Icma.az
close
up
RU
Birlik və həmrəylik: “Milli çağırışlar fərqli baxışları aradan qaldırır”

Birlik və həmrəylik: “Milli çağırışlar fərqli baxışları aradan qaldırır”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Siyasi münasibətlərin müasir çağırışlara uyğunlaşması, modernləşmə və yeni konfiqurasiya ilə uzlaşma, dialoq mühitinin formalaşması ölkədə yeni münasibətlər sisteminin əsasını təşkil edir. 

Bu siyasi kursun praktik tətbiqi siyasi mühitdə sivil münasibətlər sisteminin formalaşması ilə əvvəlki illərin etimadsızlıq mühitini aradan qaldıraraq, inam, etibar və birlik modelinin əsasını qoyub. 

Prezident İlham Əliyevin tövsiyəsi ilə dövlətin əsas və prinsipial siyasi istiqamətlərindən birinə çevrilən bu kurs siyasi qüvvələr, o cümlədən iqtidar-müxalifət dialoqunun inkişaf etdirilməsi ilə həmrəylik və milli birliyə gedən yolda əsas prioritetlərdən biridir. Bu gün də ölkədə formalaşan yeni siyasi konfiqurasiya siyasi təşkilatların fəal iştirakı ilə davam etməkdədir. 

Siyasi partiyaların fəaliyyətinə yaradılan şərait, yeni qanunvericilik bazası, fikir mübadiləsi və müzakirələrin aparılması bir daha təsdiqləyir ki, proses dinamik xətt üzrə inkişaf edir. Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsi bu sahədə üzərinə düşən vəzifəni Prezident İlham Əliyevin tövsiyə və gösrəişlərinə uyğun olaraq, layiqincə yerinə yetirir. 

Şöbə müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə şöbə tərəfindən həyata keçirilən tədbirlər, analizlər, partiyalarla davamlı ünsiyyət, konsturktiv əməkdaşlığın möhkəmlənməsi üçün görülən işlər bu siyasi kursun uğurlu inkişafında əvəzsiz rol oynadı. 

Lakin bu prosesdən narahat olan bəzi şəxslər öz marginal maraqları naminə ictimai fikirdə mənfi rəy yaratmağa çalışırlar. Konsrtuktiv əməkdaşlıqdan narahat olan bu şəxslər nə qədər çalışsalar da, sağlam siyasi dialoq və həmrəylik mühitinin davamlı və dayanıqlı bir prosesə çevrilməsinə kölgə sala bilmirlər. Çünki bu gün Azərbaycan cəmiyyətində müxtəlif siyasi qüvvələr arasında dialoq və sağlam siyasi münasibətlər sistemi qurulub. Bütünlükdə cəmiyyət görülən real işlərin və sağlam siyasi mədəniyyətin formalaşmasının şahididir.  

Siyasi qüvvələr arasında dialoq mühitinin yaranması, yeni siyasi konfiqurasiyanın cəmiyyətin inkişafındakı rolu ilə bağlı Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan ötən 5 ildə çox böyük uğurlar əldə edib: 

“2020-ci ildə siyasi partiyalar arasında dialoqun başlanması, iqtidar-müxalifət münasibətlərinin yeni mərhələyə keçməsi ilə milli birliyin əsası qoyuldu. Bu istiqamətdə də çox böyük nailiyyət əldə etdik. Azərbaycanın işğal altındakı torpaqları azad olundu, separatizmə son qoyuldu və suverenliyimiz bərpa edildi. Hesab edirəm ki, bu zəfərin qazanılmasında ölkədəki milli birlik və iqtidar-müxalifət əməkdaşlığının da özünəməxsus rolu oldu. 

Ölkə daxilində həmrəylik və iqtidarla müxalifət arasında normal münasibət Azərbaycanı regionda və dünyada yaşanan problemlərdən kənarda saxlamağa imkan verir. Dünya böyük dəyişikliklər astanasındadır. Çünki dünyanın siyasi xəritəsi yenidən çəkilir. Düşünürəm ki, biz bu prosesdən də yalnız milli birlik və əməkdaşlıq müstəvisinin davamlı olması ilə uğurla keçə bilərik”.  

Həmsöhbətimiz qeyd edib ki, siyasi dialoq mühiti partiyalar arasındakı münasibətlərə də müsbət təsir etdi: 

“Azərbaycanda siyasi partiya sədrlərinin görüşü və hansısa məsələləri müzakirə etmək imkanları olmayıb. Lakin siyasi dialoq çərçivəsində dəfələrlə siyasi partiyaların rəhbərləri bir araya gələrək ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə  imkanı əldə etdilər. Eyni zamanda, siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərlə birgə səfərləri onlar arasında şəxsi ünsiyyətin formalaşmasına təsir göstərdi. 

Əvvəllər bir-birinə soyuq münasibət bəsləyən partiya rəhbərləri bu düşüncənin tamamilə yanlış olduğu qənaətinə gəldilər. Bu proses özlüyündə Azərbaycandakı siyasi partiya rəhbərlərinin hansılarının daha çox milli, hansılarının isə daha çox şəxsi maraqlara xidmət etdiyini ortaya qoydu”.  

Partiya sədri vurğulayıb ki, iqtidar-müxalifət dialoqu milli birliyə və həmrəyliyə gedən yolun əsasını təşkil edən prioritetlərdən biridir: 

“Sivil dünya ölkələrində ümummilli problemlərlə bağlı iqtidarla müxalifət arasında fikir ayrılığı olmur. Milli çağırışlar fərqli baxışları aradan qaldırır və insanları ümumi problemlərin həllinə səfərbər edir. 

Azərbaycanda da artıq bunun uğurlu nümunəsi var. Hesab edirəm ki, dünyadakı çox gərgin situasiyanı geridə qoymaq üçün ölkə daxilində mövcud milli birlik, həmrəylik davamlı olacaq və bundan Azərbaycan qazanacaq”.  

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Siyasi dialoq milli birlik həmrəylik

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri