Birgə səylər türk dünyasında birliyi möhkəmləndirir Şərhçi
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar əməkdaşlıq uzun illərə söykənən xüsusi tarixə malikdir və istənilən şəraitdə davamlı inkişaf edib. Bu gün bu əməkdaşlıq mədəniyyət, elm, təhsil, idman, media və ictimai təşkilatları əhatə edən çoxsəviyyəli proses kimi formalaşıb.
Bunu APA-ya açıqlamasında Özbəkistanın Xarici Siyasət Araşdırmaları Mərkəzinin əməkdaşı, siyasi şərhçi Haşımova Şahodat deyib.
Onun sözlərinə görə, bu əməkdaşlığın əsas məqsədi Azərbaycan və Özbəkistan cəmiyyətləri arasında fasiləsiz əlaqələrin qorunması, mədəni və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsidir: “Son illər iki ölkədə Mədəniyyət Günləri, Elm Günləri və müxtəlif tematik proqramlar keçirilib. Regional səviyyədə şəhərlər arasında tərəfdaşlıq əlaqələrinin qurulması sosial-mədəni əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradır”.
Siyasi şərhçi bildirib ki, hər iki ölkədə mədəniyyətlərarası mübadiləni dəstəkləyən ictimai məkanların yaradılması da prosesin mühüm hissəsidir:
“Bu cür layihələr humanitar əməkdaşlıq üçün əlavə infrastruktur formalaşdırır və cəmiyyətlər arasında yaxınlaşmanı daha da gücləndirir”.
Şahodat Haşımova media və ictimai sahələrdə artan əlaqələri də xüsusi vurğulayıb: “İkitərəfli media forumları və qeyri-hökumət təşkilatlarının toplantıları profil qurumlar arasında təcrübə mübadiləsini gücləndirən yeni mexanizmlərdir. Bu, iki ölkə arasında davamlı ünsiyyət kanallarının formalaşmasına şərait yaradır”.
Onun fikrincə, Azərbaycan və Özbəkistan arasındakı humanitar əməkdaşlıq təkcə ikitərəfli münasibətləri möhkəmləndirmir, həm də türk coğrafiyasında qarşılıqlı koordinasiyanın güclənməsinə xidmət edir: “Birgə səylər türk dünyasında birliyi möhkəmləndirir, ortaq layihələrin və təşəbbüslərin artmasına təkan verir. Bu, həm Təşkilatın beynəlxalq arenadakı nüfuzunu gücləndirir, həm də region ölkələrinin qlobal proseslərə inteqrasiyasına mühüm töhfə verir”.
Siyasi şərhçi əlavə edib ki, türk inteqrasiyasının uğurunun əsas səbəbi vahid ailə kimi çıxış edən bütün üzv ölkələrin əvəzolunmaz roludur: “Bizim gücümüz ondadır ki, böyük türk ailəsinin hər bir üzvü vacibdir və hər biri ümumi uğura töhfə verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 16 Noyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















