Xaçmazda çökən yol yenilənir FOTO
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aprelin 6-da Gəndab-Xaçmaz-Xudat-Yalama-Rusiya sərhədi yolunun 60-cı km-də, yolun Xaçmazın İstisu qəsəbəsindən keçən hissəsində çökən yolun bərpasına başlanılıb.
Bu barədə Bizim.Media-ya Avtomobil Yolları Dövlət Agentliyinin Xaçmazdakı 4 saylı Yol İstismar İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, ötən gündən sel sularının çökdürdüyü yolda dağılan boruların və ərazinin təmizlənməsinə başlanılıb.
Məlumata görə, təmizləmə prosesindən sonra yeni su ötürücü borular yerinə qoyulacaq və üst hissənin bərpası işləri görüləcək. Bərpa işlərinin 10-15 gün ərzində tamamlanması planlaşdırılır.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:Xaçmazda döşəməsi çökən məktəbin acınacaqlı vəziyyəti FOTOLAR
11 İyun 2025 18:42
Bu prospektdə çökən yol təmir edildi FOTO
25 Fevral 2025 17:01
Tayvanda çökən yol avtomobili “udub”
28 Fevral 2025 14:03
Bakıda çökən yol bərpa edildi
14 Aprel 2026 12:34
Gəncədə çökən yol niyə təmir olunmur?
08 Fevral 2025 14:53
Baxış sayı:124
Bu xəbər 22 May 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















