Icma.az
close
up
RU
Bişkekdə Ata Beyit memorial kompleksi ziyarət edildi FOTOLAR

Bişkekdə Ata Beyit memorial kompleksi ziyarət edildi FOTOLAR

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan nümayəndə heyəti Bişkekdə "Ata-Beyit" memorial kompleksini ziyarət edib.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bişkekdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan nümayəndə heyəti aprelin 22-də "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli abidənin önünə çələng qoyub. Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və mədəniyyət xadimlərimiz kompleksin qarşısına tər qərənfillər düzüblər.

Sonra kompleks ərazisində dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun məzarı ziyarət olunub, önünə çiçəklər düzülüb, ədibin ruhuna Qurani-Kərimdən ayə oxunub.
Daha sonra kompleksin muzey bölməsi ilə tanışlıq olub. Nümayəndə heyətinə memorial kompleks və muzey haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Ata-Beyit" kompleksi 8 iyul 2000-ci ildə açılıb. Çuy vilayətinin Alamudin rayonunun Taş-Döbö kəndində yerləşən kompleksə qəbiristanlıq, abidələr, heykəllər və yurt şəklində tikilmiş muzey daxildir. Memorial kompleks Çingiz Aytmatovun təklifi ilə “Ata-Beyit” (“Ataların məzarlığı”) adlandırılıb.

Burada 1930-cu illər Stalin repressiyalarının qurbanları, 1938-ci ilin 5-8 noyabr tarixlərində qətlə yetirilən 137 qırğız ziyalısının və 19 etnik qrupun nümayəndəsinin xatirəsinə 1991-ci ildə ucaldılmış abidə və digər yaddaş tikililəri mövcuddur. Siyasi baxışlarına görə edama məhkum edilən Qırğızıstanın görkəmli siyasi, dövlət və ictimai xadimləri arasında Ç.Aytmatovun atası Törökul Aytmatov da olub. Repressiya qurbanlarının  adları muzeydəki xatirə lövhəsində həkk edilib və orada onların şəxsi əşyaları və sənədləri saxlanılır.
Ərazidəki “Urkun” abidəsi isə qırğız xalqının rus ordusuna hərbi xidmətə çağırılmasına qarşı 1916-cı ildə baş verən üsyanı və sonradan onların Çinə qaçışını simvolizə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri