Icma.az
close
up
RU
Novruz: milli birlik, həmrəylik bayramı

Novruz: milli birlik, həmrəylik bayramı

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın tarixində bir çox bayramlar var. Novruz bayramı isə onlar içində xüsusi çəkiyə malikdir. Çünki bu, Azərbaycanın ən böyük, qədim milli bayramıdır. Novruz özündə bir çox mənəvi dəyərləri cəmləyir, insanları birliyə, bərabərliyə səsləyir.

“Xalq Cəbhəsi” Novruz bayramının Azərbaycan tarixində önəmi haqqında alimlərin fikirlərini öyrənib.

Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, professor Mübariz Süleymanlı bildirib ki, Novruzun uzun zamanlardan bəri davam edib gəlməsinin səbəbi hər şeydən əvvəl, onun təsərrüfatçılıqla, xalqın əmək və məişəti ilə bağlı olmasıdır: “Əsas etibarilə maldarlıq və əkinçiliklə məşğul olan xalqların həyatında təbiət hadisələrinin rolu daha böyük olub. Baharın gəlməsi, təbiətin oyanması sayəsində çöllərin laləzara dönməsi, bağların və meşələrin yaşıl don geyinməsi, mal-qaranın çölə çıxması, döl tutması kimi təbii hadisələr qədim insanlar üçün bolluq və bərəkət gətirən müqəddəs hadisələrdir. Bu hadisələr insanları təbiətə uyğunlaşmağa, arandan dağa, dağdan arana köçməyə məcbur edir, bununla yanaşı, onların mənəvi aləminə də müəyyən dərəcədə təsir göstərirdi”.

“Novruz insanın torpaqla təmas bayramıdır”

Professor Novruzun əkinçilik və insanın torpaqla təmas bayramı olduğunu diqqətə çatdırıb: “Azərbaycanlıların təbiət hadisələri, əkinçilik, maldarlıq və ovçuluqla bağlı olan mərasimləri içərisində ən təntənəli qeyd ediləni Novruz bayramıdır. Əslində, Novruz bayramı silsilə mərasimlər sisteminin zirvəsi və məntiqi yekunudur. Çünki qışın bitməsi və yazın gəlməsinə hazırlıqla başlanan, insanlara bahar sevinci aşılayan, onları yeni təqvim ilinə ruhlandıran mərasimlər silsiləsinə, məhz Novruz təntənələri ilə yekun vurulur. Yaz yaxınlaşdıqca təbiət canlanır, günəş çıxıb insanları qızdırır, istər-istəməz adamlar həvəsə gəlir, sevinir və özlərini bəxtiyar hiss edir”.

“Bu bayram ürəklərdə yaşadılıb”

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu qeyd edib ki, Novruz bayramında milli ruhumuzun, qədimliyimizin zəngin çalarları yaşayır: “Minillər əvvəl əcdadlarımız inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız öz ömründə yaradıb və yaşadıb: qışın yazı əvəzləməsini öyüb, təbiətlə birgə ruhən yenidən doğulub, içəridən arınıb, bu təmizlənməni mənalandırıb, bayramlaşdırıb. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə xəlqi ruhumuzun özünəməxsusluğunu qoruyub saxlayıb. Xalq o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, hamısını qoruyub saxlayır. Belə də tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşadılıb”.

“Novruz bəşəriliyimizi təsdiq edir”

E.Qaliboğlu deyib ki, Şərq düşüncəsində Novruz bayramı ilə bağlı zəngin, maraqlı yanaşmalar – adət-ənənələr olsa da, Azərbaycan Novruzu bunların hamısından fərqlənir: “Xalqımız minillərdən bəri ağlında yaşatdığı, yaşamına gətirdiyi bütün gözəl duyğularını həmişə Novruzla bağlayıb, mənalandırıb. Ona görə ki, bayramın başlanğıcı – yaranışı ifadə etməsinə inanılıb. Bu yaranış inancda təbiət-insan birliyinin ifadəsi kimi anlaşılıb. Əcdadlarımızdan gələn düşüncə tarixən ruhumuzun özgüvənliyini, yenilməz nikbinliyini yaradıb. O deməkdir ki, xalq bayramı o dərəcədə ruhunun doğması olaraq yaradıb, görüb, cilalayıb, inanıb ki, onu bütövlükdə mərasim mədəniyyətinin özülünə çevirib, öz davranışlarını bayram kuralları ilə nizamlayıb. Bu, artıq xalqımızın ruhunun ifadəsi olan, heç bir xalqda rast gəlinməyən davranışlar sisteminin bayram-mərasim kompleksindən güc alması demək olub”.

O qeyd edib ki, Novruz bayramı milli ruhumuzu təsdiq etdiyi dərəcədə bəşəriliyimizi də təsdiq edir, ona görə bizə belə doğmadır: “Dövlət amili ciddi hadisədir. Soydaşlarımızın ağlında ardıcıl olaraq dövlət sevgisinin yaradılması gərəkdir. Əsl ulusal (milli) dəyər həmişə çağdaşdır. Azərbaycanın bağrından qopan dəyərləri buna ən gözəl misaldır və bəşərə örnəkdir. Novruz bayramı bu dəyərlərin bənzərsiz birləşdiricisi və ifadəçisidir”.

“Burada insanın təbiətlə həmahəng olması bir daha görünür”

Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru Minaxanım Əsədova qeyd edib ki, Novruz bayramı xalqımızın ən qədim və mənəvi dəyərlərlə zəngin bayramıdır: “O, mədəniyyətimizdə, əsrlərlə davam edən milli mənəvi dəyərlərimizdə, adət və ənələrdə əks olunur. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra bu bayram dövlət səviyyəsində daha möhtəşəm milli mədəniyyətlərin qloballaşması hər bir ölkə üçün əhəmiyyətli bir məsələdir. Bu mənada Novruz bayramının 2009-cu ildə YUNESKO-nun reprezentativ siyahısına daxil edilməsi və 2010-cu ildə BMT Baş Assambleyasının 21 mart tarixini “Beynəlxalq Novruz günü” kimi elan etməsi mühüm hadisələrdəndir. Bu bayram yenilənmə, birlik və ümid ideyalarını ifadə edir. Novruz təbiətin oyanışını, qışın bitib həyatın yenidən canlanmasını simvolizə edir. Təbiətin yenilənməsi ilə həm ev-eşiyin təmizlənməsi, həm də mənəvi cəhətlərdən saflaşma özünü küsülülərin barışması ilə, saflıq və təmizliyə önəm verməklə biruzə verir. Burada insanın təbiətlə həmahəng olması bir daha görünür”.

Güclü sosial bağlar

M.Əsədovanın sözlərinə görə, Novruzun gözəlliyi onun zəngin ənənələrində və rəngarəng atributlarında əks olunur: “Səməni – həyatın və bolluğun rəmzi, Tonqal – mənfiliklərin, neqativin təmizlənməsi, rəngli xonçalar və şirniyyatlar – sevinc və paylaşma, milli oyunlar və musiqi – mədəni irsin yaşadılması bayrama xüsusi istilik və estetik gözəllik qatır. Novruz insanları bir araya gətirən güclü sosial bağlara malikdir: Ailənin ağsaqqalları və ağbirçəkləri ziyarət olunur, ehtiyacı olanlara yaddımlar edilir. Ailə üzvləri və qohumlar bir süfrə ətrafında toplaşır, qonşularla bayramlaşmaq və pay vermək ənənəsi var, küsülülər barışır, insanlar bir-birinə xoş niyyət göstərir, yardımlaşma və paylaşma ruhu güclənir. Bu xüsusiyyətlər Novruzu sadəcə bir bayram deyil, həm də cəmiyyətin həmrəyliyini möhkəmləndirən mühüm dəyərə çevirir. Novruz bayramı təbiətin yenilənməsi ilə yanaşı, insanların da mənəvi olaraq saflaşmasını, birləşməsini və gələcəyə ümidlə baxmasını təmin edən bənzərsiz bir bayramdır”.

“Novruzda yeniləşmə baş verir”

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, türkoloq alim Faiq Ələkbərli söyləyib ki, dünyanın qədim bayramlarından birinin Novruz, yəni Yaz bayramının olması şübhəsizdir: “Çünki bu bayramda bütün təbiət canlanır - donmuş çaylar axır, qurumuş ağaclar çiçək açır, qan təzələnir və s. Bir növ Novruz bayramı adı ilə qeyd edilən bu bayramda bir dəyişilmə, yeniləşmə baş verir. Bəlkə də, məhz bu səbəbdəndir ki, bir çox qədim xalqlar vaxtilə Yazın gəlişini bayram kimi qeyd ediblər. Bu baxımdan hazırda azərbaycanlılar, iranlılarla yanaşı, başqa millətlərin də Novruzu milli bayram kimi qeyd etmələri başa düşüləndir. Ancaq o başqa məsələdir ki, hazırda Novruzu milli bayram kimi daha çox türksoylu (Türkiyə və Azərbaycan türkləri, özbəklər, qazaxlar, türkmənlər və b.) və irandilli xalqlar (farslar, kürdlər, əfqanlar və b.) qeyd edirlər”.

Milli birliyimizin nümunəsi

F.Ələkbərli bildirib ki, bizə elə gəlir ki, Novruz-Yaz bayramının hansı xalqa məxsus olmasından daha çox, onun mahiyyətini təşkil edən məsələlərə işıq salmaq daha maraqlı olardı: “Yəni biz tarixi vərəqləsək görərik ki, bəzi mütəfəkkirlər (Firdovsi və b.) Novruzu yalnız İranla bağladığı halda, onun türklərlə əlaqəsindən bəhs edənlər (Ə.Hüseynzadə və b.) da az deyildi. Məsələn, Firdovsi “Şahnamə” əsərində yazır ki, Novruz bayramını ilk dəfə qeyd edən qədim İran şahı Cəmşid olub. Onun fikrincə, Cəmşidin dövründə Novruz rəsmi şəkildə İranın milli bayramına çevrilib. Türk dünyasının, o cümlədən Azərbaycanının tanınmış mütəfəkkiri Əli bəy Hüseynzadə hələ, 20-ci əsrin əvvəllərində bu iddiaya cavab olaraq yazırdı ki, Novruz bayramının yalnız İranla bağlanması doğru deyildir. Belə ki, baharın gəlişini bayram kimi qeyd etmək yalnız İrana aid olmayıb, bütün atəşpərəst millətlər, o cümlədən türk atəşpərəstləri də bu günü bayram olaraq qeyd ediblər. Xüsusilə, türk şamanlar və türk atəşpərəstlər tərəfindən bu bayram qeyd edilmiş, şamanlar və atəşpərəstlər Yaz bayramında 4 ünsürlə (od, su, hava və torpaq) bağlı ayinləri icra ediblər”.

O əlavə edib ki, Novruzun bütün xalqlar, o cümlədən azərbaycanlılar üçün birlik və bərabərlik bayramı kimi qeyd olunması vacibdir: “Çünki Azərbaycan əhalisi əksəriyyəti türklər olmaqla, digər etnik qruplarla da təmsil olunur. Xüsusilə, Azərbayanda Azərbaycan türkləri ilə yanaşı, irandilli (talış, tat, kürd və b.) və qafqazdilli (ləzgi, avar və b.) etnosların yaşaması və onların hamısının Novruza-Yaz bayramına olan isti münasibəti milli bərabərliyimizin və birliyimizin nümunəsidir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Mart 2026 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri