Icma.az
close
up
RU
Birinci rübdə Azərbaycan Rusiya, Türkiyə və Gürcüstana 450 milyon dollarlıq qeyri neft məhsulları ixrac edib

Birinci rübdə Azərbaycan Rusiya, Türkiyə və Gürcüstana 450 milyon dollarlıq qeyri neft məhsulları ixrac edib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

“İxrac icmalı”nın aprel sayına əsasən, cari ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 771,9 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-mart aylarında yeyinti məhsulları 15,1 faiz artaraq 224,7 milyon dollara bərabər olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-mart aylarında ixrac olunan qiymətli və ya azqiymətli daşlar və metallar ötən ilin müvafiq dövrünə nəzərən 46,7 milyon dollar və ya 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 9,1 milyon dollar və ya 76,8 faiz, kimya sənayesi məhsulları 21,9 milyon dollar və ya 33,4 faiz, şəkər 976,3 min dollar və ya 18,8 faiz, meyvə-tərəvəz 20,8 milyon dollar və ya 15,7 faiz, alüminium və ondan hazırlanan məmulatlar 4,9 milyon dollar və ya 10,2 faiz, spirtli və spirtsiz içkilər 724 min dollar və ya 5,7 faiz, çay 74,1 min dollar və ya 5,1 faiz, bitki və heyvan mənşəli piylər və yağları 237,9 min dollar və ya 4,2 faiz, pambıq iplik 22,1 min dollar və ya 0,4 faiz artıb.

2025-ci ilin yanvar-mart aylarında aqrar məhsullar 12,3 faiz artaraq 170,5 milyon dollar, aqrar-sənaye məhsulları 17,6 faiz artaraq 69,1 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 13,8 faiz artaraq 239,6 milyon dollar təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (65,2 milyon dollar) birinci olub. Bu siyahıda karbamid (48 milyon dollar) ikinci, pomidor (tomat) (44,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb. Cari ilin mart ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (17,8 milyon dollar) ikinci, pambıq (15,9 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Bu ilin ilk üç ayında Rusiyaya 232,9 milyon dollar, Türkiyəyə 134,3 milyon dollar, Gürcüstana 80,6 milyon dollar, İsveçrəyə 69,6 milyon dollar, Ukraynaya isə 51,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin mart ayında Rusiyaya 82,1 milyon dollar, Türkiyəyə 51,5 milyon dollar, Gürcüstana 27,7 milyon dollar, İsveçrəyə 26 milyon dollar, BƏƏ isə 10,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Bu ilin ilk rübü üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "MKT İstehsalat Kommersiya" MMC," Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, P-AQRO MMC, LEPIN LM Məhdud Məsuliyyətli Cəmiyyəti, “Avrora” MMC, "Export Stream" MMC, KHAN-EL MMC, BİNƏ AQRO QSC, "Sahdag Sy" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “AzərEnerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Qaradağ Şüşə Zavodu” ASC.

2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 40 ölkəsindən 100-ə yaxın şirkətə 4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib. 2025-ci ilin mart ayında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 1,3 milyon dollar dəyərində xidmət ixrac edib. 2025-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1 milyon dollar ilə Birləşmiş Krallıq, 890,3 min dollar ilə Lüksemburq, 213,4 min dollar ilə Nigeriya, 179 min dollar ilə Misir və 174 min dollar ilə Pakistan qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see362

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see142

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see142

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri