Icma.az
close
up
RU
“Birlik 2025” birgə regional hərbi təlimi...

“Birlik 2025” birgə regional hərbi təlimi...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə hərbi əməkdaşlığı genişləndirir

Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər bu sahədə həyata keçirilən davamlı islahatların və məqsədyönlü tədbirlərin  nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin də rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.

Dost və tərəfdaş ölkələrlə birgə hərbi təlimlər keçirilir

Məlum olduğu kimi, Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər keçirir. Buna nümunə olaraq, ölkəmizlə qardaş Türkiyənin müxtəlif adlar altında keçirilən təlimlərini, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş” hərbi təlimlərini göstərmək olar. Eləcə də, Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity” kompüter dəstəkli komanda-qərargah təlimini də qeyd edə bilərik.

Diqqət çəkən məqamlardan biri Azərbaycan hərbçilərinin Mərkəzi Asiya ölkələrinin hərbçiləri ilə birgə təlimləridir. Bu yöndə, yəni beynəlxalq əməkdaşlıq çərçivəsində belə bir hərbi təlim Qazaxıstanda keçirilib. Belə ki, ötən il iyulun 8-dən 17-dək Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətində Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın hərbi qüvvələrinin iştirakı ilə regional beynəlxalq təlimlər baş tutub. Təlimlərə təxminən 4 min hərbi qulluqçu və 700-dək hərbi texnika cəlb olunub.

Beş ölkənin hərbçiləri bir arada

Bugünlərdə isə  Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli “Birlik - 2025” birgə regional təlimi keçirilib. Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlət sərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsi üzrə fəaliyyətlər uğurla yerinə yetirilib. Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin hərbi kontingentləri arasında qarşılıqlı fəaliyyətlərin təşkili üzrə hazırlıqlarının təkmilləşdirilməsinə, birgə əməliyyatların keçirilməsi imkan və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Oktyabrın 20-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Birlik-2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Səmərqəndə səfər edib. Səmərqənd şəhərində general-polkovnik Z.Həsənov özbəkistanlı həmkarı Şuhrat Xalmuxamedov ilə görüşüb. Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan hərbçiləri peşəkarlıq nümayiş etdiriblər

Zakir Həsənov “Birlik - 2025” birgə regional təlimində ölkəmizi təmsil edən hərbi qulluqçularla da görüşüb. Keçirilən təlimin ölkələrimiz arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib. General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib. Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq “Birlik - 2025” birgə regional təliminin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.

Bundan əlavə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə Səmərqənd vilayətində təşkil olunan “Birlik - 2025” birgə regional təliminin oktyabrın 21-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Tədbirdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Özbəkistanın müdafiə naziri, general-leytenant Şuhrat Xalmuxamedov, eləcə də iştirakçı ölkələrdən olan yüksəksəviyyəli qonaqlar iştirak ediblər. Regional təlimin tapşırıqları və mərhələləri barədə qonaqlara məlumat verildikdən sonra təlim poliqonunda müxtəlif epizodlar praktiki yerinə yetirilib.

Yüksəksəviyyəli qonaqlar birgə komanda məntəqəsinin iş prosesi ilə tanış olublar. Daha sonra Özbəkistanın Müdafiə Nazirliyi nəzdində Müdafiə Sənayesi agentliklərinin istehsalı olan silah və hərbi texnika nümunələrindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan və Özbəkistan müdafiə nazirləri, eləcə də digər qonaqlar “Birlik - 2025” birgə regional təliminin bağlanış mərasimində iştirak ediblər. General-polkovnik Z.Həsənov tədbirdə çıxış edərək təlimin yüksək səviyyədə təşkilinə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib, iştirakçıları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

“Birlik - 2025” birgə regional təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib. Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Oktyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see363

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see282

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see262

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see219

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see201

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see201

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see184

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see183

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see173

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see169

Suriyada qaz boru kəmərində partlayış Təchizat dayandırıldı

19 Avqust 2026 06:56see164

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see160

Dövlətlə əmlak mübadiləsi mümkün olacaq DETALLAR

19 Avqust 2026 07:02see159

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see158

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see157

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see154

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see153

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see153

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see146

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri