfil gələn mesaj və zənglərə çoxdan öyrəşiblər.

Bir yaşımızı da beləcə qeyd etdik: ofisdə, komputer arxasında. Və bir yerdə, çiyin- çiyinə. Bu, ən yaxşısır. Bizim gücümüz birliyimizdədir. Mənə Crossmedia.az-da redaktorluq vəzifəsi təklif olunanda bu vəzifədə heç təcrübəmin olmamasına baxmayaraq, tərəddüd etmədim. Çünki hara gələcəyimi, kimlərlə işləyəcəyimi yaxşı bilirdim. Bir gün, bir saat belə yanıldığımı hiss etmədim. Allah utandırmasın. Təkcə ümid etmirəm, həm də inanıram ki, Crossmedia.az iki yaşında ictimai rəydə tamam fərqli yerdə olacaq. Buna haqqımız da, gücümüz də var.

Kənan Novruzov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Noyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri