Icma.az
close
up
RU
Birgə komissiyanın nümayəndələri Qubada çökən körpüyə baxış keçiriblər FOTO

Birgə komissiyanın nümayəndələri Qubada çökən körpüyə baxış keçiriblər FOTO

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət birgə komisiyya Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci km-də, Qaraçayın üzərində qəzalı vəziyyətə düşən körpüyə baxış keçiriblər.

Azərbaycan Avtomobillər Yolları Dövlət Agentliyinin Süni qurğuların istismarı və təmiri şöbəsinin rəisi Asim Məmmədli APA-nın Şimal bürosuna körpünün bərpası üçün tədbirlər planı hazırlanacağını bildirib:

“Körpüdə son günlərdə yağan aramız leysan yağışları nəticəsində əmələ gələn sel sularının təsirindən bir dayağının özül hissəsinin yuyulması prossesi baş verib. Bunun nəticəsində qəzalı vəziyyətin yaranması ehtimalı barədə Agentliyə məlumat daxil olduğu anda operativ şəkildə tədbirlər görülüb, körpü üzərindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Hal-hazırda da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin birgə komissiyası öz fəaliyyətini davam etdirir. Körpüyə baxış keçirilir. Baxışın nəticələrindən asılı olaraq, tədbirlər planı hazırlanacaq. Veriləcək yekun qərar ictimaiyyətə çatdırılacaq”.

Qeyd edək ki, qəzalı vəziyyətə düşən körpü 66 il öncə inşa edilib. Ümumi uzunluğu 101, eni isə 8 metrdir. Hadisə nəticəsində Quba rayonunun 60-dan çox kəndinə aparan əsas yol bağlanıb. Bu istiqamətdə 50 min nəfərdən çox əhali yaşayır. Sürücülərə alternativ yol kimi Quba-Pirvahid-II Nügədi avtomobil yolundan istifadə etmək tövsiyə edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Aprel 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri