Icma.az
close
up
RU
Biri ukraynalı, biri rus... Azərbaycanın səmadakı sülh göyərçinləri

Biri ukraynalı, biri rus... Azərbaycanın səmadakı sülh göyərçinləri

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Eminquey Akifin "Azərbaycanın vurulan sülh göyərçinləri" adlı yeni yazısını təqdim edir.

“Ən çətin şey hərəkət etmək qərarına gəlməkdir, qalanı əzm məsələsidir”.

Ameliya Erxart


Təkbaşına Atlantik okeanı keçən ilk qadın pilot Ameliya Erxartın gəldiyi bu qənaət çox güman ki, təyyarə sükanından yapışan hər bir pilotun həqiqətidir. Bu həqiqət adi uçuşlarda və enişlərdə yox – Yer əvəzinə, ölümlə üzbəüz qaldığın an boy verə bilər. Pilotun əzmkarlığı məhz bu məqamda üzə çıxır.

Sizcə də qəribə deyilmi, insanı ucaldan nə varsa, ucunda ya ölüm var, ya da sağalmaz yaralar. Bəlkə də, hər dəfə belə olmur, amma əksərən belə olur. İstər müharibədə, istərsə də adi günlərdə. Təyyarəmiz qəzaya uğramasaydı, kim biləcəkdi ki, Hökümə adlı stüardessamız, İqor Kşnyakin, Aleksandr Kalyaninov adlı pilotlarımız var? Bilsəydik də, unudulacaqdı.

Amma ən qəribəsi odur ki, bu iki pilotdan biri – İqor ukraynalı, Aleksandr isə rusdur. Əslində, qəribə heç nə olmamalı idi. Adam ukraynalı, ya rus olanda nə olar?! Amma son illərin mənzərəsinə baxanda, onların milliyəti qəribələşir.

Rusiya ilə Ukrayna arasında müharibə gedir. 2014-cü ildən bu yana hər iki ölkə itki verir. Və son 3 ildə isə müharibə öz zirvəsini yaşayır. Belə bir məqamda, elə Rusiyanın Ukraynadan gələn zərbələri zərərsizləşdirdiyi anda, səmasında Azərbaycan təyyarəsi görünür. Bu təyyarəni idarə edən pilotlardan biri ukraynalı, o biri isə rusdur. Azərbaycandan kənarda bir-birinə düşmən iki xalq, Azərbaycanda isə dost, həmkar, silahdaş. İqorun soydaşları ilə Aleksandrın soydaşları bir-birini öldürən zaman onlar Azərbaycan təyyarəsini səmada saxlayırlar. Onların qəhrəmanlığına bir də bu tərəfdən baxanda, qəzanın, onların həlak olmasının, göstərdikləri əzmin mahiyyəti bir az da dəyişir.

Məsələn, rus əsilli Aleksandr Kalyanin bilsəydi ki, onun uçurtduğu təyyarəni elə öz millətindən olan adamlar vurublar, nə hisslər keçirərdi? Yaxud da, İqor Aleksandra nə deyərdi? Axı bu iki qəhrəman Azərbaycan ərazisində Rusiya-Ukrayna müharibəsinin fövqündə, dostcasına yaşayıblar.

Təyyarəmizi Rusiya sərhəddindən keçirən zaman, – hansı ki, onlara Qroznı da enməyə imkan verməyiblər – görəsən, ukraynalı İqor rusiyalı Aleksandra nə demişdi? Ümumiyyətlə, onlar bu müharibə haqqında nə düşünürdülər? Bir-biriylə döyüşən, bir-birini öldürən soydaşlarına münasibətləri necəydi? Ukrayna arağı ilə rus arağını müqayisə etmişdilərmi? Sözləri – ukraynalı qızlar gözəldir, yoxsa rus qızları? – mövzusunda çəp gəlmişdimi? Bilmirəm.

Amma bildiyim bir şey var: O təyyarə Azərbaycanın səmaya qaldırdığı sülh göyərçini idi. Təəssüf ki, İqorla Aleksandr Ukrayna-Rusiya müharibəsində iştirak etməsələr də, əslində, elə Ukrayna-Rusiya müharibəsinin qurbanı oldular.

Azərbaycanın təyyarəsi vurulsa da, adamları, fərqli millətlərdən, fərqli dinlərdən olan vətəndaşları hansısa müharibənin qurbanına çevrilsə də, yenə də səmaya sülh göyərçinlərini buraxacaq və mən inanıram, ümid edirəm ki, bir gün, nə vaxtsa, hamı bu göyərçinləri görəcək, Yer üzündəki bütün insanlar bizim ölkəmizdəki kimi mehriban, dostca, qardaşcasına yaşayacaq.

Selena Qomes evlilik təklifi aldığını bildirdi “İnanıram” monotamaşasının premyerası keçirildi Bakirə qızı necə öpmək lazımdı?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Yanvar 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri