Bişkekdə TDT ölkələri Baş nazirlərinin iclası keçiriləcək
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Qırğızıstanın paytaxtında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclası keçiriləcək. Tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın hökumət başçıları, Türkiyənin vitse-prezidenti və TDT-nin Baş katibi iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, iclasda iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, enerji, kənd təsərrüfatı və digər sektorlar üzrə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq. Türk dünyası ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi məqsədilə Türk Dövlətləri Təşkilatının mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə də baxılacaq.
Sentyabrın 12-də Bişkekdə Türk Dövlətləri Təşkilatının Təhlükəsizlik Şuraları katiblərinin dördüncü iclası keçirilib. Daha əvvəl TDT üzvü olan ölkələrin Müsəlman Dini İdarələri Başçıları Şurasının VI iclası keçirilib.
Xatırladaq ki, 2025-ci ildə Türk Dövlətləri Təşkilatına sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
Baxış sayı:42
Bu xəbər 16 Sentyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















