Icma.az
close
up
RU
Birinciləri məktəbə necə hazırlamaq lazımdır?

Birinciləri məktəbə necə hazırlamaq lazımdır?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yeni tədris ilinin açılmasına çox az bir müddət qalır. Hazırda valideynlər və şagirdlər məktəbə hazırlıq işlərilə məşğuldurlar”.

Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, yeni tədris ilinə hazırlıq lazımdır, ama valideynlərin çoxu bu hazırlığı uşaqları üçün işgəncəyə çevirirlər:

“Nəticədə uşaqların bir çoxu artıq tədris ili başlamamış məktəbə nifrət edirlər. Təəssüflər olsun ki, şagirdlərin çoxu məktəb açılan kimi yüklənirlər, çünki həm məktəbə, həm də əlavə hazırlıqlara gedirlər. Eyni zamanda, bir çox uşaq istədi-istəmədi valideynlərinin təkidilə digər məşğələlərə yönəldilirlər.

Sanki valideynlər arasında bir əldə beş qarpız tutmaq yarışı başlayır. Kimin uşağı neçə hazırlığa gedir, kimin uşağı hansı nailiyyətlər qazanıb kimi bir rəqabət yaşanır. Beləliklə, uşaqlar həm fiziki, həm də mənəvi olaraq yüklənirlər. Uşağın şüuraltısı ona zəmin yaradır ki, o xəstələnsin və canını bu yüklənmələrdən qurtarsın”. 

Ekspert qeyd edib ki, yeni tədris ilinə adaptasiya uşaqlar üçün çox önəmli məsələdir:

“Məhz bu adaptasiya uşağın irəlidəki uğurlarının bünövrəsini qoyur. Adaptasiya prosesini doğru və sağlam keçirən şagirdlər sonrakı dönəmdə daha yaxşı nəticələr göstərirlər.

Həmçinin, zamanında həyata keçməyən arzularını uşaqlarının üzərindən həyata keçirmək istəyən valideynlər də var. Onlar da bilməlidirlər ki, bu onların arzu və istəkləri olub, uşaqlar valideynlərinin reallaşa bilməyən arzularını həyata keçirməyə məcbur deyillər. 

Onların öz istəkləri və öz arzuları var. Bu istəklərini öz daxili imkanlarına görə həyata keçirə bilərlər. Hansısa sahəyə potensialı olmayan uşağa o potenialı yükləmək olmaz. Əksinə, onun öz potensialını inkişaf etdirmək lazımdır”.

Psixoloq diqqətə çatdırıb ki, burada da ən əsas məqam uşaqların yüklənməməsidir:

“Dərs açılan kimi uşaqlar dərs yükü ilə yüklənməməlidirlər. Əslində, dərs yükü yavaş-yavaş artırılmalıdır ki, uşaqlar bunu çox hiss edib bu yük altında qalmasınlar. Eyni zamanda, dərsdən sonra uşaqlar dincəlməli və istirahət etməlidirlər. Bizim valideynlərin çoxu düşünür ki,uşaq dərsdən gələn kimi dərs oxumalır.

Bu kodlama həm uşaqlarda dərsə qarşı ikrah yaradır, həm də obsessiv kompulsiv pozuntunun, həyəcan təşviş pozuntunun və başqa psixi problemlərin yaranmasına və inkişafina zəmin yaradır. Məktəbdən evə gələn uşaq ilk növbədə rahat nəfəs almalı, evdə olduğunu hiss etməli və dincəlməlidir”.

Mütəxəssisin sözlərinə görə, uşaqları məktəbə adaptasiya etmək və sevdirmək üçün məktəb ləvazimatlarını uşaqla birgə almaq və seçimi ona vermək lazımdır:

“Sevdiyi və seçdiyi ləvazimatlarla məktəbə getmək və dərs oxumaq onda xoş təəssürat yaradacaq. Uşaqların təmiz havada olması və oynaması onlara mütləq vacibdir. Sinif otaqlarının havalandırması, temperaturun onlar üçün normal olması, əlavə qıcıqlandırıcı təsirlərin olmaması da mühümdür. Bundan başqa, sağlam qidalanma və yuxu rejiminə riayət etmək də əsas şərtlərdəndir.

Eyni zamanda, əsas olaraq şagirdlərə məktəbi sevdirmək lazımdır. Məktəb təkcə tədris müəsisəsi deyil, həm də uşaqlara oyun və gözəl vaxt keçirmək üçün dostluq müəsisəsi olmalıdır. Yalnız bu zaman uşaqlar məktəbə sevə-sevə və həvəslə gedəcəklər”.

Elmir 
“Cebheinfo.az”

Açar sözlər: Yeni tədris ili məktəb dərs

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri