Icma.az
close
up
RU
Birandan keçmiş nişanlısının iddialarına cavab

Birandan keçmiş nişanlısının iddialarına cavab

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Keçmiş nişanlısı Abdurrahman Aydın türkiyəli aktrisa Biran Damla Yılmaz haqqında iddialar səsləndirib.

Axşam.az xəbər verir ki, Abdurrahman aktrisanın Almaniyada estetik etdirdiyini və əməliyyatın borcunu ödəmədiyi bildirib. O, həmçinin aktrisanın axtarışda olduğunu iddia edib.

Biran məsələyə münasibət bildirərək haqqında səsləndirilən iddiaları təkzib edib. Aktrisa bildirib ki, Almaniyaya estetik əməliyyat üçün deyil, sağlamlıq problemlərinin müalicəsi məqsədilə gedib:

"13 yaşımdan bəri müxtəlif sağlamlıq problemlərim var. Bu barədə heç vaxt danışmaq istəməmişəm. Hətta sektorda "aktyor sağlam görünməlidir" düşüncəsi olduğu üçün xəstəliyimi gizlətməyə çalışırdım. Böyrəküstü vəz çatışmazlığı diaqnozu ilə müalicə alırdım. O vaxt sevgilim olan şəxs Almaniyaya getməyi təklif etdi və bəlkə başqa müalicə üsullarının faydalı ola biləcəyini dedi. Mən də onunla birlikdə Almaniyaya getdim".

Yılmaz qeyd edib ki, uzun müddət xəstəxanada müalicə alıb, bəzi günlər yeriməkdə belə çətinlik çəkib. O, əlavə edib ki, səhhətinə görə bir çox layihələrdən imtina etmək məcburiyyətində qalıb:

"Estetik əməliyyat etdirməmişəm. Uşaq sahibi ola bilməyim üçün uşaqlığımla bağlı əməliyyat olunmuşam. Estetik əməliyyat kimi təqdim edilən məsələ əslində qadın sağlamlığımla bağlıdır. Məndən geri tələb olunan məbləğ də həmin əməliyyatın pulu deyil.

Kiçik yaşlarımdan bəri dözülməz ağrılar və müxtəlif sağlamlıq problemləri ilə mübarizə aparmışam. İndi isə kimlərəsə problem yaratdığım üçün məni gözdən salmağa çalışırlar. Bu, heç də ədalətli deyil".

Biranın vəkili də məsələ ilə bağlı paylaşım edib:

"Abdurrahman Aydına qarşı 12 iyun 2026-cı ildə İstanbul Ailə Məhkəməsi tərəfindən saxta sənədlərdən istifadə edərək yalan məlumat yaymaq və böhtan atmaq ittihamı barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, İstanbul Baş Prokurorluğunda təhdid, təqib və digər cinayətlərlə bağlı barəsində istintaq başladılıb. Həmçinin, müəyyən edilib ki, o həm Almaniya, həm də Türkiyədə rəsmi sənədləri saxtalaşdıraraq Biran Damla Yılmazdan pul tələb edib.

Almaniyada Biran Damla Yılmaza qarşı heç bir hüquqi prosedur və ya həbs orderi yoxdur. Buna görə də, bu iddialar hüquqi cəhətdən əsassız, qeyri-real və tamamilə uydurmadır".

Qeyd edək ki, cütlük iki il nişanlı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://axsam.az
archiveBu xəbər 17 İyun 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri