Icma.az
close
up
RU
Siyasi şərhçi: Azərbaycan Qazaxıstan strateji əməkdaşlığı türk dünyasında inteqrasiya proseslərini gücləndirir

Siyasi şərhçi: Azərbaycan Qazaxıstan strateji əməkdaşlığı türk dünyasında inteqrasiya proseslərini gücləndirir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olmaqla yanaşı, Türk Dövlətləri Təşkilatı (TDT) və Orta Dəhliz kontekstində regionun gələcək siyasi-iqtisadi mənzərəsinə təsir baxımından da strateji əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar söyləyib.

O bildirib ki, səfər çərçivəsində keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası ölkələrimiz arasında münasibətlərin institusional səviyyədə daha da dərinləşməsinə xidmət edib.

“Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin sədrlikləri ilə keçirilən iclasda çoxsaylı sənədlərin imzalanması, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və konkret layihələrin razılaşdırılması strateji tərəfdaşlığın praktiki müstəviyə keçdiyini göstərir. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz üzrə müzakirələr və qəbul edilən qərarlar - marşrutun genişləndirilməsi, tariflərin vahidləşdirilməsi və daşımaların həcminin artırılması regionda Azərbaycanın logistik mərkəz kimi rolunu daha da gücləndirir,” – deyə Ülviyyə Zülfiqar vurğulayıb.

Siyasi şərhçi deyib ki, Azərbaycanla Qazaxıstan arasında əlaqələr türk dünyasının ortaq tarixi, mədəni və mənəvi dəyərlərinə əsaslanır. “Müstəqillik dövründə bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2005-ci ildə imzalanmış Strateji Əməkdaşlıq haqqında Müqavilədən bu günə qədər tərəflər arasında əlaqələr təkcə siyasi sahədə deyil, həm də iqtisadi, enerji, nəqliyyat, rəqəmsallaşma və humanitar istiqamətlərdə sistemli inkişaf modeli qazanıb”, - deyə Ü.Zülfiqar diqqətə çatdırıb.

Səfərin TDT kontekstində əhəmiyyətinə də diqqət çəkən siyasi şərhçi qeyd edib: “Azərbaycan Türk Dövlətləri Təşkilatında həm iqtisadi və texnoloji, həm də siyasi koordinasiyanın aparıcı aktoru kimi çıxış edir. Prezident İlham Əliyevin Astanaya səfəri türk dünyasında Azərbaycanın liderlik mövqeyini bir daha təsdiqlədi. Bu səfər göstərdi ki, Azərbaycan yalnız Cənubi Qafqazda deyil, həm də Orta Asiya regionunda etibarlı tərəfdaş və inteqrasiyanın fəal təşəbbüskarıdır.”

Ülviyyə Zülfiqarın fikrincə, Astanada imzalanan razılaşmalar və səsləndirilən mesajlar Azərbaycan diplomatiyasının çoxvektorlu, balanslı və milli maraqlara əsaslanan xarakterini bir daha nümayiş etdirdi. “Rəsmi Bakı həm türk dünyasında birliyin güclənməsinə töhfə verir, həm də Avrasiya məkanında formalaşan yeni iqtisadi və logistik düzəndə öz rolunu ardıcıl şəkildə möhkəmləndirir”, – deyə siyasi şərhçi söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri