Icma.az
close
up
RU
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndələri ilə görüş keçirildi Fotolar

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndələri ilə görüş keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ötən gün Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətinin tərkibində institutun direktoru akademik Qriqori Trubnikov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Otiliya-Aka Kulikov, eləcə də laboratoriya müdirləri O.Belov və N.Kuçerka təmsil olunublar.

Görüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Elm və ali təhsil siyasəti, Beynəlxalq əməkdaşlıq şöbələrinin, eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri iştirak ediblər. 

Görüş zamanı qonaqlara Azərbaycan təhsil sistemində aparılan islahatlar, eləcə də Elm və Təhsil Nazirliyinin yaradılmasının zəruriliyi barədə məlumat verilib. BNTİ-nin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra elm və ali təhsil müəssisələrinin rəhbərləri ilə baş tutan görüşlərdə müzakirə edilən əməkdaşlıq perspektivlərindən danışılıb. 

Qriqori Trubnikov 16 ölkənin üzv olduğu BNTİ-nin elmin müxtəlif istiqamətləri, xüsusilə nüvə və aerokosmik texnologiyaların inkişaf etdirilməsində nailiyyətlərini xüsusi vurğulayıb və institutda aparılan tədqiqatların elmi aktuallığını diqqətə çatdırıb. 

Görüşün sonunda nazir müavini Firudin Qurbanov və akademik Qriqori Trubnikov qarşılıqlı əməkdaşlığın davam etdirilməsi istiqamətində birgə səylərin atılacağını bir daha vurğulayıblar. 

Qeyd edək ki, Azərbaycan BNTİ-yə üzv olduğu dövrdən nüvə fizikası sahəsindəki tədqiqatları bu beynəlxalq statuslu institutla, digər beynəlxalq qurumlarla, o cümlədən Avropa Nüvə Tədqiqatlar Mərkəzi (CERN) ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirib. Ətraf mühitin qorunması və radioekologiya sahəsində aparılmış tədqiqatlar, ölkəmiz üçün çox əhəmiyyətli tibbi müalicə üsulları (onkologiya və s.) sahəsində yüksək hazırlıqlı radioloqların hazırlanmasını buna misal olaraq göstərmək mümkündür.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri