Icma.az
close
up
RU
Birinci Türkoloji Qurultayı ilk araşdıran alim: “Bütün varımı buna sərf etmişəm”

Birinci Türkoloji Qurultayı ilk araşdıran alim: “Bütün varımı buna sərf etmişəm”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bu gün, iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib. 

Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq baş tutur.

İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir. 

Filologiya elmləri doktoru, professor Adil Babayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Birinci Türkoloji Qurultay türk birliyi ideyasının formalaşması və inkişafı baxımından mühüm tarixi əhəmiyyətə malik olub. 

O qeyd edib ki, Türk xalqlarının birliyi məsələsi ilk dəfə geniş şəkildə bu qurultayda müzakirə olunub: “Qurultay bundan 100 il əvvəl keçirilib. Mən 1964-cü ildə bu mövzunu araşdırmaq, təhlil etmək istəyəndə, mənə imkan vermədilər. 

Sonradan qurultay iştirakçılarından biri olan Qəhrəman Qaraqaşlını tapdım. O, qurultayın necə keçirildiyi, hansı şəraitdə baş tutduğu barədə mənə ətraflı məlumat verdi. 

Sonra vəziyyət bir qədər yumşaldı. Mənə icazə verdilər və “KQB”-nin zirzəmisində qurultaya aid sənəd və materialları tapdım. Həmin sənədləri toplayaraq kitab halına saldım və Respublika Dövlət Kitabxanasının Arxiv Fonduna təqdim etdim. Hazırda həmin materiallar Arxiv Fonduna mənim tərəfimdən daxil edilmiş sənədlər kimi saxlanılır”. 

Türk xalqları tarixində bu qurultay ilk dəfə belə böyük bir hadisə tədbir olub. Qurultayda ümumilikdə 131 nümayəndə iştirak edib ki, onlardan 26-sı Azərbaycandan idi:

“Türkiyədən, Yakutiyadan və digər türk xalqlarının yaşadığı bölgələrdən nümayəndələr iştirak edirdilər. İlk dəfə olaraq türk birliyi məsələsi bu qədər geniş şəkildə müzakirəyə çıxarıldı. Ruslar belə bir fikir irəli sürürdülər ki, əvvəlcə türk xalqlarının bir-biri ilə qohum olduqları sübut edilməli, yalnız bundan sonra belə bir qurultay çağırılmalı idi”. 

Professor vurğulayıb ki, Türkoloji Qurultaya dair ilk monoqrafiyanın müəllifidir: “Bu mövzuda ilk monoqrafiyanı mən yazmışam. Qurultaya aid bütün sənədləri də mən tapmışam.

Türkoloji Qurultay türk xalqlarını bir-birinə dost və qardaş kimi daha da yaxınlaşdırdı. Qurultayın son günü məşhur alim Katanov iclasa gəlib çatdı və iştirakçılar onu alqışlarla qarşıladılar. 

Hələ əvvəlcədən yazırdılar ki, türk xalqları bir yerə toplaşarsa, bu, pantürkizmə gətirib çıxaracaq. Məhz buna görə də Stalinin göstərişi ilə 53 nəfərdən ibarət fraksiya komissiyası yaradılmışdı ki, qurultayın fəaliyyətinə nəzarət etsin. Qurultay iştirakçılarının əksəriyyəti sonradan repressiyalara məruz qaldı və güllələndi”. 

Adil Babayev əlavə edib ki, Türkoloji Qurultayın araşdırılmasına böyük vəsait və zaman sərf edib: 

“Mən Azərbaycandan olan nümayəndələrin hamısını araşdıraraq müəyyənləşdirmişəm. Bu barədə monoqrafiya və kitablar yazmışam. Bütün varımı, pulumu, maaşımı bu işlərə sərf etmişəm. İndi şükürlər olsun ki, həmin materiallar arxivlərdə var və istənilən şəxs onları araşdırıb tapa bilər. 

Mən, həmçinin “Türk soyunun birlik səsi” adlı əsər yazmışam və kitabın sonunda türk soyunun himnini də vermişəm. Bu gün isə qurultayın 100 illiyi qeyd olunur. Əsas tədbirlər oktyabr ayında keçiriləcək. 

Türk dövlətlərinin yaxınlaşması baxımından bu hadisə mühümdür. İnanıram ki, türk xalqları zaman keçdikcə, daha da yaxınlaşacaq, bir gün Turanı yaradacaqlar”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Türkoloji Qurultay Adil Babayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 İyun 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri