Icma.az
close
up
RU
BİR YOLUN BAŞLANĞICI

BİR YOLUN BAŞLANĞICI

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nurəddin İSMAYIL

Üzümüzə nurlu səhərlərin açıldığı 28 May Günü. Bu gün qoca Şərqin qapısında ilk demokratik cümhuriyyətin - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.

108 il öncə dövlətimizin ilk qurucusu M.Ə.Rəsulzadə və silahdaşları bütün təhdidlərə, işğalçı hədə-qorxulara, xarici basqılara, daxili gərginliklərə baxmayaraq Azərbaycan Demokratik Respublikasının yaranmasını elan etdilər və bizə milli kimliyimizə sahib olmaq haqqını verdilər. Bir yol başlandı, işıqlı bir yol, çağımıza doğru. Himnimizin səsləndiyi, üçrəngli bayrağımızın vətən səmalarında ilk olaraq ucaldığı günün fərəh gətirdiyi, hər cür ağrıdan, acıdan, məşəqqətlərdən keçən, lakin geridönməz olan bir yol.

İlk qurucu babalarımız bu yolun yolbayı oldular. Hər birinin sonrakı həyatı sürgünlərdən, işgəncələrdən, ölümdən keçən yolbaylar, mürgüləyən, yorğun düşən qoca Şərqin sinəsində siyasi kimliyimizin təsdiqi olan “Azəbaycan” adlı Cümhuriyyətin qəlblərə işıq saçan məşəlini yandırdılar. Bu azadlıq məşəli saçdığı atəşlə millətimizin keçmişinə, Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycanımızın milli varlığına, onun xoşbəxt gələcəyinə xor baxanların, onun mövcudluğunu dananların gözünü kor etdi. Ancaq Cümhurriyyəti elan etməklə iş bitmirdi. Qurucu babaların qarşısında elan olunmuş dövlətin atributlarını reallaşdırmaq, ona iqtisadi zəmin yaratmaq, siyasi səbatlılıq çəkisi vermək, dilini, kimliyini, təsdiq etdirmək, ordusunu qurmaq, parlamentini formalaşdırmaq, rus bolşevik, erməni daşnaklarının dağıtdığı, viran qoyduğu məmləkəti xarabalıqlardan xilas etmək kimi missiya dururdu. Paytaxtdan aralı, Gəncədə formalaşan dövlətin əsaslarını paytaxt Bakıya daşımaq, Bakını bolşevik-daşnak cütlüyünün əsarətindən xilas etmək, Qarabağda baş qaldıran erməni separatizminin kökünü kəsmək, 31 mart qırğınlarının fəsadlarını aradan qaldırmaq milli hökumətin görəcəyi ilk mühüm işlər sırasına daxil idi. Və bacardılar. İyirmi üç ay ömrü olan bu gənc dövlət qurucuları gələcəyə örnək, əsas olan elə bir fundamentin əsasını qoydular ki, bu günkü qüdrəti ilə ortaya çıxan dövlətimiz məhz o əsaslar üzərində öz intişarını tapdı.

M.Ə.Rəsulzadə dilindən peyğəmbərcəsinə deyilmiş “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı 70 il sonra öz təsdiqini tapdı. Cümhuriyyətin könüllərdə, yaddaşlarda dərin iz buraxan közü, 70 il sonra yenidən alov saçdı. Azərbaycan yenidən öz müstəqilliyinə, suveren haqlarına qovuşdu. Lakin o dövrdə olduğu kimi, bu dönəmdə də Azərbaycanın müstəqilliyi, suverenliyi təhdid altına düşdü. İstiqlalımızı, suverenliyimizi həzm etməyən, milli kimliyimizi tanımaq istəməyən imperialist iddialı cənub və şimal qonşularımız olan dövlətlər fəsadlara, iqtisadi basqılara, siyasi təzyiqlərə əl atdılar, dilbər guşəmiz Qarabağın 30 il erməni işğalında qalmasına imkan tanıdılar. Və bu təcavüzkara imkan tanıma ədalətsizliyinə sonradan daha bir neçə güc dövləti qoşuldu. Regional, beynəlxalq təşkilatlar, BMT kimi mötəbər qurum da üzdə sülh missiyası görüntüsü yaratsa da əslində 30 il torpaqlarımızın işğalda qalmasına, suverenliyimizin, ərazi bütövlüyümüzün pozulmasına göz yumdular və işğalı de-fakto qəbul etdilər.

Cümhurriyyətin yarandığı dövrdə olduğu kimi, istiqlalımızın bərpa olunduğu dönəm də də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü şübhə altına salındı, ölkəmiz beynəlxalq erməni havadarlarının təklənmə siyasəti ilə üz-üzə qaldı. Yalnız iyirmi birinci əsrin ilk iyirminci ili beynəlxlq şəraitin Azərbaycanın xeyrinə dəyişdiyini ortaya qoydu. Dövlətmizin məhz bu anda düşünülmüş xarici siyasəti, daxili qüvvələri konsalidasiya etmək bacarığı, mükəmməl ordu sistemi qurmaq qabiliyyəti, bir sıra bəd niyyətli güc dövlətlərini neytrallaşdırmaq bacarığı Azərbaycanın ilk demokratik respublikamızın qoyduğu möhkəm təməllər üzərində çağdaş siyasətini davam etdirməsinə stimul yaratdı. 44 günlük Vətən müharibəsi və Zəfərə yol açan bir günlük uğurlu antiterror əməliyyatı əslində xalqımızın 108 il öncə əsası qoyulmuş demokratik dövlətin hürriyyət, müstəqillik kimi dəyərlərə sadiqliyindən doğan və bu yolda qazi olmağa, şəhid verməyə hazır olan millətimizin haqq davası idi.

Tarix göstərdi ki, bir millətin hürriyyətinə, istiqlalına, suverenliyinə uzanan əllər gec ya tez həmin millətin hürr coşqusu, milli kimliyini qoruma eşqi ilə kəsilib atılar. Min şükürlər olsun ki, milli istiqlal şüurunun bayraqdarı olan M,Ə.Rəsulzadənin sənələr öncə səsləndirdiyi “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı, şüar olmaqdan praktik həyatımızda yaşamaq haqqına qədər bir yol keçib gəldi və o üçrəngli bayraq boyaboy bütün vətən səmalarında dalğalanmaqda, o himn yüksək səslə oxunmaqda və 23 illik ömür yaşayan demokratik dövlət yenidən və tam mənası ilə öz əsaslarına qovuşmaqdadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 May 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri