Bişkekdə KTMT sammiti başladı: Ermənistan iştirak etmir FOTO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası start götürüb.
Bizim.Media Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, “Intımak Ordo”ya Belarus, Qazaxıstan, Rusiya və Tacikistan prezidentləri — Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Vladimir Putin və Emoməli Rəhmon gəliblər. Onları girişdə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, binada isə ölkə başçısı Sadır Japarov qarşılayıb.
Rəsmi fotoçəkiliş mərasimindən sonra iclas dar formatda davam etdirilib.
“Bu günkü toplantı ölkəmizin KTMT-yə sədrliyi dövrünün yekunlarını müəyyən edir”, — deyə Sadır Japarov iclasın əvvəlində bildirib.
Sammit iştirakçıları birgə fəaliyyətin aktual məsələlərini, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər.
Gündəliyə həmçinin kollektiv təhlükəsizlik bölgələrində hərbi-siyasi vəziyyətin qiymətləndirilməsi, təşkilatın sessiyalararası dövrdə fəaliyyəti və dövlət başçılarının Şurasına təqdim olunacaq qərar layihələrinin müzakirəsi daxildir.
Sammitdən əvvəl Bişkekdə KTMT-yə üzv ölkələrin xarici işlər, müdafiə nazirlərinin və təhlükəsizlik şuralarının katiblərinin birgə iclası keçirilib.
Qeyd edək ki, Ermənistan KTMT sammitində iştirak etmir. Ölkənin parlament sədri Alen Simonyan dünən bəyan etmişdi ki, Ermənistan faktiki olaraq KTMT-dən çıxıb və təşkilat çərçivəsində proseslərdə iştirak etmir.






Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 27 Noyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















