Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Hamilə qadınlar nələrə diqqət yetirməlidir? HƏKİM DANIŞIR

Hamilə qadınlar nələrə diqqət yetirməlidir? HƏKİM DANIŞIR

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hamiləlikdən doğuşa qədər vacib olan məqamlar.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Pərvin Adıgözəlova bu mövzu ilə bağlı danışıb.

Lent.az bu müsahibəni sizə təqdim edir:

– Pərvin xanım, mamalıq fəaliyyətinin əsas prinsipləri nələrdir?

– Mamalıq – hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadın orqanizmində baş verən fizioloji və patoloji dəyişiklikləri öyrənən tibb sahəsidir. Bu sahədə çalışan hər bir həkim mama-ginekoloqun əsas məqsədi qadının və gələcək körpənin sağlamlığının qorunması, ehtiyac yarandıqda isə lazımi tibbi xidmətin göstərilməsidir. Bu məqsədə çatmaq üçün hamiləlik dövründə düzgün antenatal qulluq vacibdir. Qadınlar dispanser qeydiyyatına alınmalı, risk qrupuna daxil olan hamilələr müəyyənləşdirilib onlara xüsusi nəzarət olunmalıdır. Həmçinin yanaşı xəstəlikləri olan qadınlara profil üzrə ixtisaslaşmış tibbi yardım göstərilməli, bu qadınların doğuşu ümumi profilli xəstəxanalarda təşkil edilməlidir.
Eyni zamanda, təcili və təxirəsalınmaz hallarda tibbi yardımın təşkili, doğuşdan sonrakı dövrdə isə patronaj xidmətlərinin həyata keçirilməsi də mamalıq fəaliyyətinin mühüm hissəsidir.

– Ana və uşağın sağlamlığı üçün maksimum təhlükəsizlik necə təmin olunur?

– Sağlamlıq üçün təhlükəsizliyin təmin olunması ilk növbədə qadının mütəmadi və vaxtında tibbi müayinələrə gəlməsi ilə bağlıdır. Həkim tərəfindən təyin edilən dərmanlar düzgün doza və vaxtda qəbul edilməlidir.
Hamiləlik dövründə ultrasəs müayinəsi və karditokoqrafiya kimi təhlükəsiz və qeyri-invaziv metodlarla dölün vəziyyəti izlənilir. Ehtiyac olduqda bu müayinələrin sıxlığı artırıla bilər. Bundan başqa, laborator müayinələr vasitəsilə də patoloji vəziyyətlər vaxtında aşkarlana bilər. Əsas məsələ hamiləliyin diqqətlə, fasiləsiz və nəzarət altında izlənilməsidir.

– Doğuşda cərrahi üsul hansı hallarda tətbiq edilir?

– Cərrahi doğuş yalnız göstəriş olduqda, təbii doğuş ananın və ya dölün sağlamlığı üçün təhlükəli sayıldıqda tətbiq olunur. Elə hallar da var ki, müəyyən diaqnozlara əsasən doğuş başlamamışdan əvvəl planlı şəkildə qeysəriyyə əməliyyatına ehtiyac yaranır.

– Ana südü ilə qidalandırma nə vaxt başlamalıdır?

– Ana südü ilə qidalandırma həm körpənin, həm də ananın sağlamlığı üçün çox vacibdir. Doğuşun növündən asılı olmayaraq, adətən doğuşdan dərhal sonra körpə döşə qoyulur. İlk süd – "molozivo" – bəzi qadınlarda doğuşdan dərhal sonra ifraz oluna bilər. Bu proses südvermə texnikası və düzgün qidalandırma üsulları barədə anaya məlumat verilməsi ilə müşayiət olunur.

– Doğuş zamanı qida və maye qəbulu ilə bağlı nələrə diqqət edilməlidir?

– Doğuş zamanı qadının gücünü itirməməsi üçün yüngül və az porsiyalarla qidalanmağa icazə verilir. Meyvə, kompot, az miqdarda şirniyyat, çay və ya xəstəxanada verilən xüsusi yeməklərlə qidalanmaq olar.
Hamiləlik boyu isə balanslı və zülallarla zəngin, vitamin və minerallar baxımından dolğun, tərəvəz əsaslı qidalanma tövsiyə olunur. Bu, körpənin sağlam inkişafına, doğuşun isə daha rahat və təhlükəsiz keçməsinə şərait yaradır.

– Hamiləliyin sağlam bitməsi üçün vacib olan amillər hansılardır?

– Ən önəmli məsələ hamiləliyin sağlam şəkildə başlanmasıdır. Hamiləliyi planlayan qadın mütləq şəkildə əvvəlcədən tibbi müayinələrdən keçməli, hər hansı xəstəlik və ya defisit (məsələn, dəmir, D vitamini) aşkarlanarsa, onları aradan qaldırmalıdır.
Diş müalicəsi, orqanizmin ümumi sağlamlığı, idman fəaliyyəti (əgər əvvəldən aktiv olubsa) və təmiz havada gəzintilər hamiləliyin sağlam keçməsinə yardım edir. Qidalanma isə xüsusi önəm daşıyır: gündə 5 dəfə az-az yemək, zülal, vitamin və mineral baxımından zəngin menyu, sağlam yuxu rejimi əsas tövsiyələrdəndir. Sonda qeyd etmək istəyirəm ki, hamiləliyin sağlam və təhlükəsiz keçməsi üçün həkim tövsiyələrinə əməl etmək, müayinələri vaxtında keçmək və həyat tərzində düzgün yanaşmalar göstərmək vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri