Icma.az
close
up
RU
Sülh, həmrəylik və birlik görüşləri keçirilir

Sülh, həmrəylik və birlik görüşləri keçirilir

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 Cari ilin sentyabrın 15-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi sadəcə təqvim uyğunluğu deyil. Bu iki tədbirin məhz Bakıda və eyni vaxtda təşkil olunması Azərbaycanın Türk dünyası, İslam aləmi və Cənubi Qafqaz arasında siyasi, mədəni və mənəvi əlaqələrin inkişafında artan roluna diqqət çəkən mühüm hadisədir.

    Möhtərəm Prezidentimiz İlham cənabları tədbirlərin iştirakçılarını  qəbul edərkən söylədiyi fikirlər  bu mənzərəyə daha geniş prizmadan baxmağa imkan verir. Dövlət başçısının çıxışında Azərbaycanın tarixi-mədəni irsi, İslam dünyası ilə çoxəsrlik əlaqələri, Türk dünyası ilə strateji münasibətləri və Cənubi Qafqazın sülh gündəliyi vahid siyasi-mənəvi kontekstdə təqdim olunur. Bu baxımdan Seyid Yəhya Bakuvinin irsi xüsusi məna daşıyır. XV əsrdə yaşamış böyük mütəfəkkirin yaradıcılığı Azərbaycanın milli-mədəni yaddaşının mühüm hissəsi olmaqla yanaşı, İslam dünyasının intellektual və mənəvi tarixində də özünəməxsus yer tutur. Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Füzuli kimi şəxsiyyətlərin yaratdığı zəngin irs Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin, ideyaların və mənəvi dəyərlərin qovuşduğu məkan olduğunu göstərir. Bu irsin əhəmiyyəti isə yalnız keçmişin xatırlanması ilə məhdudlaşmır. Azərbaycan tarixi-mədəni irsini müasir beynəlxalq münasibətlər sistemində dialoq və əməkdaşlıq imkanları yaradan mühüm mənəvi resurs kimi təqdim edir. Bakıda Yəhya Bakuvi irsinə həsr olunmuş elmi konfransla dini liderlərin toplantısının eyni vaxtda keçirilməsi də məhz bu baxımdan simvolik məna daşıyır: əsrlərin mənəvi-intellektual irsi ilə müasir dünyanın sülh və əməkdaşlıq çağırışları eyni platformada bir araya gəlir.

   Azərbaycanın coğrafi mövqeyi bu proses üçün əlavə imkanlar yaradır. Türk Dövlətləri Təşkilatının fəal üzvü kimi ölkəmiz türk dövlətləri ilə əlaqələrini dərinləşdirir, eyni zamanda İslam dünyası ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.      Azərbaycanın İslam həmrəyliyinə verdiyi əhəmiyyətin konkret nümunələri də mövcuddur. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları müxtəlif müsəlman ölkələrindən olan insanların bir araya gəlməsi və həmrəylik ideyasının təşviqi baxımından mühüm platforma olmuşdu. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi isə Azərbaycanın İslam dünyası ilə əlaqələrinin daha geniş siyasi müstəvidə inkişaf etdiyini göstərən növbəti mühüm hadisə olacaq.

    Bakıda keçirilən görüşlərin Qarabağ istiqaməti də xüsusi diqqət çəkir. Dini liderlərin Ağdam, Xocalı, Xankəndi və Şuşaya səfərləri onların regionun reallıqları ilə yerində tanış olmalarına imkan yaradır. Qarabağ məsələsi Azərbaycan üçün yalnız ərazi məsələsi deyil. Burada tarixi yaddaş, milli kimlik, dini və mədəni irs, məcburi köçkünlük və insanların doğma torpaqlarına qayıdışı kimi bir-biri ilə bağlı çoxsaylı məsələlər birləşir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa prosesində məscidlərin, tarixi abidələrin və mədəniyyət ocaqlarının yenidən qurulması da bu siyasətin mühüm hissəsidir.

    Bakıda keçirilən tədbirlərin siyasi əhəmiyyəti ayrı-ayrı toplantıların gündəliyindən daha genişdir. Azərbaycan bir tərəfdən Türk dünyası ilə əlaqələrini möhkəmləndirir, digər tərəfdən İslam ölkələri ilə həmrəyliyini və əməkdaşlığını genişləndirir, eyni zamanda Cənubi Qafqazda sülh və təhlükəsizlik gündəliyinin formalaşmasında fəal iştirak edir.    Möhtərəm Prezidentimiz İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlərin siyasi mahiyyəti də bu kontekstdə aydın görünür. Azərbaycan öz tarixi yaddaşını qorumaqla yanaşı, həmin irsi müasir əməkdaşlıq və sülh gündəliyi ilə əlaqələndirir. Türk dünyası ilə bağlarını dərinləşdirir, İslam aləmi ilə həmrəyliyini gücləndirir və Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını regional siyasətinin əsas istiqamətlərindən biridir.

Bir sözlə Bakıda eyni vaxtda keçirilən iki tədbir Azərbaycanın tarixi-mədəni irsi ilə müasir diplomatik gündəliyinin bir-birindən ayrı istiqamətlər olmadığını nümayiş etdirir.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Sentyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri