Icma.az
close
up
RU
Birlik, həmrəylik, sülh və mənəvi dəyərlərə çağırış

Birlik, həmrəylik, sülh və mənəvi dəyərlərə çağırış

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə Türk dünyası və Qafqazın müxtəlif ölkələrindən olan dini rəhbərlər iştirak ediblər.

Cənab Prezident çıxışında Bakıda keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın müxtəlif ölkələrin dini liderlərini bir araya gətirdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, tədbirdə Türk dövlətlərinin dini rəhbərləri ilə yanaşı, Gürcüstan və Suriyadan, həmçinin Şimali Qafqazın müxtəlif respublikalarından nümayəndələrin iştirakı birlik və həmrəyliyin mühüm nümunəsidir.

Möhtərəm Prezident dini liderlərin cəmiyyətdəki roluna da xüsusi diqqət yetirib. O vurğulayıb ki, müsəlman dini rəhbərlərinin sülh, əməkdaşlıq, əmin-amanlıq və barışıq istiqamətində verdiyi mesajlar böyük əhəmiyyət daşıyır. Dini liderlərin mövqeyi müsəlman icmalarına ciddi təsir göstərdiyindən onların birlik və həmrəylik çağırışları regionlarda sabitliyin möhkəmlənməsinə töhfə verə bilər.

Cənab İlham Əliyev Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən də danışıb. O, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əməkdaşlığını qeyd edərək, ölkənin müxtəlif dini və mədəni tədbirlərə ev sahibliyi etdiyini bildirib. Gələn il İslam Əməkdaşlıq Təşkilatının sammitinin Bakıda keçiriləcəyini və bu tədbirin müsəlman dünyasında əməkdaşlığın və həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm platforma olacağını diqqətə çatdırıb.

Digər mühüm istiqaməti Seyid Yəhya Bakuvinin irsi ilə bağlı olub. Ölkə başcısı onun Azərbaycan tarixində mühüm yer tutan alim və mütəfəkkir olduğunu vurğulayıb. Görüş iştirakçıları tərəfindən də Yəhya Bakuvinin elmi və mənəvi irsinin müasir dövrdə sülh, dözümlülük, qarşılıqlı hörmət və insanlar arasında həmrəyliyin təşviqi baxımından əhəmiyyətli olduğu bildirilib.

Dövlət rəhbəri nümayəndə heyətinin Qarabağa səfər edəcəyini də qeyd edib. Bildirib ki, qonaqlar Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər etməklə bölgənin keçmişi və hazırkı vəziyyəti ilə yaxından tanış olacaqlar. Bu səfərin Azərbaycanın tarixi, mədəni və dini irsinin nümayəndə heyətinə daha yaxından təqdim olunması baxımından əhəmiyyət daşıdığı vurğulanıb.

Ümumilikdə, görüşdə səsləndirilən fikirlər Türk dünyası və İslam aləmində birlik, həmrəylik, sülh və qarşılıqlı əməkdaşlığın əhəmiyyətini ön plana çıxarıb. Tədbir Azərbaycanın dini və mədəni dialoqun inkişafına verdiyi töhfələrin, eləcə də Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin müzakirəsi baxımından əhəmiyyətli olub.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Sentyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri