Birliyimizi dosta düşmənə bir daha bəyan edəcəyik Bağçalı
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Türk dövlətləri arasında əməkdaşlığın güclənməsi onların beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirəcək.
Modern.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında deyib.
Bağçalı Türk Dövlətləri Təşkilatının regional və qlobal səviyyədə sülhə, əmin-amanlığa və ədalətə zəmin yaradacaq mühüm aktor olduğunu bildirib.
Onun sözlərinə görə, formalaşacaq “Türk qurşağı” türk dövlətləri və toplumları arasında dialoq və əməkdaşlıq əlaqələrini daha da gücləndirəcək:
“Müstəqillik və suverenlik çərçivəsində fürsət və imkanların dəyərləndirilməsi ilə türk dövlətləri dövrün qüdrətli aktorlarına çevriləcək”.
MHP sədri Türkiyənin Türk dünyası ilə iqtisadi, siyasi, mədəni və elmi əlaqələri möhkəmləndirən xarici siyasət yürütdüyünü vurğulayıb.
Bağçalı oktyabrın 29–30-da Türkiyənin ev sahibliyi ilə keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə də toxunub:
“Bu zirvə ilə Türk dünyasının ürəyi Ankarada döyünəcək. Cümhuriyyətimizin 103-cü ildönümünü bütün Türk dünyası olaraq birlikdə qeyd edəcək, birliyimizi və həmrəyliyimizi dosta-düşmənə bir daha bəyan edəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Oktyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















