Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? ARAŞDIRMA

Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? ARAŞDIRMA

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı müqavilənin müddəti qanunla 1 il müəyyən edilsə də, beynəlxalq təcrübədə qısamüddətli müqavilələrə də rast gəlinir.

Məsələn, qonşu Rusiyada icbari avtosığortanı 24 saatlıq da almaq mümkündür. Bu isə avtomobildən nadir hallarda - az istifadə edən şəxslərə sığorta xərclərini xeyli azaltmaq imkanı yaradır.

Bəs Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? Qısamüddətli sığorta məhsulları bu sahəyə hansı üstünlüklər gətirə bilər?

Avtosfer.az xəbər verir ki, “Report” mövzu ilə bağlı araşdırma aparıb.

"Rusiya təcrübəsini Azərbaycana gətirmək elə də çətin deyil"

Sığorta bazarı üzrə ekspert Kamran Babayev hesab edir ki, Rusiya təcrübəsini Azərbaycana gətirmək elə də çətin deyil, bunun üçün sadəcə qanunvericilikdə dəyişiklik etmək, İcbari Sığorta Bürosunun (İSB) texniki imkanlarını qısamüddətli müqavilələrə uyğunlaşdırmaq lazımdır:

"Xüsusilə "İcbari sığortalar haqqında" qanuna düzəliş edilməli, qısamüddətli sığorta məhsullarının satışı üçün texniki imkanlar yaradılmalı, İSB-nin informasiya sistemi bu yeniliyə uyğunlaşdırılmalıdır. Eyni zamanda polis əməkdaşlarının bu məhsulu tanıması və real vaxt rejimində yoxlama imkanına malik olması təmin edilməlidir".

Ekspertin fikrincə, birgünlük sığortanın satışı avtomobildən mövsümi və yaxud nadir hallarda istifadə edən şəxslərə seçim imkanı yaradacaq:

"Bundan başqa, ölkəyə qonaq gələn, qısa müddətə avtomobil idarə edən şəxslər üçün də bu məhsul rahat alternativ ola bilər. Həmçinin, qısamüddətli sığorta ucuz olacağı üçün kütləvi satıla, sığorta bazarında əhəmiyyətli artımla nəticələnə bilər".

"Yenilik mütərəqqidir, amma mənfi məqamları ola bilər"

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən isə bildirilib ki, Rusiya bazarında tətbiq olunan bu yenilik özlüyündə mütərəqqi islahat sayılsa da, müəyyən mənfi məqamları da istisna etmir: "Bu məhsul gələcəkdə sığorta dələduzluqlarının artması riskini daşıya bilər:

"Çünki qısa müddətli müqavilələrin monitorinqi və sığorta hadisələrinin araşdırılması daha çətin ola bilər. Hər bazarın öz tələbləri və şərtləri var. Rusiyada avto-icbari sığorta üzrə penetrasiya səviyyəsi təxminən 90 %-dir və bu məhsul məhz bu əhatəni daha da artırmaq məqsədi daşıyır. Halbuki, Azərbaycanda bu rəqəm 100 %-ə yaxındır və bu, ölkə üçün sevindirici göstəricidir. Bu səbəbdən də, hazırkı mərhələdə belə bir yenilik yerli bazar üçün prioritet deyil".

Assosiasiyadan əlavə edilib ki, hazırda yerli bazarda daha çox maarifləndirmə tədbirlərinə üstünlük verilir və məqsəd mövcud sığortalıların xidmətlərdən davamlı yararlanmasını təmin etməkdir:

"Nəticə olaraq, həm ekspertlər, həm də tənzimləyici və sahə üzrə peşəkar qurumların yanaşmalarını müqayisə etdikdə görünür ki, Azərbaycanda birgünlük icbari avtosığorta məhsulunun tətbiqi texniki olaraq mümkün olsa da, hazırda nə qanunvericilik, nə də bazar prioritetləri bu məhsula ehtiyac olduğunu göstərir. Bununla belə, gələcəkdə bu mövzu ətrafında ictimai və peşəkar müzakirələrin aparılması, qanunvericilikdə çevik mexanizmlərin nəzərdən keçirilməsi və beynəlxalq təcrübənin uyğun formada öyrənilməsi istisna olunmur".

"İcbari avtosığortanın fasiləsiz olması məqsədəuyğundur"

Azərbaycan Mərkəzi Bankından (AMB) isə bildirilib ki, sığorta sistemi sığortalıların maliyyə sabitliyini qorumaq məqsədi daşıyır və hadisə tezliyi yüksək olan sığorta növləri üzrə fasiləsizliyin təmin olunması vacibdir:

"İcbari avto sığorta, nəqliyyat vasitəsinin idarə edilməsi zamanı 3-cü şəxslərin sağlamlığına və əmlakına vurulan zərərlərin qarşılanmasını əhatə edir. Bu növ üzrə hadisələrin tezliyi ölkədə ən yüksək səviyyədədir. Təkcə ötən il 3-cü şəxslərə vurulan zərərlərlə bağlı 110 mindən çox sığorta hadisəsi baş verib. Bu da gündə orta hesabla 300-dən çox hadisə deməkdir. İl ərzində sığorta şirkətləri icbari avto sığorta üzrə 128 milyon manatdan artıq ödəniş edib. Belə yüksək hadisə tezliyi fonunda sığorta təminatının fasiləsizliyi son dərəcə vacibdir. Sığortasız avtomobil idarə edən şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub. Bu isə bir tərəfdən nəzarətin gücləndirilməsi, digər tərəfdən isə sosial risklərin məsələn, vətəndaşların cərimələnmə ehtimalının artması ilə nəticələnə bilər”.

AMB-dən əlavə edilib ki, beynəlxalq təcrübədə qısamüddətli sığorta xidmətləri üzrə tariflər uzunmüddətli məhsullardan daha yüksək olur:

“Bu isə əhalinin sığorta xidmətlərinə əlçatanlığını çətinləşdirə bilər. Bundan əlavə, ölkəmizdə avtomobillərin icbari sığortalanması "İcbari sığortalar haqqında" qanunla tənzimlənir və həmin qanuna əsasən, Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələri üçün icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanır. Bununla belə, mövcud qanunvericilikdə istisnalar mövcuddur. Standard sığorta müqavilələrindən fərqli olaraq, mövcud qanunvericiliklə sərhəd və Yaşıl Kart müqavilələrinə münasibətdə müqavilə müddətinin bir illik olması ilə yanaşı, daha qısamüddətli olması imkanı nəzərdə tutulub. Bu isə həmin müqavilələrə münasibətdə şəxsin sığorta təminatı ilə əhatə olunma müddətinə olan ehtiyacından irəli gəlir. Belə ki, şəxs Azərbaycanın ərazisinə səfər etdiyi müddət ərzində sığorta təminatı ilə əhatələnir. Beynəlxalq təcrübədə qısamüddətli sığorta müqavilələri əsasən səfər, yükdaşıma, müvəqqəti inşaat işləri və qısa müddətli tədbirlərlə əlaqədar fəaliyyətlər zamanı tətbiq olunur. Azərbaycanda isə 3-cü şəxslərə vurulan zərərlərin qarşılanmasını təmin edən icbari məsuliyyət sığortalarının illik (fasiləsiz) şəkildə tətbiqi daha məqsədəuyğun sayılır”.

Nəticə olaraq, ekspertlərin və tənzimləyici qurumun yanaşmalarını müqayisə etdikdə aydın olur ki, birgünlük və yaxud qısa müddətli icbari avto-sığortanın ölkədə tətbiqi hüquqi və texniki baxımdan mümkün olsa da, hazırkı normativ mühit və risk səviyyəsi belə məhsulun tətbiqini hələlik məhdudlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 May 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri