Icma.az
close
up
RU
Birbank dan şikayət

Birbank dan şikayət

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni ilin ilk günlərində bank sektorunda narazılıq yaradan şikayətlərdən biri Kapital Bankın Birbank xidmətləri ilə bağlı səsləndirilib.

AzPost xəbər verir ki, uzun illərdir bankın aktiv müştərisi olan Kənan Məcidov Birbank Miles kartı ilə bağlı ciddi narazılığını ictimai şəkildə ifadə edib.

Şikayətçi bildirib ki, artıq 6 ildir Birbank Miles kartından aktiv istifadə edir və bu müddət ərzində kartı bir çox səyahətçi tanışına tövsiyə edib. Onun sözlərinə görə, əvvəl mövcud olan aylıq 5000 manatlıq komissiyasız köçürmə və məxaric limiti əvvəlcə 3000 manata endirilib, eyni zamanda millərin toplanma dəyəri də iki dəfə azaldılıb. Buna baxmayaraq, o, kartdan istifadəni davam etdirib.

Lakin Kənan Məcidovun əsas narazılığı daha sonra yaşanan dəyişikliklə bağlıdır. Bildirilib ki, 2025-ci ilin noyabr ayından sonra Birbank tərəfindən “seçilmiş müştərilər” siyahısına salınaraq onun aylıq 3000 manatlıq komissiyasız köçürmə və məxaric limiti tamamilə 0-a endirilib. Müştəri bu qərarı əsassız və müştəriyə hörmətsizlik kimi qiymətləndirib.

Şikayətdə qeyd olunur ki, Birbank dəstək xidməti tərəfindən verilən cavab standart və copy-paste xarakteri daşıyıb. Cavabda kartdan daha çox istifadə edildiyi halda limitin dəyişə biləcəyi bildirilib. Kənan Məcidov isə qərarın verilməzdən əvvəl onun əməliyyat tarixçəsinə baxılıb-baxılmadığını sual edib.

O, eyni zamanda bildirib ki, Birbank rəhbərliyinin bu cür müştəri şikayətlərini izlədiyinə inanır və limitin səbəbsiz şəkildə 0-a endirilməsi məsələsinə yenidən baxılacağını gözləyir. Şikayətçi adekvat və ədalətli qərarın veriləcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, son dövrlər bank kartları üzrə limitlərin azaldılması və şərtlərin dəyişdirilməsi müştərilər arasında narazılıq doğurur. Kapital Bank və Birbank tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Yanvar 2026 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see410

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see319

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see268

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see256

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see227

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see225

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see223

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see218

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see209

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see204

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see186

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see186

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see182

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see167

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see166

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see166

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see166

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see165

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see163

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri