Ölkə birinciləri oldular FOTOLAR
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının (I cəhd) yekun nəticələrini açıqlayıb.
"Unikal" xəbər verir ki, imtahan nəticələrinə görə, ən yüksək balı 3 nəfər toplayıb.
Onlar Aydan Süleymanova, Nicat Əliyev və Dilşad Musayevadır.
Aydan Süleymanova Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir. İmtahanda 95,5 bal toplayan A.Süleymanova UNEC-də Maliyyə ixtisası üzrə beynəlxalq iqtisad məktəbi fakültəsində bakalavr təhsili alır.
95,5 bal toplayan Nicat Əliyev Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır.




