Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Dünya üçün bir Zirvə, bizim üçün bir Dünya olan İnsan

Dünya üçün bir Zirvə, bizim üçün bir Dünya olan İnsan

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bəşər tarixi nə qədər qoca olsa da, yeniliyə həmişə açıq olub. Yarandığı gündən hadisələrlə bol olub, bir çox problemlərin həllinə şərait yardıb və daim mübarizələrlə yadda qalıb. Təbii ki, problem varsa, deməli onun həlli yolu da mövcuddur. Amma, bu yolu tapmaq və həlli üçün çalışmaq çox çətin məsələdir. Fərd olaraq hər bir insan yaşadığı və fəaliyyət göstərdiyi dövrlərdə müxtəlif çür problemlərlə, misal üçün maddi, mənəvi, məişət və s. problemlərlə üzləşir. Müxtəlif üsullarla insanlar bu problemlərin öhdəsindən qismən də olsa gələ bilirlər. Amma, bütöv bir xalqın, millətin üzləşdiyi ümummilli problem tam fərqlidir. Xüsusilə, qloballaşan dünyada belə problemə qarşı çıxmaq, ona müqavimət göstərmək və xalqının rifahı naminə mübarizə apararaq sonda qalıb olmaq, hər insana qismət olmur. Dünya tarixində çox az liderlər olub ki, onların mövcudluğu, bütöv bir xalqın varlığını qoruyub. Millətin və dövlətin mövcudluğu məhz, belə liderlərin varlığından asılı olub. Belə liderlər xalq tərəfindən seçilir və xalq onun ətrafında vahid bir yumruq kimi birləşir. 

“Dünya üçün bir Zirvə, bizim üçün bir Dünya olan İnsan” ifadəsi təsadüfdən yaranan ifadələrdən deyil, bu kainatın qanunauyğunluğunun təcəssümüdür. Ümummilli lider Heydər Əliyev məhz belə insanlardandır. Onun varlığı xalqımızın və dövlətimizin mövcudluğunu qoruyub. Ulu öndər kainatın insanlara bəxş etdiyi zəngin bir Dünyadır. Bu dünyanı anlamaq, dərk etmək üçün onun zəngin həyatına baxmaq belə kifayət etməz. 

"İnsanın yeganə borcu var: Öz Yolu ilə sonuna qədər getmək. Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən, bütün Kainat sənin arzunun həyata keçməsinə kömək edəcək." (Paulo Coelho).   

Ulu öndər seçdiyi şərəfli yolunu sona qədər getdi, arzusunun həyata keçməsinə nail oldu. Bu yolda nə qədər çətinliklərlə üzləşsə də, Kainat onun arzusunun həyata keçməsinə kömək etdi. Bu fəlsəfi yanaşma olsa da, həqiqətdir. Ulu öndərin həyat yolu çox rəngarəngdir. Dahi insanların həyatı özünəməxsusluğu ilə digərlərindən fərqlənib. 

Azərbaycanın yeni tarixində milli ideologiyanın, milli şüurun formalaşmasının ilkin əsasları məhz Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edib. “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu ibrətamiz sözlərlə Heydər Əliyev Azərbaycanda yaşayan həmyerlilərimizlə yanaşı, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirməyə, eyni zamanda, milli həmrəyliyə nail olunmasına müvəffəq oldu.

Dünyanın bir çox tanınmış siyasi xadimləri, dövlət başçıları, ictimai-siyasi fəalları olub. Lakin, dünya siyasətinin kamil bilicisi, ensiklopedik bilik və yüksək intellektə malik xadimləri çox az sayda olub. Tanrının bizə bəxş etdiyi nadir keyfiyyətlərə malik olan Heydər Əliyev, nəinki yerli səviyyədə, həmçinin beynəlxalq aləmdə qibtə edilən, səriştəli və təcrübəli siyasi xadim kimi qəbul edilib.

Ulu öndər təkcə milli ideologiyanı deyil, ana dilimizin varlığının milli-mənəvi özünüdərk, onun mahiyyətinin vacibliyini daim önə çəkmişdir. “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Bu sözlərlə Heydər Əliyev mədəniyyətə, ədəbiyyata, incəsənətə münasibəti ifadə edib. O, çox gözəl bilirdi ki, türk-islam dünyasının, xüsusən də Azərbaycanın bütün fəlsəfi təlimləri əsasən bədii ədəbiyyata bağlı olub və ona görə də azərbaycançılıq fəlsəfəsini formalaşdırarkən bunlara istinad edib. 

Ümummilli Lider, müstəqil dövlət ideologiyası ilə yanaşı, həmçinin müstəqil Azərbaycanın sosial-iqtisadi strategiyasını müəyyənləşdirib. O, Azərbaycançılığa əsaslanan milli dövlətin möhkəm təməlini qoyub, xalqda dövlətçilik hissini formalaşdırıb və xalqda dövlətə və dövlət rəhbərinə olan inam hissinin artmasına nail olub. 

Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri də milli-mənəvi dəyərlərin, milli ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi olub. Ulu Öndər bununla bağlı qeyd edirdi: “Milli ideologiyamızın konsepsiyası tarixi keçmişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət etməlidir”. 

Ulu öndərin Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış xidmətlərindən biri də qranit kimi möhkəm təmələ malik neft strategiyasıdır. Bu strategiyanın əsasını "Əsrin müqaviləsi" təşkil edir. "Azəri-Çıraq-Günəşli" neft və qaz yataqlarının istifadəyə verilməsi, "Bakı-Tbilisi-Ərzurum" qaz kəmərinin reallaşması da Heydər Əliyevin strategiyasının təntənəsidir.

Azərbaycanın suverenliyini bərpa etmək və qorumaq, dövləti dirçəltmək, bütün sahələrdə öncül olmaq üçün Heydər Əliyev əlindən gələni əsirgəmədi. Taleyini xalqına və dövlətinə bağladı. Ulu öndər deyirdi ki, milli vətənpərvərlik, milli qürur hissi bizim dövlətçiliyimizin yaşaması üçün ən böyük amillərdən biridir. 

Ulu öndərin Azərbaycana verdiyi ən böyük töhfəsi isə düzgün siyasi varisinin seçimi oldu. Azərbaycan Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi dövründə kifayət qədər uğurlara imza atıldı. Ən böyük uğurumuz isə Qarabağı işğaldan azad etməyimiz, xüsusilə Xankəndidə üç rəngli bayrağımızın ucaldılması və suverenliyimizin tam bərpa olunması oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqının başını ucaltdı, onun ədalətli və sülhsevər olduğunu bütün dünyaya bəyan etdi. Tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev Azərbaycanın gözəl gələcəyinin təməlini qoydu, cənab İlham Əliyev isə bu təməlin üzərindən müasir Azərbaycanı inşa etdi. Azərbaycan indi nəinki regionda söz sahibidir, eyni zamanda, dünya miqyasında etibarlı siyasi tərəfdaşa çevrilməkdədir. 

Türk dünyasının böyük oğlu, Dünya üçün bir Zirvə, bizim üçün bir Dünya olan-Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. 

Rövşən Əliyev  

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri