Icma.az
close
up
RU
Birliyin güc ü... Türk Dövlətləri Təşkilatının gündəliyinə istiqamət verən ölkə, məhz Azərbaycandır

Birliyin güc ü... Türk Dövlətləri Təşkilatının gündəliyinə istiqamət verən ölkə, məhz Azərbaycandır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İllər ərzində Türk Dövlətləri Təşkilatının daha çox iqtisadi və mədəni məsələlər üzərindən əməkdaşlıq etməsinin şahidi idik. Bu gün isə bu təsisat nəinki üzv və müşahidəçi dövlətlərin regionunda, dünyada siyasi gücə çevrilir. Bunu təsbit və təsdiq edən amil odur ki, zirvə görüşlərində təhlükəsizlik, müdafiə kimi olduqca konkret, ağır mövzular müzakirə olunur. Bu dəfəki XII Zirvə görüşünün mövzusu da kifayət qədər əhəmiyyətlidir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan bu Zirvə görüşü Azərbaycanın siyasi gündəliyi ilə üst-üstə düşür, çünki Azərbaycan üçün indiki məqamda əsas amillərdən biri sülh məsələsinin sürətləndirilməsidir.

Azər Badamov

Deputatın fikrincə, digər mühüm amil odur ki, nəqliyyat və kommunikasiyaların inkişafında TDT-yə üzv dövlətlərin hər biri maraqlıdır, bu istiqamətdə önəmli addımlar atılır: “Reallaşacaq layihələrdə, layihələrin gətirəcəyi yeniliklərdən sonra yaranan mühitdə təhlükəsizlik aspekti son dərəcə mühümdür. Odur ki, bu Zirvə Görüşü sadəcə Türk coğrafiyasının deyil, Mərkəzi Asiyadan Avropaya qədər böyük region olmaqla daha geniş mənada Avrasiyanın təhlükəsizliyi baxımdan önəmli müzakirələrə şahidlik edəcək. Məhz bu görüşdə alınacaq geosiyasi və geoiqtisadi qərarlar qarşıda yeni çağırışlar müəyyənləşdirəcək. Qəbələdə konkret qərarlar alınacaq, yeni yol xəritəsi müəyyənləşdiriləcək. Vaxtilə bizə uzaq gələcək kimi görünən məsələlərin bu gün real icrasının şahidiyik. Türk dövlətləri arasında iqtisadi əlaqələr daha da genişlənir, müdafiə məsələləri üzrə məsləhətləşmələr aparılır. Nəqliyyat və enerji layihələri bu gün TDT üçün əsas hədəflər kimi müəyyənləşdirilir”.

Azər Badamov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Zirvə görüşü 2024-cü ilin noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilib və bu görüş Bakıda keçirilən COP29-dan əvvəl idi, məhz bu Görüşdə TDT-nin COP29 tədbiri ilə bağlı Azərbaycana göstərilən böyük dəstəyinin şahidi olduq: “Həmin Zirvə görüşündə Macarıstanın Baş naziri Viktor Orban çıxışında “Biz qonşumuz olmayan Türkiyədən və Azərbaycandan təbii qaz alırıq” deyərək bir daha Azərbaycanın və Türkiyənin öz ölkəsinin enerji təhlükəsizliyinə töhfə verdiklərini vurğuladı, təşəkkürünü ifadə etdi”.

“TDT-nin gətirdiyi iqtisadi qazancları vurğulamaq üçün təkcə 2024-cü ilin statistikasına nəzər yetirmək kifayətdir. Belə ki, həm ildə TDT-ə üzv ölkələrlə ticarət dövriyyəmiz təxminən 6,9 milyard ABŞ dollarına qədər yüksəlib. Nəzərə alsaq ki, bu rəqəm ölkənin ümumi xarici ticarət dövriyyəsinin 14,5 faizini təşkil edib, deməli, kifayət qədər uğurlu addımlar atılıb. Nizamnamə kapitalının 600 milyon dollara qədər artırılması hədəf qoyulan Türk İnvestisiya Fondu iqtisadi inkişaf baxımından yaradılmış təsisatdır. Fond infrastruktur, enerjidən tutmuş Qarabağın dirçəldilməsinə qədər bir sıra əhməiyyətli məsələlərə dəstək verir”-deyə deputat qeyd edib.

Azər Badamov bildirib ki, strateji baxımdan yanaşdığımız zaman qarşıda dayanan əsas layihələrdən biri “Beynəlxalq sülh və rifah üçün TRAMP marşrutu” (TRIPP) hesab olunur: “Bu marşrut sadəcə Cənubi Qafqaz, TDT regionu üçün önəmli deyil, layihə Mərkəzi Asiyadan Avropaya qədər, bütövlükdə Avrasiyanın iqtisadi potensialını artıracaq. Məhz belə strateji qərarlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev qətiyyətli və uğurlu addımlar atır. Demək olar ki, TDT-nin gündəliyinə istiqamət verən ölkə məhz Azərbaycandır. Azərbaycan Liderinin mürəkkəb situasiyalarda çıxış yolu tapması, praqmatik və dəqiq siyasəti TDT ailəsi tərəfindən yüksək dəyərləndirilir. Bir sözlə, TDT iqtisadi-ticari əlaqələrin inkişafında, sülhün qalıcı olmasında maraqlıdır. Tarixi İpək yolunun yenidən canlanması, təhsil sahəsində yeni əməkdaşlıqların yaradılması istiqamətində önəmli qərarlar alınır ki, bu da uzaq gələcəyə doğru müəyyənləşdirilən hədəflərdir”.

İradə Cəlil,Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri