Icma.az
close
up
RU
“Bircə o generalımız Rusiya casusu olduğunu “kişi” kimi etiraf etdi...“

“Bircə o generalımız Rusiya casusu olduğunu “kişi” kimi etiraf etdi...“

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycanın sabiq Baş Qərargah rəisi: “Mən Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam... Onlar məni...”

“Heydər Əliyev dəstəyi yerinə qoyandan sonra acı-acı gülərək "Ramil, görürsən o vaxtkı rəhbərlik necə agentləri, kəşfiyyatçıları ordumuzun başına qoymuşdu?! Onlar bizim Qarabağdakı uğursuzluqlarımızın əsas səbəbkarlarıdır. Bu agentlər Azərbaycandan başqa hər qüvvəyə, hər kəsə xidmət etdilər...” –Ramil Usubov

“Doğrudan da,  I Qarabağ savaşında məğlub olmağımızın əsas səbəblərindən biri də yenicə müstəqillik qazanmış Azərbaycanın siyasi və hərbi rəhbərliyinə yerləşdirilmiş “KQB”, “QRU”, “SVR” və s. agentlərinin meydan sulaması oldu...”

"Və təəssüf ki, belə bir durumda hələ də çoxumuz arxivlərin açılmasını mənasız hesab edir, bu məsələyə ciddi yanaşmırıq... Halbuki, müstəqilliyini bərpa etmiş bir dövlət üçün imperiyanın əl çatılan bütün arxivlərinin açılması, Anadolu qardaşlarımız demiş, həyat-məmat məsələsidir.... Nə qədər ki, keçmiş müstəmləkədə imperiya arxivləri açılmayıb, deməli, o dövlət hələ də o imperiyanın caynağından tam qurtulmayıb... Deməli, o dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü hələ də təhdid altındadır..." 

-FİKİR SAVAŞI...-

Məmləkətdə “Rus evi” məsələsi ortalığa düşəndən, imperiyanın Azərbaycandakı bu kiçicik guşələrindən birinin ən azı qanunsuz sənədləşmə işləri ifşa olunandan bəri məmləkətdə “casus-casus” oyunu davam edir. Elə bir əndrəbadi situasiya yaranıb ki, “Rusiya agenti” çamuru onu haqq edənlərin də, etməyənlərin də üzlərinə atıla bilər...  Yəni belə bir şəraitdə sabah sənə də, mənə də, ona da –hər kəsə “casus” damğası vurulması mümkündür... 33 il müstəqillik dövründə köləliyindən ən azı hüquqi cəhətdən qurtulduğumuz Rusiya kimi həyasız və iyrənc bir imperiyanın siyasətə, siyasi idarəçiliyə, milli təhlükəsizliyə bağlı əksər arxivlərinin açılmadığl halda belə olması, mərhum Elçibəy demiş, təbii haldır...

Kim nə deyir-desin, 1993-cü ildən bəri AXC iqtidarını öncə imperiyaya bağlı siyasi arxivləri, xüsusən "KQB" arxivlərini açmadığına görə qınamışam, qınayıram və qınayacam... Çünki son 33 ildəki bir çox faciələrimizin kökündə məhz bu səhv dayanır.... Bu qınağı 1994-cü ildə Kələkidə bir yazar kimi görüşdüyüm mərhum eks-prezident Əbülfəz bəyə də çatdırmışdım... Cavabında o dedi ki, arxivləri açsaydıq, vətəndaş müharibəsi olacaqdı... Cavab verdim ki, bəy, arxivlər açılmadı və sizin hakimiyyət dövründə, siz gedəndən sonrakı cəmi 7-8 ay müddətində ərazimizin 20 faizi işğal olundu, on minlərimiz həlak oldu, minlərimiz əsir-girov düşdü, işgəncələrə məruz qaldı, milyona yaxınımız doğma yurd-yuvasından didərgin düşdü... Məgər vətəndaş savaşı bundan çox zərər vuracaqdı Vətənimizə, xalqımıza?.. Hələ ondan bəri keçən 31 ildə nələr gəldi başımıza?.. 

Bəlkə arxivləri açsaydıq, bunun hesabına siyasi rəhbərliyə, eləcə də yenicə qurulan milli ordumuza, təhlükəsizlik və daxili işlər qurumlarına yerləşdirilmiş bir çox agentlər ifşa olunar və nəticədə torpaqlarımızın işğalı prosesinin qarşısı da xeyli alınardı... Doğrudan da,  I Qarabağ savaşında məğlub olmağımızın əsas səbəblərindən biri də yenicə müstəqillik qazanmış Azərbaycanın siyasi və hərbi rəhbərliyinə yerləşdirilmiş “KQB”, “QRU”, “SVR” və s. agentlərinin meydan sulaması oldu... Bəlkə arxivlər açılsaydı, “QRU”, yəni keçmiş sovet, sonrakı Rusiya ordusundakı Baş Kəşfiyyat İdarəsinin arxivlərinə əlimiz çatmasa da, üzə çıxarılmış “QRU” ilə də əlaqəli “KQB” agentlərindən biri, məsələn, 1992-ci ilin yanvarından 1992-ci ilin mayın ortalarınadək, yəni Daşaltı, Malıbəyli, Quşçular, Xocalı, Şuşa, Laçın və s. işğal olunduğu bir dövrdə Azərbaycanda faktiki müdafiə naziri və Baş Qərargah rəisi vəzifələrində olmuş general Şahin Musayevi də ifşa edə bilərdik. Bunu ona görə əminliklə deyirəm ki, 5 aya yaxın bizim generalımız olmuş Şahin Musayev hələlik bildiyim yeganə azərbaycanlıdır ki və yeganə generaldır ki, heç bir istintaqsız-filansız Rusiya Baş Kəşfiyyat İdarəsinə, yəni “QRU”-ya işlədiyini “kişi” kimi etiraf edib. Bunu eyni mövzudakı yazılarımda dəfələrlə xatırlatmışam. Hazırda Azərbaycanın Təhlükəsizlik Şurasının katibi olan general-polkovnik, hörmətli Ramil Usubov 2018-ci ildə “Azərbaycan” qəzetinə verdiyi müsahibədə sabiq Baş Qərargah rəisi Şahin Musayevin onunla üzbəüz söhbətdə fəxrlə Rusiya “QRU”-na işləməsini söylədiyini açıq şəkildə bildirib. Əyanilik üçün müsahibənin həmin epizodunun əsas parçalarını bir  daha nəzərinizə çatdırırıq:

“Ötən əsrin 90-cı illərinin sonları idi. Ağır dövləti cinayətlərdə, o cümlədən Heydər Əliyevə qarşı sui-qəsddə ittiham olunan general Şahin Musayev Rusiya hüquq- mühafizə orqanları ilə birgə apardığımız əməliyyat tədbirləri nəticəsində həbs olunmuş və Azərbaycanın tələbi ilə onun ekstradisiyası gündəmə gəlmişdi. Lakin Rusiyanın Baş Prokurorluğu bu haqlı tələbi qəbul etməmiş və Şahin Musayev həbsdən azad olunmuşdu. Bir müddət sonra Rusiyadakı səfirimiz Ramiz Rizayev məlumat verdi ki, Şahin Musayev hakimiyyətdən bir təmsilçi ilə görüşmək istəyir və onun arzusu odur ki, görüşdə məhz mən olum. Heydər Əliyevin tapşırığı ilə Moskvada Şahin Musayevlə görüşdüm. Ona hakimiyyətin tələblərini çatdırdım və Bakıya dönməsini tövsiyə etdim. Lakin Şahin Musayev birmənalı şəkildə bildirdi ki, "mən Bakıya dönməyəcəyəm. Heç sizlər də məni ekstradisiya edə bilməyəcəksiniz. Çünki mən Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam. Onlar məni sizə təhvil verməzlər...””

..."Bakıya dönərək söhbət barədə ulu Öndərə məruzə etdim. Mən Heydər Əliyevə müraciətlə “Bəlkə mövzunu Prezident Boris Yeltsinlə müzakirə edəsiniz?! O, yəqin, ekstradisiya məsələsinə kömək edər”- dedim. Heydər Əliyev bir qədər düşündükdən sonra, hətta bir anlıq tərəddüdlə rusiyalı həmkarına zəng etdi. O, Boris Yeltsinə mövzu barədə geniş məlumat verdi, Şahin Musayevin dövləti cinayətlərdə və şəxsən ona qarşı sui-qəsddə iştirakının məhkəmədə tam təsdiq olunduğunu söylədi. Boris Yeltsinin cavabı isə əslində elə Heydər Əliyevin gözlədiyi kimi oldu: "Heydər Əliyeviç, məsələdən xəbərdaram. Mənə Şahin Musayev barədə məlumat veriblər. O, bizim mühüm dövlət sirlərimizin daşıyıcısıdır. Bağışlayın, bu səbəbdən onu sizə ekstradisiya edə bilmərik...”

Heydər Əliyev dəstəyi yerinə qoyandan sonra acı-acı gülərək "Ramil, görürsən o vaxtkı rəhbərlik necə agentləri, kəşfiyyatçıları ordumuzun başına qoymuşdu?! Onlar bizim Qarabağdakı uğursuzluqlarımızın əsas səbəbkarlarıdır. Bu agentlər Azərbaycandan başqa hər qüvvəyə, hər kəsə xidmət etdilər...”  

Gördünüz, bax, Elçibəy-AXC hakimiyyəti vaxtında  qətiyyət göstərib arxivləri açsaydı, Şahin Musayevin agentliyini təsdiqləməsə də, digərlərini vaxtında ifşa edər və siyasət, hərb meydanından uzaqlaşdırardı. Nəticədə, nə bir neçə il sonra Heydər Əliyev, nə də bu gün bizlər o iqtidarı “necə agentləri, kəşfiyyatçıları ordumuzun(həm də siyasətimizin-S.L.) başına qoymaq”da suçlamaz, qınamazdıq. Yeri gəlmişkən, həmin Rusiyanın agent, kəşfiyyat yığnağından bir çoxları, Elçibəy hakimiyyətindən sonra da, yəni Heydər Əliyev dönəmində də uzun illər hakim qurumlarda qala bildilər... 

Arxivlər açılsaydı, heç bugünkü gülünc “agent-agent” oyunu da baş verməzdi. Heç "Rus evi" problemi də olmazdı... On illərdir ki, bu ona deyir, Rusiyanın, “KQB”-nin agentisən, o buna deyir. Qəzetlər, saytlar əllərində heç bir sənəd, fakt olmadan yazırlar ki, 27(!) il baş qərargah rəisi olmuş general Nəcməddin Sadıqov Rusiya agentidir, nə bilim, 24(!) il Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri işləmiş Ramiz Mehdiyev, Elmar Məmmədyarov, Əbülfəz Qarayev Rusiya casusudurlar”. Və s. və i.a. Dediyim kimi, əllərində heç bir sənəd-sübut yoxdur. Odur ki, adları çəkilənlər də bu “dedi-qodu”ları veclərinə almadan gedib Dubayda, elə Rusiyanın özündə kef çəkirlər və arabir kefləri duranda müxbirlərin zənginə cavab verib deyirlər ki, “Boş-boş söhbətlərlə bizi əsəbiləşdirib vaxtımızı almayın”. Vəssalam... Amma onlar heç böhtan atdıqlarına(?) görə bu və ya digər saytı, kanalı, jurnalisti, yaxud siyasətçini məhkəməyə-filana da vermirlər... Bu minvalla tamaşalar, davam edir, ara yerdə hansısa media qurumları yaxşı, reytinqli mövzu əldə edir, hansısa klanlar da bir-birini “vurmağa” əcəb fürsət tapır... Rusiyanın agenturası da, kəşfiyyatı da ölkəmizdə, vətənimizdə oyunlarını davam etdirir, bizlərsə bir-birimizi suçlamağı... Bir sözlə, xalqın, ölkənin taleyi ilə oynanılır... 

Və təəssüf ki, belə bir durumda hələ də çoxumuz arxivlərin açılmasını mənasız hesab edir, bu məsələyə ciddi yanaşmırıq... Halbuki, müstəqilliyini bərpa etmiş bir dövlət üçün imperiyanın əl çatılan bütün arxivlərinin açılması, Anadolu qardaşlarımız demiş, həyat-məmat məsələsidir.... Nə qədər ki, keçmiş müstəmləkədə imperiya arxivləri açılmayıb, deməli, o dövlət hələ də o imperiyanın caynağından tam qurtulmayıb... Deməli, o dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü hələ də təhdid altındadır... 

Əlacımız nədir?.. Ümid edək ki, nə vaxtsa, Azərbaycan parlamenti cəsarət nümayiş etdirib “Lüstrasiya”, yəni imperiyanın təhlükəli canlı “KQB”-“FSB”, “QRU” və s. inventarlarından və onların qalıqlarından bütün dövlət, hökümət strukturlarını təmizləmək haqda və bunun əsasında da  keçmiş DTK və s. arxivlərinin açılması barədə qanun qəbul edəcək ki, nəticədə Rusiyanın da, İranın da və s. casus, agentura şəbəkələri maksimal şəkildə ifşa olunacaq...

Bütün bu oyunları, yerli-yersiz ittihamları durdurmağın və Rusiya imperiyasının caynaqlarını götürməyin ən təsirli yollarından biri budur...

Hələlik isə Rusiya casusu olduğunu rəsmən(əslində rəsmilərimiz qarşısında özü-özünü ifşa etmiş) yeganə keçmiş yüksək vəzifəli şəxs, general Şahin Musayevdir... O, Moskvada “kişi” kimi, fəxrlə Rusiya casusu olduğunu etiraf edib... Yəqin, onun digər həmkarları da sabah Rusiya paytaxtına sığına bilsələr, onlar da Azərbaycana qarşı işləmiş casus olduqlarını belə etiraf edəcəklər. Fəqət, onda çox gec olacaq... Çox...

P.S. Dünən Ukrayna Təhlükəsizlik Xidməti Rusiya “FSB”-sinin öz daxilindəki daha bir “nüfuzlu” köstəbəyini ifşa etdi... Bax, ifşa belə olar...

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri