KTMT XİN Şurasının iclası başladı: Ermənistan toplantıda iştirak etmir
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qırğızıstanın Çolpon-Ata şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qırğızıstan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan toplantıya qatılmayıb. Bununla belə, ölkənin nümayəndəsinin videobağlantı vasitəsilə müzakirələrə qoşulması istisna edilmir. Ermənistan XİN isə hələlik bu qərarla bağlı ictimaiyyətə hər hansı açıqlama təqdim etməyib.
Toplantıda beynəlxalq və regional hadisələrin KTMT ölkələrinin təhlükəsizliyinə təsiri ətrafında fikir mübadiləsi aparılacaq. Həmçinin informasiya təhlükəsizliyi, Yaxın Şərqdə terrorçuluq və ekstremizmə aparan radikallaşma ilə mübarizə məsələləri gündəmdə olacaq.
İştirakçılar eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Mərkəzi Asiya və Əfqanıstan üçün regional mərkəzin yaradılması ideyasını da müzakirə edəcəklər.
Bununla yanaşı, KTMT-nin gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əməkdaşlıq perspektivləri də iclasın əsas mövzuları sırasındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 30 İyun 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















