Icma.az
close
up
RU
Almatıda TDT ölkələri nəqliyyat nazirlərinin VIII iclası keçirilib

Almatıda TDT ölkələri nəqliyyat nazirlərinin VIII iclası keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Astana, 1 oktyabr, AZƏRTAC

“New Silk Way” 7-ci Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumu çərçivəsində Qazaxıstanın Almatı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nəqliyyat nazirlərinin VIII iclası keçirilib.

AZƏRTAC-ın Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, tədbirdə TDT Baş katibi və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın nəqliyyat qurumlarının rəhbərləri iştirak ediblər.

İclasda iştirakçı ölkələr arasında nəqliyyat əməkdaşlığının inkişafı ilə bağlı əsas məsələlər müzakirə olunub. Görüşün yekununda tərəflərin nəqliyyat əməkdaşlığının gələcək inkişafına dair razılaşmalarını əks etdirən yekun Kommünike imzalanıb.

İclasda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz – red.) inkişafına, rəqəmsal texnologiyaların və elektron tranzit prosedurlarının həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Dəniz nəqliyyatını daha da inkişaf etdirmək üçün Xəzər dənizində gəmiçiliyin artırılması, daşınma obyektlərinin tikintisi və bərə xidmətlərinin işə salınması təşəbbüslərinə dəstək verilib. Bu məqsədlə TDT ölkələrinin profil təşkilatlarının iştirakı ilə ekspertlərin görüşünün keçirilməsi planlaşdırılır.

Bakı-Tbilisi-Qars marşrutu da daxil olmaqla müntəzəm blok qatarlarının təşkili istiqamətində dəmir yolu administrasiyalarının səylərinə dəstək də təsdiq edilib. Tərəflər nəqliyyat proseslərini rəqəmsallaşdıracaq. Elektron sistemlərin (e-İcazə, e-TIR, e-CMR) tətbiqinin sürətləndirilməsinə dair razılıq əldə olunub. İştirakçı ölkələr arasında uğurlu sınaq layihələri də qeyd olunub. Məsələn, xarici icazə blanklarının ölkələr arasında mübadiləsi prosesi tamamilə elektron formata keçəcək.

İştirakçılar onu da qeyd ediblər ki, əldə olunmuş razılaşmalar regional əlaqələrin möhkəmləndirilməsi, ticarətin inkişafı, dövlətlər arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün yeni perspektivlər yaradır.

TDT ölkələri nəqliyyat nazirlərinin növbəti, IX iclası 2026-cı ildə Qırğızıstanda keçiriləcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri