Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Birliyimizi heç bir təxribat poza bilməz AÇIQLAMA

Birliyimizi heç bir təxribat poza bilməz AÇIQLAMA

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırda beynəlxalq müstəvidə çox mürəkkəb proseslər baş verir. Yeni dünya nizamının formalaşdırılması milli dövlətlər üçün bir çağırışdır. İndiki geosiyasi proseslər fonunda milli dövlətlərin qlobal sistemdə yeri və rolu, müstəqilliyinin və suverenliyinin qorunması məhz həyata keçirilən siyasətdən, liderin yaxın və uzaq hədəfləri düzgün müəyyənləşdirməsindən, ölkəsi üçün geniş manevr imkanları yaratmasındandan asılıdır. Bu kontekstdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın mövqeyi xüsusi vurğulanmalıdır. Ölkəmizin Sülh Şurasının təsisçi üzvlərindən biri olması özlüyündə mühüm mesajdır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan dünyada güclü və nüfuzlu ölkə kimi tanınır. Bunun təməlində dayanan əsas amil isə Prezident İlham Əliyevin mili maraqlara və “Biz birlikdə güclüyük” prinsipinə əsaslanmaqla həyata keçirdiyi siyasətdir. Buna görə də ölkəmizin milli gücü sarsılmazdır və cənab İlham Əliyev cəmiyyətin bütün sosial təbəqələri tərəfindən əvəzolunmaz Lider kimi qəbul olunur. Eyni zamanda, son vaxtlarda baş verən hadisələr, o cümlədən qlobal platformalarda Azərbaycan Prezidentinə göstərilən böyük hörmət və ehtiram ölkəmizin və onun Liderinin artan beynəlxalq nüfuzunun göstəricisidir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın uğurları fonunda ölkəmizin nüfuzuna zərər vurmaq istəyən anti-milli qruplar hələ də var. Həmin ünsürlər anti-Azərbaycan mərkəzlərinin, erməni lobbisinin əlində alətdir. Vaşinqtonda onların təxribat cəhdləri də bunu göstərir. Xaricdə məskunlaşmış bəzi anti-Azərbaycan dairələrinin növbəti dəfə aqressiv davranış sərgiləməsi cəmiyyət üçün gözlənilməz hadisə deyil. Öz radikal mövqeləri və qarşıdurma ritorikası ilə seçilən həmin qrup ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaldığı hotelin qarşısında insident yaratmağa cəhd edib. Onların təhlükəsizlik qaydalarını pozaraq əraziyə daxil olmağa çalışması, qeyri-etik şüarlar səsləndirməsi və təxribat xarakterli davranışlar nümayiş etdirməsi ictimaiyyət tərəfindən birmənalı pislənib.

Pərvin Kərimzadə söyləyib ki, müasir dünyada ifadə azadlığı və etiraz hüququ sivil normalarla tənzimlənsə də, Vaşinqtonda şahidi olduğumuz mənzərə göstərir ki, müəyyən dairələr bu anlayışlardan öz çirkin məqsədləri üçün sui-istifadə edirlər. Bu cür davranışlar heç bir halda “azad fikir”, "etiraz hüququ” və ya "demokratik aksiya” adı altında pərdələnə bilməz. Əksinə, bu, planlı şəkildə hazırlanmış, Azərbaycan dövlətinə, onun rəhbərliyinə və ümumilikdə xalqımıza qarşı nifrət üzərində qurulmuş bir təxribatdır. Qeyri-etik ifadələr, küçə jarqonundan istifadə olunaraq edilən təhqiramiz çıxışlar, qışqırıq və təzyiq vasitəsilə təhlükəsizlik kordonunu yarmağa cəhd həmin şəxslərin mənəvi aşınma səviyyəsini və sivil davranışdan nə qədər uzaq olduqlarını bir daha sübut edir. Bu, siyasi mübarizə deyil, dövlətçilik hissini itirmiş bir qrupun nümayiş etdirdiyi mənəvi deqradasiyadır.

Sosial mediada yayılan görüntülər göstərir ki, məqsəd sadəcə etiraz aksiyası keçirmək deyil, həm də ölkə rəhbərinin təhlükəsizliyi və dövlətimizin nüfuzu ətrafında süni gərginlik yaratmaq olub. Qeyd etdiyimiz kimi, bu cür addımlar söz və fikir azadlığı anlayışından uzaqdır. Əksinə, siyasi motivlərlə hərəkət edən, radikal baxışların təsiri altında olan və qarşıdurma mühiti formalaşdırmağa çalışan marjinal qrupların fəaliyyətidir.

Dövlət başçısına yönələn istənilən təxribat faktiki olaraq Azərbaycana qarşı atılmış addım kimi qiymətləndirilməlidir. Prezident ölkəni beynəlxalq arenada təmsil edir və onun fəaliyyətinə, təhlükəsizliyinə qarşı hər hansı aqressiv davranış dövlətin suverenliyinə və nüfuzuna yönəlmiş cəhd kimi dəyərləndirilir. Bu baxımdan, belə hadisələr daha geniş kontekstdə aparılan təzyiq və qarayaxma kampaniyalarının elementidir.

Hadisənin Ermənistanla sülh sazişi üzrə danışıqların intensivləşdiyi bir dövrdə baş verməsi də diqqət çəkir. Regionda davamlı sülhün bərqərar olmasını istəməyən bəzi revanşist və radikal qüvvələr məhz belə həssas mərhələlərdə prosesi pozmağa çalışırlar. Onlar sabitliyin və əməkdaşlığın möhkəmlənməsini öz maraqlarına zidd hesab edir, gərginliyin davam etməsində maraqlı olduqlarını müxtəlif vasitələrlə nümayiş etdirirlər.

“Demokratiya və insan haqlarından danışan həmin kiçik qrup əslində davranış tərzləri ilə əxlaqi dəyərlərdən nə qədər uzaq olduqlarını nümayiş etdirdilər. Bu fakt onların cılızlığının bariz göstəricisidir. Həmin qrup kimlərinsə sifarişlərini yerinə yetirməyə çalışdı, amma anlamırlar ki, bütün bunlar Azərbaycan cəmiyyətində ikrahla qarşılanır. Belə cılız əməllərlə ölkəmizin və onun liderinin nüfuzuna zərər vurmaq mümkün deyil. Nəzərə alaq ki, indiyədək antimilli qüvvələrin təxribatçı fəaliyyətlərinə dəfələrlə şahidlik etmişik. Amma hər zaman həmin cəhdlər iflasa uğrayıb. Azərbaycanın güclü, qüdrətli, beynəlxalq miqyasda yüksək nüfuza sahib olduğu indiki dövrdə isə bu təxribatçıların əməlləri zərrə qədər də “effektli” ola bilməz. Ölkə daxilində radikal müxalifətin sosial dayaqları sıfır vəziyyətindədir, xaricdəkilər isə kiçik bir qrup olmaqla dövlətimizlə bağlı yalnız beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Lakin bütün bunlar əbəsdir. Azərbaycan xalqının həmrəyliyi çox güclüdür və vətəndaşlarımız Prezidentimizin ətrafında sıx birləşib. Bu birliyi heç bir qüvvə poza bilməz”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Fevral 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri