Icma.az
close
up
RU
Birinci sinfə hazırlıqda valideynlərin ən çox buraxdığı səhvlər HƏKİM DANIŞIR

Birinci sinfə hazırlıqda valideynlərin ən çox buraxdığı səhvlər HƏKİM DANIŞIR

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birinci sinif təkcə yeni kitab-dəftərlər və gül dəstələri deyil. Bu, uşağın psixikası üçün ciddi sınaqdır. Ona adaptasiyada necə kömək etmək? Gələcək şagird hansı bacarıqlara yiyələnməli və valideynlər hansı səhvlərdən qaçınmalıdır?
Bu və digər suallara Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova aydınlıq gətirir.

Lent.az psixoloq İlahə Dadaşova ilə olan müsahibəni təqdim edir:

- İlahə xanım, uşaqlar birinci sinfə ən çox hansı emosiyalarla - həyəcan və ya qorxu, yoxsa sevinc hissi ilə gedirlər?

İlk öncə qeyd etmək istərdim ki, bütün bu emosiyalar tamamilə normaldır. Həyəcan yeni mühitə və sinif yoldaşları ilə tanışlığa bağlıdır. Qorxu çox vaxt valideynlərdən ayrılma və çətinliklər qarşısında narahatlıqdan qaynaqlanır. Sevinc isə öyrənməyə maraq, dost qazanmaq istəyi və özünü “böyük” hiss etməkdən irəli gəlir. Valideyn və müəllimlərin dəstəyi uşağın bu qarışıq hisslərinin balanslaşdırması və məktəbi daha tez sevməsinə kömək edir.

- Gələcək şagird üçün ən vacib sosial təcrübə hansıdır?

Psixoloji baxımından məktəbə getməzdən əvvəl uşağın müəyyən sosial təcrübələrə sahib olması çox vacibdir. Onu üç əsas bloka bölmək olar. İlk növbədə uşaq qrup daxilində ünsiyyət bacarıqları qazanmalıdır. Bu, ya uşaq bağçasında, ya da müxtəlif oyun qruplarında digər uşaqlarla oynamaq, oyuncaqlarla bölüşmək, qaydalara əməl etmək kimi vərdişlərlə formalaşır.
İkinci mühüm təcrübə uşağın emosiyaların idarə etməsidir. Belə ki, uşaq başqalarının hisslərini nəzərə almağı, növbəsini gözləməyi, sözlərini kəsməməyi və münaqişələr zamanı aqressiv reaksiya verməməyi öyrənməlidir. Bu normalar evdə qoyulan qaydalar vasitəsilə asanlıqla aşılanır.
Üçüncü istiqamət isə sərbəstik bacarıqlarıdır. Uşağın öz paltarını geyinməsi, çantasını hazırlaması və müəllimdən kömək istəməyi bacarması məktəb həyatını daha rahat edir. Bu bacarıqlar uşaqda özünə inamı artırır və məktəbə adaptasiya prosesini daha sağlam edir.

- Uşaq yaşıdları ilə müqayisə edildikdə, onun motivasiyası güclənir, yoxsa azalır?

Əksər hallarda bu, istənilən nəticəni vermir, çünki həmyaşıdları ilə müqayisə uşağın motivasiyasını və özünəinamını aşağı salır. O, özünün qəbul edilmədiyini hiss edir və öyrənməyə və ünsiyyətə marağını itirir. Bəzi uşaqlarda rəqabət hissi ola bilər, lakin bu, istisnadır. Psixoloji cəhətdən düzgün yanaşma uşağı yalnız özü ilə müqayisə etməkdir. Məsələn: “Keçən ay sən hecaları çətinliklə oxuyurdun, indi isə tam sözləri oxuyursan!” Bu, öz inkişafına fokuslanmağa və sağlam motivasiya formalaşdırmağa kömək edir.

- Dərs zamanı diqqəti tez yayınan uşaqlara necə kömək etmək olar?

Dərs zamanı diqqəti tez yayınan uşaqlarla işləməyin ilk addımı onların diqqət imkanlarının nəzərə alınmasıdır. Belə uşaqlar uzun müddət eyni fəaliyyətə fokuslana bilmirlər. Burada sistemli yanaşma lazımdır. Uşağın diqqət resursunu nəzərə almaq vacibdir. Buna görə də, tapşırıqları daha kiçik hissələrə bölmək, tez-tez qısa fasilələr vermək faydalıdır. Məsələn, onları 5-10 dəqiqəlik mərhələlərlə təqdim etmək uşaq üçün daha əlçatan olur. Bundan əlavə, interaktiv metodlardan istifadə uşaqların dərslərə marağını artırır. Şəkillər, qısa videolar, rəngli kartlar və ya qrup tapşırıqları kimi vasitələrdən istifadə etdikdə uşaq mövzuya daha çox fokuslana bilir. Bu yanaşma həm dərsin monotonluğunu azaldır, həm də uşağın marağını canlı saxlayır. Digər mühüm istiqamət emosional mühit və motivasiyadır. Uşağı daim tənqid etmək əvəzinə, kiçik nailiyyətlərini vurğulamaq onun özünəinamını artırır.
Eyni zamanda, gündəlik rejimin qurulması tövsiyə olunur. Bu, onun beynində “indi dərs vaxtıdır, indi isə oyun” kimi aydın siqnallar yaradır və diqqəti toplamağı asanlaşdırır. Qeyd etmək lazımdır ki, diqqət məşqləri və oyunlardan istifadə etmək çox faydalıdır. Məsələn, “Fərqləri tap”, “tapmacalar və ya qısa yaddaş oyunları uşağın diqqətini inkişaf etdirir

- Valideynlərin yüksək gözləntiləri uşağa zərər verə bilərmi?

Bəli, verə bilər, çünki yüksək standartlara uyğunlaşmağa çalışan uşaq “mən kifayət qədər yaxşı deyiləm” düşüncəsi ilə yaşayır. Bu, xroniki stres, qorxu və motivasiyanın itməsinə səbəb olur. “Sən bunu bacarmalısan” təzyiqi əvəzinə “Sənin bacarığına inanıram” uşağın həm psixoloji sağlamlığını qoruyur, həm də motivasiyasını gücləndirir. Bu yanaşma uşağın psixikasını qoruyur və onu həqiqətən də motivasiya edir.

- Ev tapşırıqlarını müstəqil yerinə yetirməkdə çətinlik çəkən uşaqlara dəstək necə olmalıdır?

Burada mərhələli öyrətmə prinsipi tətbiq olunur. Yəni, uşaqdan birdən-birə tam müstəqillik gözləmək əvəzinə, əvvəlcə ona istiqamətlər göstərilir. Sonra isə tədricən dəstəyi azaldaraq, uşağın özünün işləməsinə şərait yaradılır. Bu yanaşma uşağın həm məsuliyyət, həm də özünəinam hissini gücləndirir. Paralel olaraq, həvəsləndirici mühit yaradılmalıdır. Belə ki, uşağın hər kiçik addımını belə dəyərləndirmək “bu hissəni çox yaxşı etdin, indi növbəti mərhələni də sınayaq” kimi ifadələrlə onu təşviq etmək faydalıdır. Bu yanaşma uşağa “bacarıram” hissini verir və tapşırıqdan qaçmaq əvəzinə cəhd göstərməsini təmin edir.
Eyni zamanda, uşağa seçim hüququ verin: “Hansı fənndən başlayaq?” və ya “Hansı qələmi seçəcəksən?” cümlələri onun müstəqillik və öz seçiminə görə məsuliyyət hissini inkişaf etdirir. Ən əsası, uşaqların öyrənmə prosesində göstərdikləri səylərini qiymətləndirmək lazımdır. Bu halda gec-tez istənilən nəticə əldə olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri