“Birbank” 2 qat ƏDV qaydalarında gizli şərt tətbiq edir?
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cəlal Rza adlı vətəndaş Birbankın 2 qat ƏDV qaydaları ilə bağlı şəffaf olmayan mexanizmindən narazılıq edərək AzPost-a müraciət edib. Onun sözlərinə görə, bank bu xidmətlə bağlı müştərilərə açıq və dolğun məlumat təqdim etmir.
Şikayətçini narazı salan əsas məsələ odur ki, 2 qat ƏDV yalnız taksit (kredit) kartları ilə edilən ödənişlərdə və yalnız QR kod vasitəsilə həyata keçirilən əməliyyatlara şamil olunur. Müştərinin iddiasına görə, bu şərti bank nümayəndələri öz aralarında bilsələr də, ictimaiyyətə açıqlamayıblar.
Cəlal Rza bildirir ki, Birbankın rəsmi saytında bu barədə məlumat yenilənməyib, buna görə də müştərilər ödəniş zamanı əlavə üstünlük əldə edəcəklərini düşündükləri halda faktiki olaraq itki ilə üzləşirlər.
Şikayətçi bank rəhbərliyinə müraciət etsə də, yalnız “şikayətinizi təkmilləşmə üçün istifadə edəcəyik” cavabını alıb. Onun sözlərinə görə, itirilən vəsaitin kompensasiya olunmayacağı bildirilib:
> “Müştərini aldadaraq gizli şərtlər tətbiq etmək, sonra isə ‘təkmilləşmə üçün istifadə edirik’ demək sadəcə məsuliyyətsizlikdir. Bu, açıq-aşkar reklam qanunvericiliyinin pozulmasıdır”.
Cəlal Rza məsələ ilə bağlı Mərkəzi Banka və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi şikayət edəcəyini də açıqlayıb.
AzPost qarşı tərəfin – Birbankın mövqeyini dərc etməyə hazırdır.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 23 Sentyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















