Icma.az
close
up
RU
Birgünlük ziyarətçilərin Azərbaycanda xərcləri 25 % dən çox artıb

Birgünlük ziyarətçilərin Azərbaycanda xərcləri 25 % dən çox artıb

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-iyun aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş 723 min 222 turistdən 21 min 898 nəfəri birgünlük ziyarətçi olub.

Hurriyyet.Media  rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29,5 % çoxdur.

Birgünlük ziyarətçilərin 18 min 737 nəfəri və yaxud 85,5 %-i Azərbaycana tranzit məqsədilə səfər edib.

Hesabat dövründə 1 072 nəfər işgüzar (+ 74,3 %), 866 nəfər (+29 %) qohum və dostlarını ziyarət etmək, 1 056 nəfər (+ 16,2 %) istirahət və əyləncə məqsədilə Azərbaycana səfər edib. Bundan başqa, 90 nəfər (+ 34,3 %) alış-veriş, 77 nəfər ( 2,1 dəfə çox) isə dini ziyarət məqsədilə ölkəyə gəlib.

Ölkələr üzrə ən çox birgünlük ziyarətçi qeyri-qonşu ölkələrin payına düşüb – 9 508 nəfər (+16,9 %). Sonrakı yerlərdə 7 026 nəfərlə Rusiya (+ 34,3 %), 4 228 nəfərlə Türkiyə (+ 60,2 %), 954 nəfərlə Gürcüstan (+ 33,4 %) və 182 nəfərlə İran (- 30 %) qərarlaşıb.

Rusiya vətəndaşlarından 5 816 nəfər (+ 35 %), Türkiyə vətəndaşlarından isə 3 050 nəfər (+56,6 %) Azərbaycandan tranzit keçid üçün istifadə edib.

Birgünlük ziyarətçilər yanvar-iyun aylarında ölkədə ümumilikdə 9 milyon 193,4 min manat xərcləyiblər. Bu, illik müqayisədə 25,2 % çoxdur. Xərclərin 7 milyon 364,3 min manatı və yaxud 80,1 %-i nəqliyyat xidmətlərinin payına düşüb. Bu da 1 il əvvələ nisbətən 24,5 % çoxdur.

Hesabat dövründə turistlər malların və hədiyyələrin alınmasına 1 milyon 86,5 min manat (+30,9 %), qidalanmaya 710,6 min manat (+ 24,1 %), mədəniyyət xidmətlərinə 4,8 min manat (+29,7 %), idman və əyləncə xidmətlərinə 2,7 min manat (+50 %), digər məqsədlərə isə 24,5 min manat (+ 33,1 %) xərcləyiblər.

Ölkələr üzrə ən böyük xərc qeyri-qonşu ölkələrdən gələn ziyarətçilərə məxsus olub – 5 milyon 029,6 min manat (+15 %). Rusiya vətəndaşları 2 milyon 671,9 min manat (+36,9 %), Türkiyə vətəndaşları 1 milyon 080 min manat (+62,6 %), Gürcüstan vətəndaşları 337,6 min manat (+36 %), İran vətəndaşları isə 73,8 min manat (- 30 %) xərcləyiblər.

Beləliklə, birgünlük ziyarətçilərin böyük hissəsi Azərbaycandan tranzit məqsədilə istifadə edir və onların xərclərinin əsas hissəsi nəqliyyata yönəlir.

Bu ilin I yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,1 %-i Rusiya, 21 %-i Türkiyə, 8,2 %-i İran, 4,9 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Pakistan, 2,8 %-i Hindistan, 2,6 %-i İsrail, 2,4 %-i Çin, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,4 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 68,7 %-ni kişilər, 31,3 %-ni qadınlar təşkil edib.

Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,3 % artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 % artaraq 430,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 % azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı 14,1 % azalaraq 480,1 min nəfər təşkil edib.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 %-i hava, 27,5 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Avqust 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri