“Birlik 2025” təlimi başlandı
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan hərbçilərinin iştirakı ilə baş tutan "Birlik - 2025" birgə regional təliminin oktyabrın 14-də açılış mərasimi keçirilib.
Tədbirin rəsmi hissəsində iştirakçı ölkələrin Dövlət himnləri səsləndirilib. Mərasimdə çıxış edənlər bu cür birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.
Sonra tədbir iştirakçılarına konsert proqramı təqdim edilib, özbək və digər xalqların milli mahnıları ifa olunub.
Sonda təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.
XQ

Birlik 2025” birgə təliminin koordinasiya toplantısı keçirilib
13 Oktyabr 2025 19:13
Birlik 2025 birgə təliminin açılış mərasimi keçirilib
14 Oktyabr 2025 19:29
Qış təlimi 2025
06 Fevral 2025 18:37
Birlik 2025” təlimində iştirak edəcək Azərbaycan hərbçiləri Özbəkistana yola düşüb
11 Oktyabr 2025 18:05
“Qış Təlimi 2025” davam edir
30 Yanvar 2025 18:01

