Icma.az
close
up
RU
Gürcüstan üçün yeni dövrün BAŞLANĞICI

Gürcüstan üçün yeni dövrün BAŞLANĞICI

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Gürcüstan tarixində növbəti dəfə ağır dönəmdən keçir. Hakimiyyətin Avropa İttifaqı ilə danışıqları təxirə salması barədə sensasion qərarı müxalifətin sərt reaksiyasına səbəb olub. Tbilisi küçələrində nümayişçilər və təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalara çevrilən etirazlar səngimir.

Etirazlar ölkənin dörd bir tərəfini əhatə edib. Böyük Batumi və Kutaisi şəhərlərindən tutmuş kiçik Axalsıx və Xaşuriyə qədər aksiyalar keçirilir.

Buna baxmayaraq, hakimiyyət nümayəndələri heç bir güzəştə getmək niyyətində olmadıqlarını açıq şəkildə bildirir. Hakim “Gürcü Arzusu” partiyasının rəhbərliyi qeyd edir ki, “xüsusi təlim keçmiş qruplar” ölkədə “rəngli inqilab”a cəhd edir, ancaq buna imkan verməyəcəklər.

Modern.az ölkədəki vəziyyəti öyrənmək üçün Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze ilə həmsöhbət olub.

O, ölkəsində baş verən hadisələri "Gürcüstan tarixində misli görünməmiş" hadisə adlandırıb. “Ölkə prezidenti hökümətə qarşı hərəkətlərdə birbaşa iştirak edir. Bu o deməkdir ki, birbaşa qanunsuzluğu və zorakılığı təbliğ edir.  Son günlər Tbilisinin mərkəzində baş verən bütün zorakı hərəkətlər başdan sona kimi dörd radikal müxalifət partiyası, onların liderləri və sponsorları tərəfindən idarə olunur və maliyyələşdirilir. Buna görə də bu partiyaların rəhbərləri xəsarət alan polislərə və ya etirazçılara görə məsuliyyət daşıyır", - ekspert bildirib.

Qeyd edək ki, oktyabrın 26-da keçirilən parlament seçkilərindən bir ay sonra Tbilisidə etiraz fəallığı səngiyib. Ancaq hökumətin ötən cümə axşamı elan etdiyi Aİ-yə üzvlük danışıqlarının başlanmasını 2028-ci ilə qədər təxirə salmaq qərarı güclü etiraz dalğasına səbəb olub. Etirazlara yalnız müxalifət partiyaları deyil hakimiyyətdə təmsil olunan bir çox şəxs, mədəniyyət xadimləri, QHT-lər də dəstək verib.

Etirazçılarla toqquşmada onlarla polis yaralanıb. "Diqqət edin ki, etirazçılar polisə müqavimət göstərsə də, polis tərəfindən heç bir qisas təcavüzü olmayıb", - ekspert qeyd edib.

Qərbdən də Gürcüstan hakimiyyətinə təzyiqlər artıb. Xüsusilə, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını bəyan edib. Hadisələrin ilk günündə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Kaya Kallas Gürcüstan hakimiyyətinə Avropa İttifaqının “birbaşa nəticələri”nin olacağını bildirib.

Anjaparidze deyir ki, bəyanatlarında hüquq-mühafizəçilərini "İvanişvilinin qüvvələri", xalqın seçdiyi hakimiyyəti "repressiv Rusiya rejimi" adlandırırlar, sonra da yeni seçkilərə hazırlıqdan "razılıq"dan danışırlar:

"Bütün bunlardan sonra inanmıram ki, iqtidar onlara və müxalifətə danışıqlar aparmağa vaxt sərf edəcək. 
Ona görə də yaxın zamanda bu olanların dayanacağına ümid edirik”.

Qeyd edək ki, bir çox ekspertlər baş verən hadisələri Gürcüstan üçün yeni dövrün başlanğıcı adlandırıb. Vəziyyətin necə inkişaf edəcəyi hələlik məlum deyil, ancaq Gürcüstanda vəziyyətin bundan sonra eyni olmayacağı hər kəs üçün aydın məsələdir...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri